Maddə 22. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar
olan şəxslər Azərbayjan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 23. Mübahisələrin həlli Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, markalan-
ması, saxlanması, daşınması və satışı ilə əlaqədar mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun qaydada həll olunur.