Maddə 21. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq 21.1. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış
müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında
həyata keçirilir.
21.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
ekoloji təmiz kənd təsərrüfatı sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda
nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları
tətbiq olunur.