274
Maddə 10. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü
10.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının
müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına
keçirilməsini və
balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.
10.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid
dövrünün müddəti beynəlxalq
standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir:
10.2.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il;
10.2.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il;
10.2.3. yem bitkiləri və otlaqlar üçün - 2 il;
10.2.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il;
10.2.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə;
10.2.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay;
10.2.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10
həftə;
10.2.8. arı ailələri üçün - 1 il.
10.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji
müşahidə üzrə akkredi-
tasiya olunmuş orqan ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan
sonra
başlanır.
10.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata
keçirilən istehsal
prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya
olunmuş orqan tərəfindən
müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal metodlarının
müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir.
10.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan
təsərrüfatda tətbiq
edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə
akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid
dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan
məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.
10.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydaları,
habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən
təbii və qeyri-
təbii vasitələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən
edilir.
Dostları ilə paylaş: