Maddə 9. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları 9.1. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri ekoloji təmiz kənd təsərrüfatı və
ərzaq məhsulları istehsalına könüllü keçən və ya həmin məhsulların dövriyyəsi ilə
məşğul olan və bu barədə müvafiq sənəd (sertifikat) almış hüquqi və fiziki
şəxslərdən təşkil olunur.
9.2. ekoloji təmiz kənd təsərrüfatı subyektləri iri sənaye mərkəzləri daxilində,
zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında
yerləşməməli, bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün ekoloji
təmiz torpağa, suya, sağlam mal-qaraya və əlverişli əkinçilik şəraitinə malik
olmalıdır.
9.3. ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili aşağıdakı qaydada həyata
keçirilir:
9.3.1. ekoloji təmiz kənd təsərrüfatı subyekti kimi fəaliyyət göstərmək istəyən hər
hansı bir subyekt bu barədə ekoloji müşahidə orqanına müraciət etməlidir;
9.3.2. ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün tələblərini yerinə yetirmək
üçün öz üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öhdəliklər götürməli
və müvafiq tələblərə əməl etməlidir;
9.3.3. ekoloji müşahidə orqanı tərəfindən təsərrüfatda araşdırmalar, təhlillər və
müşahidələr aparmasına lazımi şərait yaratmalı və bu orqanın tövsiyələrini yerinə
yetirməlidir.
9.4. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsal edən subyektlərdə
eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalına
bir qayda olaraq yol verilmir. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı
üsulları ilə məhsul istehsalı müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
9.5. ekoloji təmiz kənd təsərrüfatı subyekti statusu almış təsərrüfatlar istehsalı
genişləndirmək və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi ilə qanunverici-
likdə nəzərdə tutulmuş qaydada öz aralarında, müvafiq emal və satış subyektləri ilə
kooperasiya əlaqələri yarada və müvafiq cəmiyyətlərdə və assosiasiyalarda birləşə
bilərlər.