Амин Бабайев, Вцгар Бабайев


Kabinetinin 2009-cu il 8 yanvar



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə353/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   349   350   351   352   353   354   355   356   ...   431
Kabinetinin 2009-cu il 8 yanvar 
tarixli 5 nömrəli qərarı ilə 
təsdiq edilmişdir 
 
Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı 
QAYDALARI 
 
 1. Ümumi müddəa 
 
1.1. Bu Qaydalar «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası 
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust 
tarixli 818 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır 
və eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydalarını 
tənzimləyir. 
1.2. Eyni vaxtda ekoloji təmiz və  ənənəvi kənd təsərrüfatı üsulları ilə  məhsul istehsalının 
məqsədi mövcud bazarın və əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsini 
təmin etməkdir. 
 
 2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı 
 
 2.1. Eyni vaxtda ekoloji təmiz və  ənənəvi kənd təsərrüfatı üsulları ilə  məhsul istehsalı 
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə 
Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və  Təbii Sərvətlər Nazirliyi, Azərbaycan 
Respublikasının  İqtisadi  İnkişaf Nazirliyi, müşahidə  və sertifikatlaşdırma orqanlarının 
nümayəndələrindən təşkil olunmuş Komissiya tərəfindən subyektin müraciəti  əsasında ekoloji 
təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə  əsaslanaraq, aşağıdakı müstəsna hallarda icazə 
verilir: 


 
282
-  kənd təsərrüfatı məhsulları qıtlığı yarandığı hallarda; 
-  ekoloji təmiz kənd təsərrüfatı subyektinin istifadəsində  olan  torpaq  sahələri 
genişləndirildikdə və ya müvafiq istehsal obyekti yeni istifadəyə götürüldükdə; 
-  balanslaşdırılmış davamlı aqroekosistemin yaradılması mümkün olmadıqda və ya hər 
hansı fövqəladə hadisələrin təsiri nəticəsində bu sistem pozulduqda; 
-  ekoloji təmiz kənd təsərrüfatı sahələrinin müəyyən hissəsində xəstəlik, zərərvericilər və 
alaq otlarına, habelə karantin obyektlərinə qarşı aqrotexniki yollarla mübarizə aparılması 
mümkün olmadıqda, məhsulun məhv olmasının qarşısını  almaq  məqsədi  ilə  məcburən  
ekoloji  təmiz kənd  təsərrüfatında tətbiqinə icazə verilməyən vasitələrdən istifadə 
edildikdə. 
 
2.2. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə, qeyri-ekoloji metodlarla istehsal 
edilən məhsullar da müşahidə obyekti olmalıdır. Hər bir istehsal vahidində aydın fərqləndirilən 
sortlardan və yaxud fərqli növlərdən istifadə edilməlidir. 
 
2.3. Əgər bu Qaydaların 2.1-ci bəndindəki kənaraçıxmalara icazə verilirsə, bu halda əlavə araş-
dırmalar, müşahidələr və  təhlillər aparılmalı, sahibkarın müxtəlif statuslu məhsulların qarışma-
sının qarşısını almaq qabiliyyətinin qiymətləndirilməsi kimi tədbirlər görülməli və istehsal 
zamanı aşağıdakı tədbirlər yerinə yetirilməlidir: 
-  ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün qeydiyyatlar (mühasibatlıq sənədləşmələri) 
ayrıca aparılmalıdır; 
-  ekoloji təmiz kənd təsərrüfatı vasitələri (biopreparatlar, toxumlar və s.) üçün ayrıca anbar 
olmalı və bu anbar işarələnməlidir; 
-  ekoloji təmiz kənd təsərrüfatı  məhsulları üçün ayrıca çiləyici cihazlar olmalı  və onlar 
işarələnib ayrıca saxlanılmalıdır; 
-  ekoloji təmiz kənd təsərrüfatı  məhsulları xüsusi yığım vasitələri ilə toplanmalı, belə 
imkan olmadıqda isə ekoloji məhsulların yığımından  əvvəl həmin vasitələr yuyulub 
təmizlənməlidir. 
 
2.4. Ekoloji təmiz heyvandarlıqda bütün heyvanlar bir və yaxud bir neçə oxşar istehsal vahidində 
«Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş tələblərə uyğun saxlanmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq ekoloji 
təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə 
müvafiq baytarlıq-sanitariya qaydalarına  əməl etməklə qanunvericilikdə  nəzərdə tutulmuş 
hallarda yol verilir. 
 
2.5. Ekoloji təmiz kənd təsərrüfatında saxlanılan heyvanlar adi otlaq sahələrində  aşağıdakı 
şərtlərə əsasən otarıla bilər: 
-  bu sahədə ən azı son üç il ərzində bu Qaydalara əsasən icazə verilən vasitələrdən başqa, 
digərlərindən istifadə edilməmiş olsun; 
-  saxlanılan heyvanlarla digər heyvanlar arasında ayrılma sistemi olsun. 
 
2.6. Ekoloji təmiz kənd təsərrüfatı  məhsullarının emalı üçün müvafiq emal müəssisəsi 
olmadıqda, məhsulun ənənəvi emal müəssisəsində avadanlıqlarla tam təmin edildikdən sonra və 
ayrılma sisteminə ciddi riayət olunmaqla emal edilməsinə yol verilir. 
 
 3. Hesabat və nəzarət 
 Eyni vaxtda ekoloji təmiz və  ənənəvi kənd təsərrüfatı üsulları ilə  məhsul istehsal edən 
subyektlər barədə hesabat və onlara nəzarət işləri müvafiq ekoloji müşahidə  və sertifikatlaşma 
orqanları tərəfindən həyata keçirilir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin