283
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 8 yanvar
tarixli 5 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji
təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı
1. Ümumi müddəa
Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818
nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji
təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydalarını,
habelə ekoloji təmiz kənd
təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısını müəyyən edir.
2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı
2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalında aşağıdakı tələblərə əməl
olunmalıdır:
- təsərrüfat subyektinin malik olduğu torpaq, su, əkin materialı və digər vasitələr ekoloji
cəhətdən təmiz və təhlükəsiz olmalı;
- torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılması üçün kimyəvi-sintetik
(süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin,
çürümüş peyin,
konpost, yaşıl gübrələr və s.) tənzimlənməli;
- bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki,
mexaniki
və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları
istehsalında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə edilməli;
- ekoloji təmiz heyvandarlıq məhsulları və ekoloji təmiz bitkiçilik məhsulları istehsalı
əlaqələndirilməli;
- bitkiçilikdə və heyvandarlıqda quraqlığa, xəstəliklərə, zərərvericilərə və digər amillərə
davamlı, yerli şəraitə uyğunlaşmış sortlar və cinslərdən istifadə olunmalı;
- xəstəliklər zamanı baytar mütəxəssisləri tərəfindən kimyəvi, farmasevtik preparatlardan
və antibiotiklərdən mümkün qədər az istifadə edilməli və təbii müalicə üsulları olan
fizio
və fitoterapevtik vasitələrə, eləcə də ənənəvi müalicələrə üstünlük verilməlidir. Əgər
yuxarıda göstərilən müalicə vasitələri effektiv olmazsa, onda baytar həkiminin nəzarəti
altında kimyaterapevtik vasitələrin və antibiotiklərin tətbiqinə icazə verilir.
Həmin
preparatların istifadəsi zamanı əvvəlcədən heyvana dəqiq diaqnoz qoyulmalı, doza
seçilməli və müalicə kursu təyin edilməlidir. Bu zaman yekun heyvandarlıq məhsulunun
növü nəzərə alınmalı (ət, süd, yumurta və s.) və bu barədə heyvan məhsulu realizə
edilməkdən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş
sertifikatlaşdırma orqanlarına
məlumat verilməlidir;
- yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii
inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədi ilə
istifadəsinə yol verilməməli;
- heyvanların müalicəsi və heyvandarlıq müəssisələrinin dezinfeksiya edilməsi mövcud
qanunvericiliyə uyğun təşkil edilməli.
2.2. Ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən və müvafiq
beynəlxalq təşkilatlar
tərəfindən qəbul edilmiş təbii və qeyri-təbii vasitələrin siyahısı aşağıdakı qaydada müəyyən
edilir: