282
- kənd təsərrüfatı məhsulları qıtlığı yarandığı hallarda;
- ekoloji təmiz kənd təsərrüfatı subyektinin istifadəsində olan torpaq sahələri
genişləndirildikdə və ya müvafiq istehsal obyekti yeni istifadəyə götürüldükdə;
- balanslaşdırılmış davamlı aqroekosistemin yaradılması mümkün olmadıqda
və ya hər
hansı fövqəladə hadisələrin təsiri nəticəsində bu sistem pozulduqda;
- ekoloji təmiz kənd təsərrüfatı sahələrinin müəyyən hissəsində xəstəlik, zərərvericilər və
alaq otlarına, habelə karantin obyektlərinə qarşı aqrotexniki yollarla mübarizə aparılması
mümkün olmadıqda, məhsulun məhv olmasının qarşısını almaq məqsədi ilə məcburən
ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilməyən
vasitələrdən istifadə
edildikdə.
2.2. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə, qeyri-ekoloji metodlarla istehsal
edilən məhsullar da müşahidə obyekti olmalıdır. Hər bir istehsal vahidində aydın fərqləndirilən
sortlardan və yaxud fərqli növlərdən istifadə edilməlidir.
2.3. Əgər bu Qaydaların 2.1-ci bəndindəki kənaraçıxmalara
icazə verilirsə, bu halda əlavə araş-
dırmalar, müşahidələr və təhlillər aparılmalı, sahibkarın müxtəlif statuslu məhsulların qarışma-
sının qarşısını almaq qabiliyyətinin qiymətləndirilməsi kimi tədbirlər görülməli və istehsal
zamanı aşağıdakı tədbirlər yerinə yetirilməlidir:
- ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün qeydiyyatlar (mühasibatlıq sənədləşmələri)
ayrıca aparılmalıdır;
- ekoloji təmiz kənd təsərrüfatı vasitələri (biopreparatlar, toxumlar və s.) üçün ayrıca anbar
olmalı və bu
anbar işarələnməlidir;
- ekoloji təmiz kənd təsərrüfatı məhsulları üçün ayrıca çiləyici cihazlar olmalı və onlar
işarələnib ayrıca saxlanılmalıdır;
- ekoloji təmiz kənd təsərrüfatı məhsulları xüsusi yığım vasitələri ilə toplanmalı, belə
imkan olmadıqda isə ekoloji məhsulların yığımından əvvəl həmin vasitələr yuyulub
təmizlənməlidir.
2.4. Ekoloji təmiz heyvandarlıqda bütün heyvanlar bir və yaxud bir neçə oxşar istehsal vahidində
«Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş tələblərə uyğun saxlanmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə uyğun
olaraq ekoloji
təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə
müvafiq baytarlıq-sanitariya qaydalarına əməl etməklə qanunvericilikdə nəzərdə tutulmuş
hallarda yol verilir.
2.5. Ekoloji təmiz kənd təsərrüfatında saxlanılan heyvanlar adi otlaq sahələrində aşağıdakı
şərtlərə əsasən otarıla bilər:
- bu sahədə ən azı son üç il ərzində bu Qaydalara əsasən icazə verilən vasitələrdən başqa,
digərlərindən istifadə edilməmiş olsun;
- saxlanılan heyvanlarla digər heyvanlar arasında ayrılma sistemi olsun.
2.6. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının emalı üçün
müvafiq emal müəssisəsi
olmadıqda, məhsulun ənənəvi emal müəssisəsində avadanlıqlarla tam təmin edildikdən sonra və
ayrılma sisteminə ciddi riayət olunmaqla emal edilməsinə yol verilir.
3. Hesabat və nəzarət
Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsal edən
subyektlər barədə hesabat və onlara nəzarət işləri müvafiq ekoloji müşahidə və sertifikatlaşma
orqanları tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: