188
Səmərəli enerji sistemlərinin düşünülmüş dizaynı konkret
sahədə mövcud olan
bütün növ enerjilərin maksimal dərəcədə mümkün qeydiyyatını nəzərdə tutur.
«Təbii hadisələr» özünü təbiətdə birbaşa (su, işıq, külək və s.), əksər hallarda
isə bioloji resurslar surətində büruzə verir. Bu zaman hər bir resursa çox və ya az
dərəcədə, lakin bütövlükdə bütün dörd element (məsələn: ekosistemlər,
bitkilər,
heyvanlar, torpaq, peyin, kompost və s.) daxil olur.
Bioloji resursların səmərəli istifadəsinin açarı işin düzgün təşkilindədir. Əgər
belə təşkil yoxdursa, resurslar nəzarətdən çıxa bilər və fayda vermək əvəzinə ziyan
vurar.
Bəzi hallarda nəzarətdən çıxmış bu resurslar hətta çirkləndirici amil qismində
belə özünü büruzə verir. Bu rolda misal kimi cavan ağacları məhv edən mal-qaranı,
eləcə də ayrılmış sahədə toyuqların dağıdıcı fəaliyyətini göstərmək olar.
Başqa misal kimi hədsiz dərəcədə kollanmış paxlalılar fəsiləsinə aid ağacların
digər bitkilər üçün işığın qarşısını kəsməsini qeyd etmək olar.
Təşkilin strategiyası başlıca olaraq vaxtın hesablanmasına əsaslanır. Məsələn,
biz
istəyirik ki, çiyələk, moruq, soğan, kartof, pomidor və s. bitkilər yetişdirilən
bostanda qazlar vasitəsi ilə alaq otlarını təmizləyək. Burada strategiya qazların
bostana bitkilər kifayət dərəcədə inkişaf etdikdən sonra və meyvə yetişməmişdən
əvvəl (qazlar yetişmiş məhsulla qidalanır) buraxılmasından ibarətdir.
Permakultura sistemində bütün səylər enerji və qida maddələrini konkret
ərazinin hüdudlarından kənara axmasının qarşısını almağa
və bu prosesə dövran
xarakteri verilməsinə istiqamətlənir. Məsələn, mətbəx tullantıları kompost üçün,
peyin gübrə və bioqaz mənbəyi kimi, evdə istifadə olunmuş su sonra suvarma üçün,
xəzəl yığışdırılaraq mulça kimi istifadə olunsun.
Enerjisəmərəli sistemlərin yaxşı dizaynı dedikdə qapalı enerji dövranının təşkili
məqsədi ilə konkret ərazidə mövcud olan bütün enerji növlərinin
maksimal dərəcədə
mümkün qeydiyyatı nəzərdə tutulur.
Termodinamikanın ikinci qanunu bildirir ki, enerji müntəzəm olaraq miqdarca
azalır və ya mövcud sistem hüdudlarında istifadə üçün yararlılığı azalır. Buna
baxmayaraq, Yer üzərində həyat yalnız enerji dövranının hesabına inkişaf edir.
Bitki və heyvan növlərinin real həyatda qarşılıqlı təsiri konkret ərazidə mövcud
olan enerjinin miqdarını artırır.
Ekofermerin vəzifəsi yalnız
ondan ibarət deyil ki, enerjini təkrarən istifadə etsin
və bununla da maksimal dərəcədə səmərəni artırsın, həm də ondan ibarətdir ki,
əlçatan enerjinin miqdarı minimuma və sonra sıfra enən ana qədər onun bütün
potensialını istifadə etsin.
Bizim işimiz - daxil olan enerjini hər bir konkret mərhələdə itkiyə yol vermədən
istifadə etməkdən ibarətdir. Mülkümüzdən su axıb kənara getməsin deyə «mənbədən
axara qədər» onun aralıq istifadə nöqtələrini yaratmaq lazımdır.
Dizaynın ən mühüm vəzifələrindən biri landşaft və mövcud
tikintilər ilə
(A vəziyyətindən B vəziyyətinə keçid) qarşılıqlı əlaqədə olan enerji toplayıcılarının
uyğun yerləşdirilməsindən ibarətdir. Belə toplayıcıların quraşdırılması bütün siste-
min məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır.