179
ibarətdir ki, kimyəvi preparatların istifadəsi zamanı zərərverici və xəstəliklərlə yanaşı
onların təbii düşmənləri də məhv olur.
Beləliklə, kimyəvi preparatların istifadəsi
zamanı təbii tənzimləmə prosesinin pozulması nəticəsində zərərli orqanizmlərin
kütləvi surətdə çoxalması və yayılması baş verir.
Sağlam mühit
Ekoloji təsərrüfatçılıqda xüsusi və ya qeyri-adi sehrli
təsirə malik mühafizə vasi-
tələri mövcud deyildir. Burada əsas məqsəd bitkilərin zərərverici və xəstəliklərlə
zədələnməsinin minimuma endirilməsi üçün əlverişli şəraitin yaradılmasından ibarət-
dir. Bu məqsədə balanslaşdırılmış növbəli əkin,
uyğun sort seçimi, torpağın yerli
şəraitə müvafiq və optimal müddətlərlə becərilməsi (laydırsız şum), keyfiyyət
göstəriciləri nəzərə alınmaqla hazırlanmış üzvi
gübrələrin istifadəsi, o cümlədən də
yaşıl gübrələrin tətbiqi, faydalı orqanizmlərin inkişafının dəstəklənməsi (canlı hasar,
biomüxtəliflik) kimi tədbirlər xidmət edir.
Sağlam torpaq
Sağlam torpaq sağlam bitkinin inkişafı üçün zəmin yaradır. Canlı torpaq
«antipatogen» potensial olaraq xəstəlikləri dəfetmə xüsusiyyətinə malikdir. Bu
xüsusiyyətin realizə edilməsi üçün becərilən bitkinin tələbatına
uyğun olaraq torpaq
kifayət miqdarda üzvi maddələr, həmçinin optimal aerasiya və su təminatı rejiminə
malik olmalıdır.
Dostları ilə paylaş: