281
Əlavə 3
"Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli
Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları",
"Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz
kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji
təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası",
"Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və
akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz
kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və
ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bakı şəhəri, 8 yanvar 2009-cu il
Azərbaycan Respublikasının Baş naziri
№ 5
A. RASİ-ZADƏ
Azərbaycan Respublikası Nazirlər
Dostları ilə paylaş: