Амин Бабайев, Вцгар Бабайев


Maddə 17. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə346/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   342   343   344   345   346   347   348   349   ...   431
Maddə 17. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və 
daşınması 
17.1. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının saxlanması  və 
daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilir. 
17.2. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsulları saxlanma yerlərində 
(anbarlarda, soyuducularda) ənənəvi üsullarla istehsal edilmiş  məhsullarla qarış-
dırılmamalı və icazə verilməyən maddələrlə çirkləndirilməməlidir. 
17.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq 
məhsullarının saxlanmasında qanunvericiliklə  nəzərdə tutulan qaydada istilik
nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər. 
17.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması müddətində 
məhsulun keyfiyyətinə  mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii 
metodlardan istifadə olunmasına yol verilmir. 
17.5. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi prosesində 
anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı 
aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkre-
ditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin 
bir nüsxəsi həmin məhsulu saxlamağa məsul  şəxslərə verilir, digərləri isə ekoloji 
müşahidə  və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlarda saxlanılır.  
17.6. Ekoloji təmiz kənd təsərrüfatı və  ərzaq məhsullarının daşınmasında istifadə 
edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, 
keyfiyyətinin pisləşməsinə  şərait yaratmamalı, habelə ekoloji müşahidə 
aparılmasına imkan verməlidir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin