Амин Бабайев, Вцгар Бабайев


 Maddələrin əlavə 2-yə daxiledilmə tələbləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə388/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   384   385   386   387   388   389   390   391   ...   431
 
5.  Maddələrin əlavə 2-yə daxiledilmə tələbləri  
Bu standartların  Əlavə 2. bəndinə edilən hər hansı bir dəyişikliklər European 
Community's Regulation (EEC) No 2092/91- Avropa Birliyi Əsasnaməsinə uyğun 
olaraq edilə bilər.   
5.1.  Ən azından aşağıdakı kriteriyalar Bölmə 4.-də qeyd olunan, istifadəsinə icazə 
verilən maddələr siyahısının dəyişdirilməsi məqsədilə istifadə oluna bilər.  Bu kriteriya-
lardan ekoloji istehsalda istifadə edilə biləcək maddələrin qiymətləndirilməsindən 
istifadə edərkən GABA bütün milli və beynəlxalq səviyyədə  tətbiq edilə biləcək bütün 
qanunları  və  tənzimləmələri nəzərə almalıdır. Hər hansı bir yeni maddə  aşağıda 
göstərilən əsas kriteriyalara cavab verməlidir:  
a) onlar ekoloji istehsal prinsiplərinə zidd olmamalıdırlar (“Bazara çıxış” paraqraf 9-
10);  
b) maddələrdən istifadə vacibdir/xüsusilə məqsədli istifadə zamanı;  
c) maddələrdən istifadə ətraf mühitə zərərli təsir etməməlidir;  
d) onlar insan və heyvan sağlamlığına və ya həyat səviyyəsinə  ən az neqativ təsirə 
malikdir;  
e)  əgər  qəbul edilmiş alternativlər kifayət kəmiyyətdə  və keyfiyyətdə    əldə edilə 
bilmirsə.  
Ekoloji istehsalın tamlığının qorunması  məqsədilə  yuxarıda göstərilən kriteriyalar 
qiymətləndirilməlidir. Bundan əlavə  aşağıda qeyd olunan kriteriyalar qiymətləndirmə 
prosesində tətbiq olunmalıdır:  
a)  əgər onlar gübrələmə  və torpağı yaxşılaşdırma məqsədi güdürsə  − onlar torpağın 
münbitliyini yüksəltmək və ya onu qorumaq üçün vacibdir və ya məhsulun xüsusi qida 
tələbatlarını ödəmək üçün və ya xüsusi olaraq torpaq yaxşılaşdırıcı  və növbəli  əkin 
məqsədləri daşıyırsa və Əlavə 1.-də göstərilən praktikalar və ya Cədvəl 2.-də  Əlavə 2.-
də qeyd olunan digər məhsullarla kifayətlənə bilmirsə;   
− inqrediyentlər bitki, heyvan, mikrobioloji və ya mineral mənşəli olacaq və fiziki, 
(məs. mexaniki, termiki)  fermentativ, mikrobioloji təsirlərə məruz qala bilər və 


 
315
− onların  istifadəsi  torpaq orqanizmlərinə/torpağın fiziki xassələrinə    zərərli təsir 
etmir;  
b)  əgər onlar bitki xəstəlikləri, zərərverici və alaqlara qarşı  nəzarət məqsədilə istifadə 
edilirsə: 
− onlar zərərli orqanizmlərə qarşı  nəzarətdə, həmçinin xüsusilə  bioloji, fiziki və ya 
seleksiya metodları və digər alternativ və effektiv mübarizə praktikaları olmadıqda  çox 
mühüm əhəmiyyət kəsb edir
− maddələr bitki, heyvan, mikrobioloji və ya mineral mənşəli olmalıdır və  aşağıdakı 
proseslərə məruz qala bilər: fiziki, (məs. mexaniki, termiki)  fermentativ, mikrobioloji 
(məs. Kompostlaşdırma, bioqas);  
−  buna baxmayaraq, əgər onlar xüsusi şəraitdə istifadə olunan kimyəvi yolla sintez 
olunmuş aldadıcı  və tutucu məhsullardırsa (feromonlar),  onlar siyahıya  əlavə kimi 
salınacaq (əgər həmin məhsullar öz təbii formasında təbiətdə kifayət qədər əldə edilən 
deyilsə), bir şərtlə ki, onların istifadəsi məhsulun yeməli hissəsində birbaşa və ya 
dolayısı ilə qalıqların yaranması ilə nəticələnməməlidir;  
c)  əgər onlar ərzağın hazırlanmasında və saxlanmasında  əlavə  və ya emala köməkçi 
vasitə kimi istifadə olunurlarsa:  
− bu maddələr təbiətdə tapılıb və  aşağıdakılara təsir göstərə bilər: mexaniki-fiziki 
proseslərə (məs., ekstraksiya, çökmə), bioloji-fermentoloji və mikrobioloji proseslərə, 
(məs., fermentləşdirmə),  
− və ya yuxarıda göstərilən maddələr bu cür metodlar və texnologiyaların nəticəsində 
kifayət kəmiyyətdə  əldə edilə bilmirsə, onda kimyəvi yolla əldə edilən bu maddələr 
müstəsna hallarda istifadə edilə bilər;  
− bu cür məhsulları hazırlamaq üçün onlar çox əhəmiyyətlidir, çünki başqa mümkün 
texnologiya istifadədə yoxdur;  
− alıcı təbiət, maddə və ərzağın keyfiyyəti ilə bağlı aldanmayacaq.   
Son yekun  maddələr siyahısını  tərtib edərkən  GABA-nın bu proseslərdə  iştirak 
etmək və məsləhət vermək  imkanı olacaq. 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin