Maddə 20. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı 20.1. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının əsas məqsədi xəstəliklərə,
zərərvericilərə davamlı və yerli şəraitə uyğunlaşmış yüksək məhsuldar bitki sortla-
rının və heyvan cinslərinin geniş yayılmasını təmin etmək, torpaqların münbitli-
yinin bərpası və artırılması, üzvi gübrə və kompostların hazırlanması texnologiya-
larının elmi əsaslarını müəyyən etmək və ekoloji təmiz kənd təsərrüfatının
inkişafına zəmin yaratmaqdır.
20.2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı aşağıdakı istiqamətlərdə
aparılır:
20.2.1. ekoloji təmiz kənd təsərrüfatı üzrə mütəxəssislərin və ixtisaslı kadrların
hazırlanması;
20.2.2. kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi kursların,
seminarların və konfransların təşkili, xarici ölkələrdə keçirilən belə tədbirlərdə
fermerlərin və mütəxəssislərin iştirakı;
20.2.3. elmi-tədqiqat işlərinin aparılması;
20.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili və maarif-
ləndirilməsi işinin təşkili, informasiya yayımının genişləndirilməsi;
20.2.5. ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi,
jurnalların və kitabların nəşr edilməsi;
20.2.6. bu sahədə əldə edilən elmi nailiyyətlərin istehsala tətbiqinin təmin edilməsi,
sərgilər və yarmarkaların təşkili.
280
20.3. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən qaydada hüquqi və fiziki şəxslər tərəfindən
həyata keçirilir.