311
“Sertifikatlaşdırma orqanı” məhsulun “ekoloji” kimi satılmasına və ya etiketlən-
məsınə cavabdeh
qurumdur, o buna nəzarət edir və onun standartlara uyğun olaraq
istehsalını, emalını, qablaşdırılmasını və idxalını yoxlayır.
“Müvafiq səlahiyyətli orqan” inzibati və qanuni hüquqlara və hakimiyyətə malik
olan rəsmi dövlət orqanı deməkdir.
“Genetik dəyişdirilmiş orqanizmlər” və məhsullar genetik materialın dəyişdirilməsi
yolu ilə əldə edilən məhsullardır ki, bu zaman təbii çarpazlaşdırma və rekombinasiya
üsullarından istifadə edilmir.
Genetik dəyişdirilmə texnikasına aşağıdakılar
daxildir, lakin bununla da onlar
limitlənmir: rekombinant DNT, hüceyrələr toplusu, mikro və makro inyeksiyalar,
hermetikləşdirmə, genin ləğv edilməsi və ikiləşdirilməsi. GDO-ya cütləşmə,
transduksiya və hibridləşdirmə texnikasının nəticəsi olaraq əldə olunan
orqanizmlər
daxil deyildir.
“İnqrediyent” əlavələr də daxil olmaqla emalda və ya qida hazırlanmasında
istifadə olunan və hazır məhsulun tərkib hissəsi olan hər hansı bir maddəyə deyilir.
“İnspeksiya” qidanın yoxlanılması və ya qida sisteminə, xammalın, emalın,
daşınmanın, emal prosesində olan və hazır məhsulun tələblərə uyğun olub-olmamasının
yoxlanılmasıdır. Ekoloji qida üçün aparılan yoxlamaya istehsal və emal sisteminin də
yoxlanılması daxildir.
“Etiketləmə” etiketin üzərində olan hər-hansı bir yazılı, çap edilmiş, qrafik,
birbaşa ərzağın üzərində qeyd olunan və ya ərzağın yanında yerləşdirilərək ərzağı
təmsil edən simvolları nəzərdə tutur. “Etiketləmə ” həmçinin satışı yaxşılaşdırmaq və
artırmaq məqsədinə də xidmət edir.
“Heyvandarlıq” dedikdə qaramal (həmçinin camış və bizon), qoyun, donuz, keçi,
at, quşlar və arılar da daxil olmaqla hər-hansı bir ev heyvanı və yaxud əhliləşdirilmiş
heyvanlar nəzərdə tutulur.
Vəhşi heyvanların ovçuluğu və balıqçılığı bu tərifin bir hissəsi sayıla bilməz.
“Marketinq” satışı təşkiletmə, yerləşdirmə, satış üçün təklif, satış və ya
bazarda
hansısa digər formalarda paylama və yerləşdirmə deməkdir.
“Rəsmi akkreditasiya ” hökumət orqanına verilən hüquqi icazədir ki, o, müfəttişə
və ya sertifikatlaşdırma qurumuna yoxlama və ya sertifikatlaşdırma xidməti göstərmək
üçün səlahiyyət versin. Ekoloji istehsal üçün səlahiyyətli olan şəxs və ya qurum
akkreditasiya funksiyasını özəl quruma həvalə edə bilər.
“Rəsmən tanınmış inspeksiya sistemi/rəsmən tanınmış sertifikatlaşma sistemi”
hüquqi statusu olan hökumət orqanı tərəfindən tanınmış və rəsmən təsdiqlənmiş
sistemlərdir.
“Sahibkar” bazar tələblərinə müvafiq olaraq maddə 1.1.-də qeyd
olunanlara uyğun
olaraq istehsal edən, hazırlayan, ixrac/idxal ilə məşğul olan və məhsulu bazara çıxaran
şəxsdir.
“Bitki mühafizə məhsulları” dedikdə xəstəlik və zərərvericilərə qarşı qoruyucu,
dağıdıcı, cəlbedici, qorxuducu təsirə malik, həmçinin istehsal, saxlama, daşınma,
ərzağın, kənd təsərrüfatı məhsullarının, heyvan yemlərinin emalı və daşınması
müddətində arzuolunmayan bitki növləri və heyvanlara qarşı işlədilən hər hansı bir
maddə nəzərdə tutulur.
“Paralel istehsal”
eyni təsərrüfatda, eyni sexdə yaxud eyni anbarda ekoloji və qeyri-
ekoloji məhsulların istehsalı, emalı, saxlanması, daşınması, topdan və pərakəndə satışı.
312
“Hazırlama” kəsim əməliyyatlarını, emalı, kənd təsərrüfatı məhsullarının
saxlanması və qablaşdırılması, həmçinin ekoloji istehsal üsullarına müvafiq etiketlərın
dəyişdirilməsini nəzərdə tutur.
“İstehsal” kənd təsərrüfatı məhsulları ilə təminatı, məhsulun ilkin qablaşdırılmasını
və etiketlənməsini nəzərdə tutur.
“Təsərrüfat vahidi” kənd təsərrüfatı sistemində emala, qablaşdırmaya və ya ekoloji
ərzağın saxlanmasına zəmin yaradan bir komponentdir.
“Baytarlıq dərmanı” ət və ya süd istehsal edən heyvanlara, quşçuluq sahəsinə,
terapevtik, profilaktik və ya
diaqnostik məqsədlərlə, psixoloji funksiyalara və ya
davranışa təsir məqsədilə balıq və ya arı məhsullarına, qida istehsal edən heyvana tətbiq
edilən hər hansı bir vasitədir.
“Yabanı yığım” təbii ərazilərdə, meşələrdə kənd təsərrüfatı ərazilərində təbii yolla
yetişən və Əlavə 2-də siyahısı qeyd olunan bitkilərin kolleksiyasıdır, hətta bu bitkilərin
bəzi hissələrinin yığımı 3 ildən bir aparılmalıdır, əks təqdirdə bu yığım
təbii balansa,
sabitliyə və yığım aparılan ərazidə növlərin təbii yaşam tərzinə mənfi təsir göstərə bilər.
Dostları ilə paylaş: