Амин Бабайев, Вцгар Бабайев


Maddə 16. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə345/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   341   342   343   344   345   346   347   348   ...   431
Maddə 16. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması 
16.1. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsulları "EKO-keçid" və "EKO" 
sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanı  tərəfindən markalanır.  
16.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərində keçid dövrü başa çatana kimi 
istehsal edilən məhsullara "EKO-keçid" markası vurulur. 
16.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında 
istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq 
məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir. 
16.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal 
olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsulları kimi 
markalanır və etiketi üzərində "EKO" sözü göstərilir. 
16.5. Yerli və idxal olunan ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsulları bu 
məhsulların standartlarına uyğun emal edildikdə alınan məhsul ekoloji təmiz kənd 
təsərrüfatı və ərzaq məhsulu kimi markalanır. 
16.6. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi 
üsulla istehsal olunan başqa kənd təsərrüfatı  məhsulları ilə qarışdırılıb emal 
edildikdə həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu 
hesab edilmir və ümumi qaydada markalanır. 
16.7. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması müvafiq 
normativ hüquqi aktlara uyğun həyata keçirilir. Etiketin üzərində  və ya qoşma 
sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində  aşağıdakı  məlumatlar  əks 
olunmalıdır: 
16.7.1. istehsal və emal müəssisənin adı, ünvanı və milli əmtəə nişanı; 
16.7.2. ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə  məhsulun 
adı; 
16.7.3. ekoloji müşahidə  və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş 
orqanların adı və kodu; 
16.7.4. məhsulun saxlanma şəraiti; 
16.7.5. məhsulun istehsal tarixi və yararlılıq müddəti; 
16.7.6. ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının digər məhsullarla 
birgə anbara yığılmasının qadağasına dair göstəriş. 
16.8. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsulla-
rına qoyulan tələblərə cavab verməsini özündə əks etdirən məlumatlar göstərilməli, 
müvafiq qanunvericiliyə uyğun hazırlanmış milli əmtəə nişanı olmalıdır. 
16.9. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycan 
Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsul-


 
278
larının etiketi üzərində  həmin məhsulların istehsalında genetik modifikasiya 
olunmuş orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatlar 
göstərilməlidir. 
16.10. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin