Амин Бабайев, Вцгар Бабайев


Soyuq havada baxışın aparılması



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə276/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   272   273   274   275   276   277   278   279   ...   431
 
Soyuq havada baxışın aparılması:  Qışlamanın axırında, yaxud yazda uzun 
sürən soyuqlardan sonra bəzi arı ailələrinə baxmaq lazım gəlir. Belə halda arı 
ailələrinə istixanada (20-22C
0
 temperaturda) baxılır. Arı ailəsi otağa gətirilərək elə 
qoyulur ki, uçuş bacasının taxtası  pəncərənin aşağı hissəsi ilə bir səviyyədə olsun. 
Belə vəziyyətdə baxış keçirilir və nöqsanlar aradan qaldırılır. İş qurtardıqdan sonra 
pəncərənin qabağından arılar süpürülüb pətəyə salınır.  
 
8.7.5. Arıxanada yaz işləri   
 
 
Yaz fəsli arıxanada ən vacib dövrdür. Çoxlu nektar toplamaq üçün qüvvətli arı 
ailələrinin yaradılmasına çalışmaq lazımdır. Bunun üçün arı ailələrini qışlamaya 
düzgün hazırlamaq və yaxşı saxlamaq vacibdir. Yazqabağı arı ailələrinin aran bölgə-
lərinə  köçürülməsi və onlara xüsusi qayğı göstərilməsi arı ailəsinin sürətlə inkişaf 
etməsinə  və güclənməsinə səbəb olur. Qışlamış yaşlı arıların yeniləri ilə  əvəz edil-
məsi erkən yaz dövründə, ana arının birinci dəfə yumurta qoyduğu vaxtdan başlayır 
və yeni yetişmiş cavan işçi arıların ilk təmizlik uçuşuna çıxması ilə qurtarır. Bu dövr 
təxminən bir ay davam edir. Bu müddətdə qocalmış qışlama arıları tədricən ölür və 
onları yazda əmələ  gələn cavan arılar  əvəz edir. Buna görə  də yazın  əvvəlində 
arıxanada hazırlıq işləri görülür: təbii şan əldə edilir, təzə pətəklər hazırlanır, sınmış 
pətəklər təmir edilir, ramkalar, məftil, isidici döşəkçələr və s. lazım olan alət və 
ləvazimatlar qaydaya salınır. 
Yazda arıların ilk uçuşları zamanı özlərini necə aparmalarına xüsusi fikir 
vermək lazımdır. 
Bəzi hallarda arılar qarnı  şişmiş halda uçuş taxtasının üzərində sürünür və 
oradaca nəcis ifraz edir. Bu onu göstərir ki, arılar qışlama dövründə keyfiyytəsiz 
yemlə qidalanmış və yaxud nezametoz xəstəliyinə tutulmuşdur.  
Bəzən arılar uçmağa zəif gedir, az miqdarda uçuşa çıxır və tənbəl uçur. Bu onu 
göstərir ki, arı ailəsi zəifdir, miqdarca azdır və aclıq çəkir.  
Bəzi hallarda isə arılar uçuş qapısından çıxaraq pətəyin üstündə və ətraflarında 
nizamsız sürünür, elə bil ki, nə isə axtarır, zəif uçur və işə birgə getmir. Bu da onu 
göstərir ki, ailədə ana yoxdur. 
Yazın  əvvəlində arı ailələrinə ötəri baxış keçirilməlidir. Bu zaman, əsasən, 
aşağıdakılara diqqət yetirilir: 
-  arı ailəsinin gücünə (miqdarına); 


 
228
-  yemin miqdarına;  
-  sürfələrin miqdarına; 
-  arı yuvasının ümumi vəziyyətinə (rütubətliyi, kifin olub-olmaması, ayaq 
işləməsinin izi). 
Arı ailələrinə ötəri baxış zamanı anasız qalmış ailələr üzə  çıxarsa, onlara 
mayalanmış yeni ana arının verilməsi vacibdir. 
Anasız ailələrə yeni ana arının verilməsi. Arı ailəsinə təzə ana arı verilməzdən 
əvvəl yuva diqqətlə yoxlanılmalıdır. Əgər ana yaxın zamanda tələf olubsa və yuvada 
təzə ana arı yetişirsə, onu məhv etmək lazımdır,  əks halda ailə  təzə verilən ananı 
qəbul etməyib öldürər.  
Ailələrə təzə ana arı verməzdən əvvəl onlara 3-6 saat vaxt verilir ki, yetimliyi 
hiss etsinlər. Bu halda içərisində ana arı olan qəfəs çərçivələrin arasına yerləşdirilir. 
Yaxşı olar ki, ana verilən ailənin çərçivəsində olan baldan qəfəsə sürtülsün. Qəfəsi 
yuvada elə yerləşdirmək lazımdır ki, ana özünə lazım olan yemi pətəkdə olan bal 
yuvalarından götürə bilsin. Ailəyə verilən ana arı  qəfəsdə 1 gün qaldıqdan sonra, 
səhəri onu qəfəsdən azad etmək olar. Qəfəsdən ana arını azad etmək üçün qəfəsin alt 
boş hissəsi açılır və ora süni şan qoyulur. Arılar özləri həmin şanı gəmirərək ananı 
qəfəsdən azad edir.  
Bundan 2-3 gün sonra ailəyə  nəzər yetirilir, ananın vəziyyəti və  fəaliyyəti 
yoxlanılır.  
Zəif arı ailələrinin birləşdirilməsi. Əgər anasız ailə zəifdirsə, oraya təzə ana ver-
məyin mənası yoxdur. Onu yaxındakı ailə ilə birləşdirmək lazımdır. Anasız ailənin 
arıları başqa ailə ilə birləşdirildikdə anasız arıların miqdarı birləşdiyi ailənin arıların-
dan miqdarca çox olarsa, onlar orada olan ananı öldürə bilərlər. Birləşdirilmiş arı 
ailələri arasında mübarizə olmasın deyə onlara eyni iy verirlər (kamfora ilə isladılmış 
parça ilə) çox hallarda birləşdirilən ailələrdə birləşmədən əvvəl ana çıxarılır və ailə-
lərə bal məhlulu çiləndikdən sonra ora təzə ana arını verirlər. Ailələri birləşdirmək 
üçün ən münasib vaxt gecə hesab olunur.  
Yaz mövsümü ilə  əlaqədar olaraq  cari işlərin vaxtında və düzgün görülməsi, 
zəif ailələrin birləşdirilməsi, anasız ailələrə yeni ananın verilməsi və s. tədbirlər 
nəticəsində arı ailələrinin məhsuldarlığı 20-25% yüksəlir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin