FİZİKİ ÇİRKLƏNMƏ – hər hansı bir mühitdə müxtəlif fiziki
faktorların təbii normasının artmağa doğru dəyişməsi: istilik, səs-küy,
elektromaqnit, radiasiya və s.
FİZİOQNOMİKA (yun. physioqnomike) – ekologiyanın bölməsi;
təbii qruplaşmaların forma və strukturunu öyrənir; qruplaşmanın xarici
görünüşü haqqında elm. Termini R.Uitteker (1980) daxil etmişdir.
FİZİOLOGİYA (yun. Physis - təbiət) – insan və heyvan
fiziologiyası – orqanizmlərin, onların ayrı-ayrı sistem, orqan və
toxumalarının həyat fəaliyyəti və fizioloji funksiyaların tənzimi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
193
haqqında elm. Canlı orqanizmlərin ətraf mühitlə qarşılıqlı fəaliyyətinin
qanunauyğunluqlarını, onların müxtəlif şəraitdə davranışını öyrənir.
İndiki dövrdə fizioloji məsələlər, əsasən, tibb və kənd təsərrüfatı
praktikasına kömək etmək mövqeyindən işlənib hazırlanır.
FİZİOLOJİ QURAQLIQ – ətraf mühitdə rütubətin bolluğu
şəraitində temperaturun aşağı olmasilə əlaqədar bitki köklərinin suyu
sorma qabiliyyətinin azalması.
FİZİOLOJİ SÜKUT – bitkinin və heyvanın belə həyat dövründə
maddələr mübadiləsi olduqca zəif gedir.
FİZİOSFER – abiotik geosferdən (litosfer, hidrosfer, atmosfer)
ibarət Yer sferi.
FLORA (lat. Flora – Roma mifologiyasında çiçək və bahar allahı)
– Bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən
vilayət, zona, rayon, bitki tipi, formasiya və ya biosenoz daxilində
onların müasir təbii şəraiti və geoloji keçmişi ilə bağlı tarixən təşəkkül
tapmış məcmusu. Məs. Qafqazın florası, Azərbaycanın florası, sporlu
bitkilərin florası, mamırların florası (brioflora), yosunların florası
(alqoflora) və s. Hər bir F-nın təyin əsası onun növ və cins tərkibinin
aşkar edilməsidir. F. haqqında məlumat (bilik) bitki örtüyünün
təsnifatını düzgün tərtib etmək (qurmaq), geobataniki məsələlərin həlli
üçün vacib şərtdir.
FLORA FONDU – müəyyən regionun bitki növlərinin məcmusu.
FLORA VƏ FAUNANIN ANALİZİ (təhlili) – Növlərin genetik,
coğrafi, ekoloji, təsərrüfat və digər xassələrinə uyğun olaraq müəyyən
ərazidə, bitki tipində və ya ekosistemdə flora və faunanın təhlili. Bütün
hallarda flora və faunanın zənginliyinə və sistematik tərkibinə diqqət
yetirilir. Bütün bunlar növlərin yerləşməsindən, mənşəyindən və tutduğu
ərazinin böyüklüyündən asılıdır. Genetik təhlil zamanı genoelementlər
ayırırlar: məs. keçmiş floranın reliktləri; müxtəlif dərəcədə adaptasiya
olunmuş müxtəlif dövrlərin immiqrantları; gətirilmiş növlər (neofitlər).
Coğrafi təhlildə geoelementlər ayırd edilir: endemlər, alloxtonlar və s.
Ekoloji təhlildə ekomorf və ya ekobiomorflar kimi ekoelementlər ayırd
edilir.
Flora və faunanın faydalılığı bu və ya digər coğrafi və ya inzibati
rayonlara və vilayətlərə görə müəyyənləşdirilir. Bu zaman faydalı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
194
növlərin miqdarı müəyyən edilir və onlar müvafiq qruplara (dərman,
qida, texniki, xəzlilik və s.) bölünür.
FLORİSTİK ƏYALƏT – vilayət tabeçiliyində olan floristik
rayonlaşdırma vahidi.
FLORİSTİK STRATİFİKASİYA – bax. yarus.
FLORİSTİKA – botanikanın floranı öyrənən bölməsi.
FLOROGENETİKA – müəyyən ərazidə floranın formalaşma
tarixini öyrənən botanika elmi.
FLOROGENEZ – növəmələgəlmə və fitosenozların formalaşması
prosesi nəticəsində floranın tarixi inkişafı.
FLYUKTASİYA (lat. fluctasio – dəyişgənlik, tərəddüd)
(ekosistemlərin) – ekosistemin müxtəlif illərdə dəyişgənliyi. F. zamanı
növ populyasiyasının sıxlığı və onların miqdarca nisbəti dəyişir. F.-nın
səbəbi, bir qayda olaraq iqlimin tərəddüdü və ayrı-ayrı növlərin
miqdarının partlayışı (hədsiz artması) sayılır.
FORMALDEHİD – kimyəvi maddədir. (HCHO) sənayedə geniş
istifadə olunur. F. həm də güclü konservant kimi bioloji materialların
saxlanması və meyidin balzamlaşdırılmasnda istifadə edilir. F.böyük
kimyanın əsas məhsulu sayılır və dünya miqyasında 10 milyon tonlarla
istehsal olunur. F. eyni zamanda təhlükəli maddə olub suyu, atmosferi
çirkləndirir, güclü allergiya reaksiyası törədir (gözdən yaş axıdır,
öskürəyə, bronxların spazmasına səbəb olur).
FORMASİYA (lat. formatio – yaranma, əmələ gəlmə) – Eyni
dominantın (bəzi kondominantın) başçılıq etdiyi assosiasiyaların birliyi.
Formasiyalar formasiya qruplarında və ya siniflərində birləşir.
FOSİLLİ, qazıntı orqanizmləri – keçmiş geoloji epoxaların
qalıqları və onların həyat fəaliyyətinin izləri.
FOSFATLAR – orfosfat turşusunun və daha mürəkkəb fosfor
turşularının duzları. F. gübrə kimi və yuyucu, təmizləyici vasitələrin
komponenti kimi istifadə olunur, sonuncu halda F. məişət tulantılarına
qarışır və su hövzələrinin evtrofikasiyasına səbəb olur. Bu səbəbdən də
bəzi ölkələrdə F.-ın yuyucu vasitələrin tərkibinə qatılması qadağan
olunaraq əvəzediciləri tapılmışdır.
FOSFOR ÜZVİ BİRLƏŞMƏLƏRİ – tərkibində fosfor olan üzvi
birləşmələr. F. çox vaxt pestisid kimi istifadə olunur,o qida və su
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
195
vasitəsilə insan orqanizminə daxil olarkən onun sağlamlığı üçün təhlükə
törədir. F.ü.b.-in pestisid kimi işlədilməsinin təhlükəliliyi onun torpaqda
parçalanma məhsullarının özündən də ziyanlı olması ilə bağlıdır.
FOTOBİOLOGİYA (yun. phos - işıq) – biologiyanın bir bölməsi;
görünən ultrabənövşəyi və yaxın infraqırmızı şüaların təsiri ilə
orqanizmdə gedən prosesləri öyrənir. F. bitki və heyvanların həyat
fəaliyyəti ilə sıxı əlaqədardır. F. kənd təsərrüfatı bitkilərində fotosintezin
məhsuldarlığının artırılmasında, kənd təsərrüfatı heyvanlarının
inkişafının intensivləşdirilməsində, tibb təcrübəsində və ətraf mühitin
çirklənməsinə qarşı mübarizədə şüalardan istifadə olunmasında nəzəri
əsasdır.
FOTOBİOSFER – biosferin (qurunun səthi və hidrosferin üst
qatları) günəş şüaları ilə işıqlandırılan qatı.
FOTODİNAMİKA – canlı orqanizmdə işığın fizioloji proseslərə
stimullaşdırıcı təsiri.
FOTOFİLLƏR – yaxşı işıqlı yerlərdə yaşayan işıqsevər
orqanizmlər.
FOTOFOBLAR – güclü işıqlanmadan çəkinən kölgəsevər
orqanizmlər, məs., bütün yeraltda yaşayan heyvanlar, həmçinin Dünya
okeanının dərinsu zonasında məskən salan orqanizmlər. Fotofobların
bədənlərində piqmentləşmə yoxdur, görmə üzvləri ixtisara düşmüş,
iybilmə və və hissetmə qabiliyyəti çox inkişaf etmişdir.
FOTOGEN ORQANİZM – işıq şüası verən orqanizm (məs.,
fotobakteriyalar).
FOTOKİMYƏVİ SMOQ – günəş şüasının təsirindən atmosferdə
yayılmış maddələrdən yeni maddələrin əmələ gəlməsi.
FOTOKSEN ORQANİZMLƏR – işıqlanma intensivliyinə fərqsiz
orqanizmlər.
FOTOMİNERALLAŞMA – işığın təsiri ilə minerallaşma.
FOTOOKSİDANTLAR – atmosferdə işığın təsirilə azot
oksidlərindən və karbohidrogenlərdən yaranan kimyəvi birləşmələrin
ümumi adı. Əsas F. – ozon və azot turşusudur. F. insanın sağlamlığına
zərər yetirir və meşələrin vəziyyətinə mənfi təsir göstərir.
FOTOPERİODİZM – canlı orqanizmlərin günün uzunluğuna qarşı
reaksiyası.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
196
FOTOPLAN – Yer səthinin kartoqrafik məqsədlər üçün hazırlanmış
dəqiq fotoqrafik planı. Xüsusi cihazlarda üfiqi vəziyyətə və eyni
miqyasa gətirilmiş fotoşəkilləri deformasiya olunmayan lövhə üzərinə
yapışdırdıqda alınır.
FOTOSFER – ulduz (o cümlədən günəş) atmosferinin ən dərin və
sıx təbəqəsi; Günəşin F.-nin qalınlığı 500 km-ə yaxın, temperaturu
4500-6000
°C olub olduqca güclü işıq verir. F. Yer səthində gedən təbii
proseslər üçün əsas enerji mənbəyidir.
FOTOSİNTEZ – Bitkilərin, yaşıl yosunların, bakteriyaların və
fotosintez edən mikroorqanizmlərin vasitəsilə günəşin şüa enerjisinin
üzvi maddələrinin kimyəvi enerjisinə çevrilməsi. Bakteriyaların
fotosintezi bakterioxlorofillər, yosunlar və ali bitkilərinki isə
xlorofillərin iştirakı ilə gedir. F. sərbəst enerjinin artması ilə gedən və
bilavasitə Yer kürəsi orqanizmlərini kimyəvi enerji ilə təmin edən vahid
bioloji prosesdir. F. nəticəsində Yer kürəsində hər il 100 mlrd. ton üzvi
maddə əmələ gəlir, 200 mlrd. ton CO
2
mənimsənilir və 145 mlrd. tona
qədər sərbəst O
2
ayrılır. F. prosesində karbon qazı ancaq üzvi
maddələrin tərkibinə daxil olduqdan sonra reduksiyaya uğrayır.
FOTOSİNTEZEDƏN ORQANİZMLƏR – sadə qeyri üzvi
birləşmələrdən işıq enerjisinin hesabına mürəkkəb üzvi birləşmələr
yaradan orqanizmlər F.o.-ə yaşıl bitkilər, yosunlar və bəzi bakteriyalar
daxildir.
FOTOSİNTETİK AKTİV RADİASİYA (FAR) – fotosintez üçün
bitkilərin istifadə edə bildiyi günəş enerjisinin bir hissəsi. Günəş
şüalarının cəminin 50%-ə qədərini təşkil edir.
FOTOTAKSİS – ibtidai orqanizmlərin işığa doğru (müsbət F.) və
əksinə (mənfi F.) hərəkəti.
FOTOTROPİZM – bitki orqanlarının hərəkət istiqamətinə işığın
təsiri.
FÖVQƏLADƏ EKOLOJİ VƏZİYYƏT – insanların həyatı və
sağlamlığının, habelə ətraf təbii mühitin qorunması məqsədilə zəruri
təcili tədbirlərin həyata keçirilməsini tələb edən ekoloji təhlükəli
vəziyyət.
FREATİK SULAR (yun. phrear - quyu) – Yerin aşağı (dərin)
qatlarındakı çatları və kapilyarları dolduran yeraltı sular. Orada xırda
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
197
onurğasızların spesifik faunası yaşayır.
FREATOBİOLOGİYA – limnologiyanın bölməsi; freatik sularda
həyatın ekoloji aspektlərini öyrənir. Termini K.Motain (1962) irəli
sürmüşdür.
FREATOBİONT – freatik suların məskunları.
FREATOFİTLƏR (yun. phrear - quyu) – Qrunt sularının hesabına
yaşayan bitkilər; dərin kök sisteminə (3-15 m) malik olurlar. Qara
saksaul, dəvətikanı, kəvər F.-ə aiddir.
FREONLAR – soyuducular – flüorlu doymuş karbohidrogenlərdir.
Tərkibində xlor və bəzən də brom olur. Ən geniş yayılanları
diflüordixlormetan CF
2
Cl
2
, flüortrixlormetan CF Cl
3
və
diflüorxlormetan CHF
2
Cl. Alışmayan, partlayıcı, rəngsiz, iysiz qaz və
mayelərdir. Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur, turşu və
oksidləşdiricilərə qarşı davamlıdır. F. –dan sənayenin bir çox
sahələrində istifadə olunur. Soyuducularda, kondisionerlərdə, lakların,
rəng-boyaların, müxtəlif insektisidlərin və s. aerozol qablamalarında
məhz F.-dan istifadə edilir. F. yuyucu olduqlarından kosmetikada, ərzaq
məhsuları, dərman maddələri,boya və alovsöndürən qarışıqların
hazırlanmasında istifadə edilir. F. az zəhərli maddələrdir, inert (təsirsiz)
birləşmələrə aid olduğuna görə flora-fauna üçün zərərsiz sayılır və insan
orqanizminə ziyan gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın
sahəsində kənar təsirlərə qarşı davamlı və uzunömürlü olduqları üçün
gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, yer səthində bir
çox təsirlərə məruz qalan xlor-flor üzvi birləşmələr atmosferin ozonla
zəngin qatında ultrabənövşəyi şüalara qarşı tab gətirməyərək asanlıqla
parçalanır. Stratosferdə sərbəstləşən bir xlor molekulu on min ozon
molekulunu tam məhv edir. Başqa maddələrə nisbətən F. ozonu 450-600
dəfə çox dağıdır.
Beynəlxalq cəmiyətlərin razılaşdırılmış gücü ilə 1990-cı illərdən
sonra F.-ın istehsalı 2 dəfədən çox azalmışdır. Soyuducu texnika
istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına
başlamışlar.
1996-cı ildən etibarən Rusiyanın «Biryusa» soyuducuları ozon qatına
dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edilərək
buraxılır.
FRİQANA (yun. phryqanon - çırpı) – Əsasən Aralıq dənizi
ölkələrində yayılmış efemerlər olan kserofit tikanlı kol və
yarımkollardan ibarət şiblək qrupu. Azərbaycan Respublikası üçün F.
xarakterik deyil. Lakin dağətəyi zonada bitki örtüyünün məhv edilməsi,
yamaclarda hədsiz mal-qara otarılması ilə əlaqədar torpağın güclü
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
198
yuyulması nəticəsində F. tipli şibləklər yaranır. Belə bitki qruplaşması
əsasən arid meşələrin antropogen deqradasiyasının son mərhələsi sayılır.
O, seyrək bozqır və yarımsəhra ot bitkisi fonunda tək-tək və qrup
halında acılıq, gəvən, Pallas murdarçasından ibarət olur, bəzən orda-
burda ardıc, dağdağan, iydəyarpaq armud və saqqız ağacına da təsadüf
edilir.
FRUKTOZA – meyvə şəkəri, hektozlar qrupundan olan sadə
karbohidratlar. Bitkinin yaşıl hissələrində, meyvələrdə, çiçək nektarında
rast gəlinir.
FTOR –təbiətdə təmiz halda rast gəlinməyən kimyəvi aktiv element.
F.-un birləşmələri sənayedə (alüminium, sement) geniş istifadə olunur
və havanı çirkləndirir. Ftorlu-hidrogen turşularının (ftoridlər) duzlarının
yüksək konsentrasiyası olduqca toksikdir və orqanizmin fermentlərinin
təsirini zəiflədir. Xroniki ftorid zəhərlənməsi insan skeletinin
dəyişməsinə səbəb olur. Sitomotologiyada ftoridlərdən diş kariyesinin
profilaktikası vasitəsi kimi və az miqdarda diş pastalarına qatılır.
FULVOTURŞULAR – humusun tərkibinə daxil olan maddələr.
Durulaşdırılmış qələvilərdə həll olur, oksidləşdikdən sonra məhlulda
qalır.
FUMİQANTLAR – zərərvericiləri və bitki xəstəliklərinin
törədicilərini məhv etmək üçün istifadə olunan kimyəvi maddələr; nəfəs
orqanlarına qaz və ya buxar şəklində daxil olaraq təsir göstərir.
FUMİQASİYA (lat. fumiqo – tüstü verirəm) – Bitki xəstəlikləri
törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan
mübarizə tədbiri. Anbar, istixana, parnik, kənd təsərrüfatı məhsulları
(taxıl, meyvə, tərəvəz və s.), bitkilər (üzüm, çay, sitrus bitkiləri), torpaq
və s. F. edilir. F.-nın vaxtı, üsulu və effekti fumiqantlardan, F.
obyektindən, həmçinin zərərverici və xəstəliklərlə yoluxma
dərəcəsindən asılıdır.
FUNGİSİDLƏR (lat. fungus - göbələk) – Pestisidlər qrupundan
olub fitopatogen göbələklərin törətdiyi xəstəliklərdən bitkiləri qorumaq
üçün preparatlar. Öz kimyəvi təbiətinə görə F. qeyri-üzvi və üzvi
birləşmələrə, həmçinin antibiotiklərə aid edilir. 200-ə qədər F.
məlumdur, onlardan 1500-dən çox preparat formaları və
kombinasiyaları buraxılır: isladıcı tozlar, emulsiya konsentratları,
dustlar, tozlar, qarışıq suspenziyalar, pastalar və s. Təsirinə görə F.
qoruyucu, müalicə edici olur. Ətraf mühitə mənfi təsirindən çəkinmək
üçün F.-dən istifadə olunma qaydalarına, xüsusən doza və vaxtına ciddi
riayət edilməlidir. Bir çox ölkələrdə, o cümlədən respublikamızda F.-
dan istifadə olunması qanunla nizama salınır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
199
FUTUROLOGİYA (lat. futurum - gələcək) – geniş mənada – Yerin
və bəşəriyyətin gələcəyi haqqında təsəvvürlərin məcmusu, dar mənada –
sosial proseslərin perspektivini əhatə edən elmi biliklər sahəsi,
proqnozlaşdırma və proqnostikanın sinonimi.
FÖN – dağlıq ölkələrdə, temperaturu xeyli yüksək və nisbi rütubəti
alçaq, güclü və bəzən şiddətlənən küləklər. F. dağ silsiləsinin bir
tərəfində hava təzyiqi yüksək, o biri tərəfində isə alçaq olanda baş verir.
Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək
dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun
temperaturu orta hesabla hər 100 m-də 0,5
° düşür. Azərbaycanda
kermiç, qara yel, ağ yel adlanan külək F. tipli küləkdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
200
G
GEN (yun. genos - cins) – nəyinsə mənşəyinə, yaranmasına aidlik
bildirən mürəkkəb sözlərin tərkib hissəsi (məs. hidrogen).
GENEFOND – Genlərin, populyasiya və ya növlərin tərkibi. G.-a
əsasən növlər xüsusi qiymətli əlamətlərinə görə (forma, növmüxtəlifliyi
və faydalı keyfiyyətləri) müəyyənləşdirilir.
GENEKOLOGİYA, BİOSİSTEMATİKA – heyvan və bitki
sistematikasının bölməsi olub taksonları, xüsusilə ekotip və
populyasiyaları, onların mənşəyini və genefondunu öyrənir. Öyrənilən
heyvan və bitkinin məhz hansı valideyindən və daha uzaq əcdaddan
əmələ gəlməsini sübut edən məlumat genetika və seleksiya işində böyük
əhəmiyyətə malikdir.
GENERATİV ORQAN – çoxalma vəzifəsini aparan orqan.
GENETİK HOMEOSTAZ – populyasiyanın gen tərkibini daim
saxlamaq qabiliyyəti və genofondun kəskin tərəddüdünə müqavimət
göstərmək.
GENETİKA – orqanizmlərin irsiyyət və dəyişkənliklərini öyrənən
elm. G.-nın əsas vəzifəsi orqanizmin fərdi inkişafını öyrənməklə və
insana lazım olan yeni orqanizm formaları yaratmaq məqsədi ilə onların
irsiyyət və dəyişkənliyini idarə etmək üsullarını işləyib hazırlamaqdan
ibarətdir.
GENEZİS (yun. genesis) – mənşə, əmələgəlmə: daha geniş mənada
törəməni və inkişafı müəyyən vəziyyətə, hala, formaya salan ardıcıl
proseslər.
GENOTİP – orqanizmin bütün genlərinin məcmusu. Termini
V.Yoqansen (1909) irəli sürmüşdür.
GENOSİD (yun. genos – nəsil və sid) – soyqırımı, növün, sortun,
cinsin, irqin, millətin nəslini kəsmək cəhdləri.
GEOANTİKLİNAL Yer qabığının qalxması. Geosinklinal sistem
daxilində uzun müddət mütləq və nisbi qalxan sahə. G.-ın uzunluğu yüz
km-lə, eni on km-lərlə olur. Geosinklinalın tamamlanma mərhələsində
G. qırışıq dağ qurğularının nüvəsini təşkil edir. Müasir G.-a Kuril
adaları qövsünü, qədim G.-a isə Ural dağlarının ox hissəsindəki Uraltau
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
178
silsiləsini misal göstərmək olar.
GEOBİONT, EDAFOBİONT – demək olar ki, bütün ömrü boyu
torpaqda yaşayan heyvanlar (soxulcanlar, köstəbəklər). G.-torpaq
biosenozunun bir hissəsidir.
GEOBİOSFER – quru daxilində olan biosfer qatı.
GEOBOTANİKA (yun. ge - yer) – fitosenologiya – bitki
qruplaşmaları və ya fitosenozları, onların tərkibi, quruluşu, biosenoloji
mühitinin xüsusiyyətləri, məhsuldarlığı, istifadəsi və dəyişdirilməsini
öyrənən elm. Geobotanikanın obyekti fitosenozlar, onların yaratdığı
bitki örtüyü sayılır. G. Fitosenozların morfologiyasını, onların biotik
əlaqələrini, xüsusilə fitosenozların daxili mühitini (sinekologiya), tarixi
inkişafını (senogeniya) və təsnifatını tədqiq edir.
GEOBOTANİKİ XƏRİTƏLƏŞDİRMƏ – müxtəlif miqyaslı
geobotaniki bitki örtüyünün xəritələrinin tərtibi. 1:5000-1:100 000
miqyaslı geobotaniki xəritələşdirmə üçün çöl tədqiqatları
(rekoqnossirovka, xətti taksasiya, geobotaniki profilləmə, geobotaniki
çəkmə, «açar»” (test) metodundan istifadə edilir. Kiçik miqyaslı
(1:5000000-1:4000000) xəritələr ədəbiyyat materiallarının köməyi ilə
tərtib olunur. G.x.-in ən məsuliyyətli və mürəkkəb hissəsi geobotanika
xəritələrinin legendasını tərtib etmək, yəni xəritəyə daxil olan
ərazilərdəki bitki örtüyünün qısa təsvirini verməkdir. Geobotaniki
xəritələr dəqiq iri miqyaslı – 1:5000-1:25 000, ümumiləşdirilmiş iri
miqyaslı – 1:50000-1-200 000, orta miqyaslı – 1:300 000 - 1:1000000,
xülasəli miqyaslı – 1:500 000-1:400 000, kiçik miqyaslı xülasəli –
1:5000000 və daha kiçik olur. Geobotaniki xəritələr məqsədinə,
tərtibinin prinsipinə görə universal, xüsusi aktual (müasir) bitki örtüyü,
ilkin bitki örtüyü, indiqasiya, proqnoz, botaniki-təsərrüfat xəritələrinə
bölünür.
GEOBOTANİKİ
ƏYALƏT
– zonanın (yarımzonanın)
tabeçiliyində olan geobotaniki rayonlaşdırma vahidi.
GEODEZİYA – Yerin ölçülərini, formasını, qravitasiya sahəsini və
səthindəki ölçmələri öyrənən elm. G.-nın materialları geobotanika və
biosenologiyada geniş tətbiq olunur.
GEOEKVİVALENT –təbii landşaftın yerində yaradılan antropogen
lanşaftla mütənasibliyi, uyğun olması. (tərkibi, kütləsi, maddələr
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
179
mübadiləsinin intensivliyi və enerji göstəricilərinə görə).
Dostları ilə paylaş: |