81
Ekoloji kənd təsərrüfatının gələcəyi Avropa ölkələrində baş verdiyi kimi
Azərbaycanda da bilavasitə dövlətin siyasi dəstəyindən asılıdır.
Bu sahədə qəbul olunmuş qanunun ölkəmizdə geniş tətbiqi üçün Azərbaycan
hökuməti ekoloji kənd təsərrüfatının Milli Proqramını işləyib hazırlamalıdır. Bu
proqramda nəzərə alınmalıdır ki, Ekoloji Kənd Təsərrüfatının inkişafı Avropa
bazarına çıxış üçün yaxşı fürsətdir. Eyni zamanda biz gələcək nəsillər qarşısında
sağlam həyat mühitin yaradılması üçün torpaq ehtiyatlarımızın səmərəli istifadəsinə
və biomüxtəlifliyin qorunmasına qayğı ilə yanaşmağa borcluyuq.
Azərbaycanın torpaq-iqlim şəraiti əla keyfiyyətli məhsulların (tərəvəz, meyvə,
üzüm,
sitrus bitkiləri, pambıq, qərzəklilər və s.) yetişdirilməsi üçün əverişlidir və
hadisələrin arzuolunan istiqamətdə inkişafı (qanunvericilik bazasının yaradılması,
dövlət tərəfindən subsidiyalar şəklində maliyyə dəstəyinin güclənməsi, sertifikatlaş-
dırma orqanının beynəlxalq akkreditasiyası, sahmanlı təhsil
sistemi və inkişaf etmiş
məsləhət xidməti) bizim üçün ekoməhsulların istehsal həcmin təxminən 3-4 dəfə
artırmaq imkanı yaradar.
Yaxın gələcəyin mühüm vəzifələri kimi beynəlxalq tələblərə uyğunlaşdırılmış
qanunvericilik və normativ baza ilə yanaşı, inspeksiya və sertifikatlaşdırma sistemi-
nin təşkilini, ekofermerçiliyin inkişafı və regionlarda ekoloji kənd təsərrüfatı hərə-
katının genişlənməsi məqsədilə lokal məsləhət xidmətlərinin yaradılmasını, ekofer-
merlərin idarəetmə biliklərinin və bacarıqlarının inkişafına yardım
edən Avropa
standartlarına uyğun təhsil və maarifləndirmə şəbəkəsinin yaradılmasını qeyd etmək
olar.
Ekoloji kənd təsərrüfatı hərəkatının inkişafında başlıca maneə kimi hələ də
ekoloji kənd təsərrüfatına və onun real üstünlüklərinə münasibətdə əhalinin
müxtəlif
təbəqələrinin təfəkkürünün dəyişdirilməsi problemi durur. Yaranmış vəziyyəti əhali
arasında, xüsusilə də kənd yerlərində maarifləndirmə işinin gücləndirilməsi və
regional nümunəvi ekotəsərrüfatların yaradılması vasitəsi ilə aradan qaldırmaq
mümkündür.
Bu gün ekoloji kənd təsərrüfatı sahəsində elm və praktika arasında qarşılıqlı
əlaqələrin tənzimləmə mexanizminin olmaması ciddi boşluq kimi meydana çıxır. Bu
məsələnin həlli üçün ekoloji kənd təsərrüfatının elmi problemlərinin Milli Elmlər
Akademiyasının (AMEA-nın), onun
Regional Elm Mərkəzlərinin, eləcə də ali təhsil
ocaqlarının və sahə elmi-tədqiqat institutlarının tematik planlarına daxil edilməsi
vacib şərtdir.
Bu istiqamətdə fəaliyyətin təməl bazası kimi ilk növbədə ekoloji kənd təsərrüfatı
sistemində Milli Elmi Tədqiqatlar Konsepsiyası işlənib hazırlanmalıdır.
Dostları ilə paylaş: