V FƏSİL. Ekoloji təmiz kənd təsərrüfatının maliyyə və elmi təminatı, beynəlxalq əməkdaşlıq və qanunvericiliyin pozulmasına görə məsuliyyət Maddə 19. Ekoloji təmiz kənd təsərrüfatının maliyyə təminatı 19.1. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafının
maliyyə təminatı investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərə-
findən bu fəaliyyətdən əldə edilən vəsaitlər və digər mənbələr hesabına formalaşır.
19.2. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihələrinin dövlət büdcəsi
hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə müəyyən edilir.
19.3. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihəsinə investisiyaların cəlb
edilməsinə, dünyada geniş yayılmış yüksək məhsuldar bitki sortlarının və heyvan
cinslərinin idxal edilməsinə, elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların
ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə dövlət tərəfindən əlverişli iqtisadi və
hüquqi mühit yaradılır.