181
toplanan ifrazat məhsullarının təzyiqi ilə hüceyrələr bir-birindən aralanır və ifrazat
yerlikləri formalaşır. İfrazat vəziləri bitkinin müxtəlif orqanlarında (yarpaq, meyvə,
gövdə, kök, çiçək) əmələ gəlir.
Fitonsidin məhsulları (immunitetin vacib təbii amili kimi) metabolizmin (mad-
dələr mübadiləsinin) məhsuludur. Fitonsidlər istilik mübadiləsində (efir yağlı bitki-
lərdə), müxtəlif birləşmələrin sintezində (vitaminlər) iştirak edir. Bununla yanaşı,
fitonsidlər bitkilərə (yerüstü və yeraltı) zərər vuran mikroorqanizmiləri
məhv etmək
qabiliyyətinə malikdir. Bitkinin tərkibindəki fitonsidin miqdarı bitkinin inkişaf
mərhələsindən, saxlanma müddətindən, becərildiyi torpaqdan asılıdır.
Zülal və karbohidratlar olan mühitdə fitonsidlərin fəallığı azalır. Bu da
fitonsidlərin tərkibində zülal və karbohidratların olmaması ilə bağlıdır.
Təqdim olunmuş materiallarda respublikanın florasında
mövcud olan daha çox
fitonsidə malik bitkilərin, onların təsir etdiyi mikroorqanizmlərin adları göstərilmiş-
dir. Bununla yanaşı, bəzi bitkilərdən həlim və cövhərlərin alınma üsulları, tətbiq
sahələri haqqında ətraflı məlumat verilmişdir. Dərslikdə həmçinin ədviyyəli - ətirli
bitkilərin istifadə olunan orqanları (hissələri) barədə məlumatlar mövcuddur (əlavə 5-
ə bax)