8.7.3. Arıların qidalanması 1. Arı ailəsinin dinc dövrdə həyatilik qabiliyyətini təmin etmək üçün mövsümün
sonunda pətəklərdə kifayət qədər bal və tozcuq ehtiyatı olmalıdır.
2. Gözlənilməz (təbii fəlakət və s.) qida çatışmazlığı zamanı arı ailələri qida ilə
təmin olunmalıdır. Belə hallarda ekoloji üsulla istehsal edilmiş bal və şəkər
tozundan istifadə oluna bilər.
3. İstisna hallarda sertifikatlaşdırma orqanı və ya müvəkkil edilmiş orqan qeyri-
ekoloji üsul ilə istehsal edilmiş bal və ya şəkərin istifadəsinə icazə verə bilər.
Bunun üçün müvəqqəti çərçivə qaydaları təmin edilməlidir.
4. Yemləmə əməliyyatına yalnız bal yığımının sonunda və nektar əmələgəlmə
dövrü arasındakı müddətdə icazə verilir.
5. Arı ailələri mədəni bitki, eləcə də yabanı bitki becərilən sahələrdə yetişdiril-
məlidir.
6. Mədəni bitki becərilən sahələrdə aqrokimyəvi maddələrin tətbiqi qadağan
olunmalıdır.