225
- qarışqa turşusu;
- kükürd;
- təbii efir yağları (məsələn, mentol, evkaliptol, kamfora);
- basillus thuringensis;
- buxar və ya açıq alov.
4. Profilaktik tədbirlər nəticə verməyən hallarda aşağıdakılar nəzərə alınmaqla
baytarlıq dərmanları istifadə oluna bilər:
4.1. Üstünlük fitoterapiya və homeopatik
müalicəyə verilir;
4.2. Əgər kimyəvi üsul ilə sintez edilmiş allopatik dərman məhsulları istifadə
edilibsə, məhsul ekoloji məhsul kimi satıla bilməz. Kimyəvi üsulla sintez edilmiş
allopatik dərmanlar istifadə edilmiş arı pətəkləri təcrid edilməli
və bir il müddətində
keçid dövründə saxlanılmalıdır;
4.3. Hər bir baytarlıq müdaxiləsi dəqiq sənədləşdirilməlidir.
5. Erkək fərdləri çıxdaş etmə təcrübəsinə yalnız
Varroa jacobsoni ilə yoluxmanın
qarşısını almaq məqsədi ilə icazə verilir.
6. İdarəetmə;
6.1. Arıçılıq məhsullarının yığımı zamanı pətəklərdəki arıların
məhv edilməsi
qadağandır;
6.2. Arıların qanadlarının kəsilməsi qadağandır;
6.3. Balın süzülməsi dövründə sintetik repellentlərin istifadəsi qadağandır;
6.4. Tüstüləmə prosesində bu standartlara cavab verən təbii materiallardan istifadə
olunmalıdır;
6.5. Balın süzülməsi və arıçılıq məhsullarının emalı dövründə aşağı temperaturdan
istifadə olunmalıdır.
Dostları ilə paylaş: