Maddə 14. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları 14.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları insanların
həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik tələblərinə görə
ənənəvi kənd təsərrüfatı məhsullarına nisbətən daha ciddi və məcburi tələblərə,
norma və qaydalara cavab verməlidir.
14.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları müvafiq
icra hakimiyyəti orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada
hazırlanır və təsdiq edilir.
14.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları hazırlanar-
kən müvafiq məhsullar üzrə beynəlxalq standartların tələbləri nəzərə alınmalıdır.
14.4. Müvafiq icra hakimiyyəti orqanları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının standartları barədə müxtəlif vasitələrlə istehlakçıları tam və səhih
informasiya ilə təmin edir, bu sahədə maarifləndirmə işləri aparır, ekoloji təmiz
kənd təsərrüfatı subyektlərinin siyahısını mətbuatda dərc etdirməklə ictimaiyyəti
məlumatlandırır.