Maddə 7. Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər 7.0. Bitkiçilikdə aşağıdakı ekoloji tələblərə cavab verən əkinçilik sistemi tətbiq
edilir:
7.0.1. torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının
kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli
əkin, çürümüş peyin, kompost, yaşıl gübrələr və s.) tənzimlənməsi;
7.0.2. müvafiq aqrotexniki üsulların seçilməsi və yalnız ekoloji cəhətdən təhlü-
kəsiz və tətbiqinə icazə verilmiş təbii və qeyri-təbii vasitələrdən istifadə edilməsi;
7.0.3. növbəli əkinlərdə çoxillik və birillik paxlalı ot bitkilərinin, onların dənli
paxlalı bitkilərlə qarışıq səpinlərindən istifadə olunması;
7.0.4. yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış, zərərverici və xəstəliklərə qarşı
davamlı olan bitki növlərindən və sortlarından istifadənin genişləndirilməsi;
7.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçmiş və ya keçməkdə olan əkin
sahələrinin kimyəvi-sintetik (süni) maddələr tətbiq olunduğu əkin sahələri ilə
növbələşdirilməməsi;
7.0.6. toxumçuluqda ən azı bir il, çoxillik bitkilər isə iki il ekoloji təmiz kənd
təsərrüfatı subyektlərində becərilmiş və ekoloji tələblərə uyğun sertifikatlaşdırılmış
bitkilərdən alınan səpin və əkin materiallarından istifadə olunması;
7.0.7. bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız
aqrotexniki, mexaniki, fiziki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd
təsərrüfatında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə olunması.