207
Ot unu – dənəvərləşdirilmiş yem. Ot unu qiymətli yem məhsulu olmaqla yana-
şı yaşıl yemin süni üsulla qurudulmasından alınır. Ot unu qidalılıq
dəyərinə görə
qarışıq yemlərdən geri qalmır, hətta proteinə və vitaminlərə görə üstünlük təşkil
edir.
1 kq ot ununda 0,7-0,9
yem vahidi, 16 -20% protein, 200-300 mq karotin vardır.
Ot unundan qarışıq yem əvəzedicisi kimi də istifadə edilir. Yem un halında saxlan-
dıqda vitamin itkisinə səbəb olur.
Yemləri dənəvərləşdirilmiş halda saxladıqda itkilərin qarşısı alınır.
Dostları ilə paylaş: