Boğaz, südünü qurutmuş inəklərin yemləndirilməsi Boğaz inəklərin yem payında tələb olunan miqdarda zülal, kalsium, fosfor və
vitaminlər olmalıdır. Yem payında bunlar olmasa, tabaşir, zülal tərkibli yemlər,
xörək duzu və s. təbii mineral əlavələri qüvvəli yemlərə qatmaqla inəklərə verilmə-
lidir.
Süd məhsuldarlığı 3000 kq təşkil edən, 400-550 kq canlı kütlədə olan və südünü
qurutmuş boğaz inəklər cədvəldəki yem normalarına uyğun olaraq yemləndiril-
məlidir:
Boğaz inəklərin yemləndirilməsi normaları Cədvəl 58 İnəklərin canlı
kütləsi, kq
Yem
vahidi
Həzmolunan
zülal, q
Kalsium, q
Fosfor, q
Karotin, q
400 6,0
720 60 35 240
450 6,5
780 70 40 260
500 7,0
840 80 45 280
550 7,5
900 90 50 300
Aşağı köklükdə olan inəklərin yem payına 1-2 yem vahidi artırılır. 1 kq süd
istehsalı üçün tələb olunan qida maddələrinin miqdarı inəyin süd məhsuldarlığı
səviyyəsindən asılıdır. Yüksək süd verən inəklər az süd verən inəklərə nisbətən 1 kq
südün əmələ gətirilməsi üçün az yem sərf edir.