HAVANIN NƏMLİYİ (rütubətliyi) – Havada su buxarının
miqdarı; hava və iqlimi müəyyən edən kəmiyyətlərdən biri. H.n. əsasən,
1) su buxarının təzyiqi, 2) mütləq rütubət (1 m
3
havada olan su
buxarının qramla miqdarı), 3) nisbi rütubət (verilmiş temperaturda
havada olan su buxarının elastikliyinin (təzyiqinin) doymuş buxarın
elastikliyinə (təzyiqinə) nisbətinin faizlə miqdarı, 4) şeh nöqtəsi
(havanın izobarik soyutduqda su buxarının doyma halına uyğun
temperaturu) ilə ifadə edilir. H.n. hiqrometr və ya psixrometrlə ölçülür.
Hava soyuduqda nisbi rütubət artır; temperatur aşağı düşdükdə su buxarı
doymuş hala yaxınlaşır, nisbi rütubət isə 100% olur.
HAVANIN SANİTARİYA MÜHAFİZƏSİ, atmosfer havasının
sanitariya mühafizəsi – Atmosfer havasının zərərli tullantılardan
qorumağa yönəldilmiş, qanunverici təşkilatı və sanitariya-texniki
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
189
tədbirlər kompleksi. Sanitariya-epidemioloji xidmət sistemi sanitariya
qanunvericiliyi əsasında atmosfer havasının zərərli maddələrinin icazə
həddi səviyyəsini keçməmək üçün onun təmizliyinə və fəaliyyətinə aid
olan təmizləyici qurğuların işinə nəzarət edir.
HAVANIN TEMPERATURU – Termometr vastəsilə açıq havada
müəyyən edilən temperatur. H.t. adətən yer səthindən 2 m hündürlükdə
meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür.
H.t. avtomatik olaraq termoqraf vasitəsi ilə qeyd olunur. Müəyyən vaxt
daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və
maksimal termometrlərdən istifadə edilir. H.t. gün ərzində, habelə ay və
il ərzində dəyişir. Atmosferin yüksək təbəqələrində H.t. şarzond, təyyarə
və s. ilə atmosferə qaldırılmış meteoroqraf və radiozondlarla ölçülür.
HAVANIN TƏMİZLƏNMƏSİ – Havanın texniki vasitələrlə
tozdan və digər zərərli qatışıqlardan təmizlənməsi. Yaşayış, ictimai və
istehsalat binalarına daxil olan hava, ventilyasiya və kondisiyalaşdırma
sistemləri (kondisionerlər) ilə təmzlənir. Atmosferin yerüstü qatlarında
müxtəlif mənşəli tozların havada qatılığı bir gecə-gündüz ərzində sənaye
şəhərlərinin yaşayış rayonlarında 0,5 mq/m
3
-ə, sənaye rayonlarında 1
mq/m
3
-ə, sənaye müəssisələri ərazisində 3 mq/m
3
-ə (və daha çox) çata
bilər. Bəzi hallarda (məs. sement istehsalında, qara metallurgiyada)
havada tozların miqdarı xeyli çox ola bilər. Atmosferə buraxılan havanı
təmizləmək və zərərsizləşdirmək üçün müxtəlif hava süzgəcləri, toz və
qaz tutucuları, toz çökdürən kamera, siklon və s. qurğular tətbiq edilir.
H.t. ətraf mühitin mühafizəsinə yönəldilmiş mühüm tədbirlərdən biridir.
H.t.-nə hidrometeorologiya və təbii mühitə nəzarət üzrə Dövlət
komitəsi, habelə sanitar-epidemioloji idarə tərəfindən nəzarət edilir.
HAVA-NÜVƏ PARTLAYIŞI – Odlu kürəsi (işıqlanan sahəsi)
torpağın (suyun) səthinə toxunmayan atmosfer nüvə partlayışı. Partlayış
zamanı zərbə dalğasından hava yüz minlərlə dərəcəyədək qızıb işıqlanır;
sonra odlu kürə əmələ gəlir; o, sürətlə genişlənir, yerdən qalxan toz
sütunu ilə birləşib göbələk şəkilli bulud formasında 10 dəq. ərzində 10
km yüksəkliyə qalxır; ondakı nüvə reaksiyasının məhsulları külək və
hava axını ilə onlarca və yüzlərcə km məsafəyə yayılar. H.n.p.-dan geniş
ərazidə binaları, qurğuları, texnikanı dağıtmaq, təyyarə, qanadlı raketləri
məhv etmək və s. üçün istifadə oluna bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
190
HEYVAN XƏSTƏLİKLƏRİ – Yoluxmayan və yoluxan olur.
Yoluxan H.x. iki cür olur: bakteriya, virus və göbələklərin törətdiyi
infeksiya və ibtidailər, cücülər, gənə və helmintlərin törətdiyi invazion
xəstəliklər. Ən qorxulu H.x.-nə aqalaktiya, aktinomikoz, askaridioz,
botulizm, brüssellyoz, vakinit, qarayara, moniyezioz, raxit, taun
tulyameriya və s.-ni misal göstərmək olar.
HEYVANAT ALƏMİ (HEYVAN) RESURSLARI – sənaye
obyektinə aid olan heyvanlar.
HEYVANDARLIQ – Kənd təssərüfatı heyvanlarını yetişdirən
təsərrüfat sahəsi. H. əhalini süd, yağ, ət, yumurta, yun, dəri və s. ilə
təmin edir. H. məhsullarının tullantısından yem (sümük unu, üzsüz süd
və s.), dərman preparatları (müalicə sorumları, hormon preparatları və
s.) alınır. H.-a maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılıq və
s. sahələr, həmçinin balıqçılıq, arıçılıq və baramaçılıq daxildir.
HEYVANLAR – Canlı varlıqlar aləminin iki əsas qrupundan (digər
qrup bitkilərdir) biri. Bütün H. heterotrof orqanizmlərdir. Yer üzərində
1,5 mln-dək heyvan mövcuddur. Ümumiyyətlə, 16 heyvan tipi qəbul
edilmişdir: ibtidailər, süngərlər, arxeosiatlar (nəsli kəsilmiş),
bağırsaqboşluqlar, ibtidai qurdlar, molyusklar, buğumlular, prozopikilər,
kamptozoylar, podaksonilər, çiyinayaqlılar, poqonoforlar,
dərisitikanlılar, qılçıqçənəlilər, yarımxordalılar, xordalılar (onurğalılar
yarımtipi də daxil olmaqla). H.-ı zoologiya və bir çox xüsusi zooloji
elmlər öyrənir. H.-ın insan həyatında rolu böyükdür. O. qida mənbəyi,
sənaye xammalı olub, həm də işçi qüvvəsidir.
HEYVANLARIN BOLLUĞU (SIXLIĞI) – Əsasən heyvanların
sayı ilə (fərdlərin, yuvalarının, kaloniyalarının), bəzən isə (xüsusən,
onurğasızların uçotu vaxtı) – biokütləsi ilə ifadə olunur.
HEYVANLARIN HƏRƏKƏTİ – Əksər heyvanlar üçün fəal
hərəkət xarakterikdir. Bunlardan bəzilərində (məs. kalmarlar, delfinlər)
suda, quruda və havada sürətlə hərəkət etmək qabiliyyəti var.
Heyvanların olduqca müxtəlif yaşayış tərzləri var (qamçılara, ilanvari,
reaktiv, quyruğun köməyi ilə, əl, ayaq və qanadların köməyilə və s.)
H.h. olduqca müxtəlif əhəmiyyət daşıyır: qida axtarmaq, «qurbanını»” –
ovunu izləmək və onunla mübarizə aparmaq, özünü müdafiə, çoxalmaq,
yuva tikmək, yemlənmək, nəslini qorumaq və «təlim”» keçmək, sürü ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
191
hərəkət etmək, müntəzəm miqrasiya və s.
HEYVANLARIN QIŞ YUXUSU hibernasiya – qışın əvvəlində bəzi
məməlilərin yuxuya bənzər vəziyyəti; bu zaman bütün həyati proseslər
minimuma çatır. H.q.y. mülayim və yüksək qurşaqların bəzi
heyvanlarına xasdır (məs. kirpilər, yarasa və s.).
HEYVANLARIN QORUYUCU RƏNGİ VƏ FORMASI –
orqanizmin maskalanmış və ya qorxuducu rəngarəngliyi və forması.
Bəzi heyvanların mühitin əşyalarına uyğun rəng və forma alması onu
düşməni üçün görkəmsiz və cazibəsiz edir.
HEYVANLARIN SƏMTLƏŞMƏSİ (oriyentasiyası)
–
Ekosistemdə, qismən hərəkəti və miqrasiyasında öz vəziyyətini təyin
etmək qabiliyyəti. Bu mürəkkəb bioloji proseslər görmə, eşitmə,
dadbilmə və s. ilə yerinə yetirilir.
HEYVANLARIN YAY YUXUSU, ESTİVASİYA – bəzi
heyvanların yuxuya bənzər qeyri-fəal vəziyyəti (yay sükutu): məs.
gəmiricilərin stepdə (çöldə) yayın quru, qızmar dövrünü keçirməsinə
köməklik. H.y.y-na həmçinin poykiloterm heyvanların yay sükutluğu
aiddir (məs. bəzi cücülər, gənələr).
HEKİSTOTERMİZM (yun. hekistos – ən kiçik) – soyuğa
dözümlülük, minimum enerji almaq şəraitində yaşamaq qabiliyyəti. H.
alp və qütb bitkiləri, ayı, qütb tülküsü və s. üçün səciyyəvidir.H.
terminini O.Dekondol irəli sürmüş və əsasən bitkilər üçün qəbul
edilmişdir (məs. alp bitkisi).
HELİOBİOLOGİYA (yun. helios - Günəş) – Biologiyanın günəş
aktivliyinin Yer biosferində müxtəlif hadisələrlə əlaqəsini öyrənən
bölməsi.
HELİOBİONTLAR – parlaq günəş işığı olan bitmə şəraitini üstün
tutan orqanizmlər.
HELİOFİLLİK – Orqanizmin işığa münasibəti. Bitkiləri bu
baxımdan ayırırlar: işıqsevənlər (heliofitlər), kölgəyədavamlılar
(umbropatiyentlər), kölgəsevənlər (ssiofitlər), işığa ehtiyacı olmayanlar,
məs. göbələk və bakteriyalar (aqeliofitlər).
Heyvanlar da bu və ya digər dərəcədə heliofilliyə malikdir. Onların
əksəriyyəti heliofillərə mənsubdur. Lakin ssiofillərə və işıqsız
mağaralarda yaşayanlara-aqeliofillər (məs. mağara əməndəri və okeanın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
192
işıqsız zonasında yaşayanlara (afiotik) – məs. sifonofora.
HELİOFİTLƏR, HELİOTROFLAR – işıqsevər bitkilər olub,
fotosintez prosesi tənəffüs prosesindən yalnız yüksək intensiv işıqlanma
şəraitində üstünlüyə malik olur (buğda, şamağacı, qaraşam, dəvədabanı,
kəkotu, çiyələk və s.).
HELİOFOBLAR – işıqdan çəkinən orqanizmlər (mağarada və
dənizin dərinliklərində yaşayan orqanizmlər).
HELİOGEOFİZİKİ
XİDMƏT – Günəş
şüalanmasının
vəziyyətinin təbii dəyişməsinə nəzarət xidməti.
HELİOTEXNİKA – Günəş radiasiyasından istifadəyə əsaslanan
texnika sahəsi. H. texnikanın perspektivli sahələrinə aid edilir. H.
vasitələrinin kənd təsərrüfatında tətbiqi daha perspektivlidir. Kosmosun
mənimsənilməsi işində Günəş enerjisindən istifadə (məs., Günəş
batareyaları) böyük əhəmiyyətə malikdir.
HELMİNTLƏR (lat. helmins - qurd) – İnsan, heyvan və bitkilərdə
bir çox xəstəliklərin törədicisi olan parazit qurdlar. H.-in törətdiyi
xəstəliklər helmintozlar adlanır. H.-in 5 tipi (12 mindən artıq növü) var:
yastı qurdlar, dəyirmi qurdlar, akantosefallar və ya tikanbaşlılar,
nemertinlər, həlqəvi qurdlar. H.-i öyrənən elm sahəsi hilmintologiya
adlanır.
HELMİNTOZLAR – parazit qurdlar vasitəsilə (nematodlar,
trematodlar, sestodlar və s.) insan, heyvan və bitkilərin xəstələnməsi.
HELOBİONTLAR (yun. helos - bataqlıq) – bataqlıqda
məskunlaşan orqanizmlər.
HELOFİTLƏR – bataqlıq bitkiləri olub kriptofitlər yarımtipinə
aiddir, artma tumurcuqları suyun dibindəki torpaqda yerləşir.
HEMATOFAQLAR (yun. haima - qan) – digər heyvanların qanı
ilə qidalanan heyvanlar (adətən həşəratlar: ağcaqanadlar, birələr,
mozalan və s.). H. bəzi patogen agentləri yoluxdurmaqda iştirak edir.
HEMEROBİYA – ekosistemə təsir göstərən bütün antropogen
növlərinin nəticələri. İnsanın orqanizmlərə və onların məskunlaşdığı
yerə təsirini öyrənərək H.-nın dərəcəsi haqda nəticə əldə edilir. H.-nı
biosenozun təhlili və onun yayıldığı yeri tədqiq etmək yolu ilə də
müəyyən etmək olar.
HEMEROFİLLƏR – insanın təsirilə və mədəni bitkilər arasında öz
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
193
arealını genişləndirən bitki və heyvan növləri.
HEMEROFİT – mədəni bitki.
HEMEROFOB – insan fəaliyyəti nəticəsində sıradan çıxan və ya
mədəni bitki qruplaşmalarından çəkinən bitki və heyvan növləri.
HEMİKSEROFİTLƏR – arid zonanın yaxşı inkişaf etmiş kök
sisteminə malik olan (bəzən freatik suya qədər çatan) bitkiləri. H. üçün
intensiv transpirasiya səciyyəvidir, odur ki, onlar uzun müddətli
solmaya davam gətirmir.
HEMOGEN ÇÖKÜNTÜLƏR – kimyəvi çöküntülər – su hövzələri
dibində məhlullardan kimyəvi və biokimyəvi reaksiyalar və ya suyun
temperaturunun dəyişilməsi nəticəsində çökmə yolu ilə əmələ gələn
süxurlar, minerallar və faydalı qazıntılar. H.ç.-ə halit, gips, anhidrit,
dolomit, yəşəm, bəzi əhəngdaşları və s. daxildir.
HERBALOGİYA – alaqlar və onlara qarşı mübarizə metodları
haqqında elm.
HERBARİ (lat. herba - ot) – 1) elmi məqsədlə öyrənmək üçün
yığılıb qurudulmuş bitkilərin kolleksiyası. Müəyyən sahə, region, ölkə
ərazisindən toplanmış H. həmin yerin florasını öyrənməyə imkan verir.
Azərbaycan MEA Botanika institutunda 60 mindən çox H. vərəqi var.
Hər bir H. vərəqində (5x10 sm) bitkinin elmi adını, hansı respublika, r-
n, ekoloji sahədən götürülməsini (meşə, çəmən və s.), yığılma tarixini,
toplayanın adı və familiyasını göstərən etiket olur. 2) Qurudulmuş
bitkilərin kolleksiyasını saxlayan və elmi cəhətdən öyrənən müəssisə.
HERBİSİDLƏR (lat. herba – ot və süd) – Pestisidlər qrupundan
kimyəvi preparatlar: lazımsız, əsasən, alaq bitkilərini məhv etmək üçün
istifadə olunur. Bioloji aktiv maddədir. H. insan orqanizminə də zəhərli
təsir göstərir. Alaqlarla mübarizədə 140-dək H.-dən istifadə olunur. H.-
dən düzgün istifadə edilməməsi torpağın, su hövzələrinin, göllərin
çirklənməsinə, bitki və heyvanların məhv olmasına, biogeosenozdan
bioloji əlaqənin pozulmasına səbəb ola bilər.
HERONTOLOGİYA – orqanizmin, o cümlədən insanın qocalması
proseslərini öyrənən biologiya və tibbin bölməsi.
HERPETOBİONTLAR (yun. herpeton - sürünənlər) – torpağın
səthində və ya çəmən döşənəyində bitki və ya digər üzvi qalıqların
arasında yaşayan orqanizmlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
194
HETEROFİLLİYA, müxtəlif yarpaqlılıq (yun. heteros – özgə,
phyllon- yarpaq) – Bir bitkinin eyni, yaxud ayrı-ayrı zoğlarında
müxtəlif formalı yarpaqların olması. H. bir çox su bitkilərində müşahidə
edilir; bunların su altındakı yarpaqları formasına görə suyun üstündəki
yarpaqlardan kəskin fərqlənir. H. quru bitkilərində də rast gəlir. Bu isə
yaş dəyişiklikləri və funksiyalardakı fərqlərlə əlaqədardır.
HETEROTERM ORQANİZMLƏR – aktiv vəziyyətdə bədənində
eyni temperatur saxlayan, dövri olaraq dərin yuxuya gedən vaxtlarda isə
temperaturu eyni vəziyyətdə qalmayan heyvanlar.
HETEROTROF ORQANİZMLƏR, heterotroflar (yun. heteros –
özgə, yad, trophe - qida) – Hazır üzvi maddələrlə qidalanan
orqanizmlər. H.o.-ə insan və heyvanlar, həmçinin bəzi bitkilər
(göbələklər, bir çox parazit və saprofit örtülütoxumlular) və
mikroorqanizmlər aid edilir. Lakin H.o.-in müəyyən miqdarda mineral
duz və s. maddələri, tipik avtotrof orqanizmlərin isə müəyyən miqdarda
hazır üzvi maddələri mənimsəyə bildiyi üçün belə bölgü nisbi xarakter
daşıyır.
HEYVAN COĞRAFİYASI – bax: zoocoğrafiya.
HEYVAN (BİTKİ) FONDU – biosenozu təşkil edən heyvan (və ya
bitki) növlərinin sayını ifadə edən emprik miqdar göstəricisi.
HEYVAN GENEFONDUNUN QORUNMASI – faunanın növ
tərkibinin, faydalı vəhşi heyvanların optimal sayının saxlanmasına
yönəldilən tədbirlər sistemi. Respublika Konstitusiyasında H.g.q.-nın
hüququ əsasları göstərilmişdir.
HƏDSİZ MƏSKUNLAŞMA – ekosistemdə hər hansı növün
fərdlərinin mühitin tutumundan artıq olması vəziyyəti; bu populyasiyaya
limitləşdirici təsir göstərir. H.m-da bir qayda olaraq, fərdlərin intensiv
məhv olması baş verir (populyasiyanın sayının nizamlanması
nəticəsində), bununla əlaqədar biosenotik seçmə güclənərək sayın
stabilləşməsilə nəticələnir.
HƏRBİ BİOSFER FƏLAKƏTİ, NÜVƏ FƏLAKƏTİ – kütləvi
qırğın silahları (nüvə, kimyəvi, bioloji) tətbiqinin qlobal ekoloji
nəticələri.
HƏRBİ EKOSİD –insanın həyat mühiti sayılan ekosistemin hərbi
əməliyyat zamanı pozulması.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
195
HƏRBİ EROZİYA – Hərbçilər tərəfindən yamaclarda qazılmış
səngər, xəndək və s. su ilə dolması nəticəsində torpağın yuyulması,
düzən sahələrdə isə hərbi işlərlə əlaqədar qazıntı nəticəsində torpağın
sovrulması.
HƏSASSLIQ – canlı orqanizmin ətraf mühit amillərinin təsirinə
reaksiyası (cavab verməsi), orqanizmin duyma qabiliyyəti.
HƏŞƏRAT, CÜCÜLƏR – Buğumayaqlılar tipindən onurğasız
heyvanlar sinfi. Bədəni buğumludur, xarici skelet əmələ gətirən
möhkəm kutikula ilə örtülür. 3 hissəyə – baş, döş və qarıncığa ayrılır.
Başında ağız orqanları, sadə və ya fasetli gözlər və bir cüt bığcığı olur.
Ağzı sorucu, sancıcı – sorucu, yalayıcı, gəmirici tiplidir. H.-ın 34
dəstəyə mənsub 1 mln-dan çox, o cümlədən Azərbaycan
Respublikasında 25 minə yaxın növü vardır. H.-ın təbiətdə rolu çox
müxtəlifdir; onlar maddələr dövranında iştirak edib ən müxtəlif qida
mənbələrindən istifadə edir, sanitar vəzifəsi daşıyır, torpağın bərpa
olunması prosesində fəal iştirak edir, bəzi növləri quşların, balıqların,
məməlilərin qidasıdır. Çiçəkli bitkilərin tozlanmasında rolu böyükdür.
Qiymətli qida və texniki məhsullar verirlər (bal, ipək, rəng). Bəziləri
zərərvericiləri və alaqları məhv etdiyindən faydalıdır. H. arasında çoxlu
təhlükəli bitki və heyvan zərərvericiləri var.
HƏŞƏRATLA QİDALANAN ORQANİZMLƏR – əsasən
həşəratlarla yemlənən heyvanlar və bəzi bitkilər.
HƏŞƏRATYEYƏN BİTKİLƏR, CÜCÜYEYƏN BİTKİLƏR –
Cücüləri (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə
qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot
bitkiləri. Dünyada 500-dək, Azərbaycan Respublikasında 3 növü var.
H.b. şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif
olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin
fosfor, kalium və s. maddələrin çatışmazlığını H.b. metomorfozlu
yarpaqların köməyi ilə cücülərin hesabına tamamlayır. Bəzi H.b.
(şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye
ifraz edən çoxlu vəzilərlə örtülüdür. Cücü bitkinin tutucu aparatı üzərinə
düşdükdə vəzilərin sekressiyası güclənir.
HƏŞƏRATYEYƏNLƏR, CÜCÜYEYƏNLƏR – Məməlilər
dəstəsi. Bədənin uzunluğu 3-40 sm olur. Başı uzunsov olub, adətən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
196
hərəkətli xortumcuq şəklindədir. Dünyada 300-ə qədər, Azərbaycan
Respublikasında 8 növü məlumdur. Əsasən gecə heyvanıdır.
Əksəriyyəti yuvalarda, meşədə yaşayan, kiçik növlər isə xəzəllərin
altında sığınacaq tapırlar. Bir qismi (köstəbək, desman) xəzlikdir.
Kirpilər H.-dəndir. H. Alt Tabaşir dövründən məlumdur. Heyvani yemlə
qidalanırlar. Desmanlar və yarıqdişlilərin sayı az olduğundan
qorunurlar.
HƏYAT – Yer üzərində H. karbonlu birləşmələrin təkamülü
nəticəsində yaranaraq müəyyən mürəkkəb struktura, maddələr
mübadiləsinə, müəyyən qarşılıqlı biokimyəvi reaksiyalar sırasına malik
fərdi tam sistemlər şəklində təzahür edir.
HƏYAT KEYFİYYƏTİ (SƏVİYYƏSİ) – insan ekologiyasında
işlənən termin. İnsanların maddi və mənəvi ehtiyaclarının ödənilməsi
keyfiyyəti: qidanın keyfiyyəti, geyimin keyfiyyəti və modalılığı, yaşayış
yerinin komfortluğu (rahatlığı), təhsilin, səhiyyənin, ətraf mühitin,
rekreasiya strukturunun, əmək fəaliyyətinin, stres vəziyyətinin
səviyyəsini və s. keyfiyyəti. H.k. yaşayış səviyyəsilə yanaşı, həm də
yaşayış tərzi şəraitini təyin edir.
HƏYAT SİKLLƏRİ (dövrləri) – bir nəsil (generasiya), yaxud iki
və daha çox nəslin dəyişməsi daxilində orqanizmlərin müxtəlif böyümə
və inkişaf fazalarının məcmusu. Ali bitkilərdə birillik, ikiillik həyat
dövrləri ayırırlar. Heyvanlarda sadə, əksərən çoxillik həyat dövrlərindən
başqa, həm də bir sıra nəsillərin dəyişilməsilə çox mürəkkəb H.s.
mövcuddur (məs. cücülərin). Hər dövrün (siklin) bir və bir neçə inkişaf
bazası vardır.
HƏYAT ZONASI – biosferin (biomların) ən iri bölgüsü. Əvvəllər
H.z. orqanizmlərin yayılması üçün əlverişli temperatur zonasının
sinonimi kimi istifadə olunurdu. Termini K.X.Merriam (1890) irəli
sürmüşdür.
HƏYATIN EKOLOJİ DAVAMİYYƏTİ – populyasiyanın həyat
və davamiyyətinin mühit şəraitindən və populyasiyanın özünün ekoloji
plastikliyindən asılılığı.
HƏYATIN FİZİOLOJİ MÜDDƏTİ (UZUNLUĞU) – ideal
şəraitdə populyasiyanın fərdlərinin maksimum uzunmüddətli həyatı;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
197
belə şəraitdə populyasiya limitlənmiş təsirlərə məruz qalmır. H.f.m. orta
hesabla adətən ekoloji yaşayış müddətindən xeyli uzun olur.
HƏYATIN MÜTLƏQ UZUNLUĞU – fərdin yarandığı
(doğulduğu) andan ölənə (məhv olana) qədər yaşama müddəti.
HƏYATİLİK – bitki və heyvan fərdlərinin bu və ya digər dərəcədə
bioekoloji davamlılığı, qruplaşmalarda növarası əlaqədə çoxalma
qabiliyyəti, müəyyən ekotopun şəraitinə uyğunlaşması. A.A.Qrossheym
(1929) bitkilərin aşağıdakı beşballı həyatilik şkalasını irəli sürmüşdür.
1. Vegetativ və generativ qabiliyyəti çox aşağıdır.
2. Vegetativ çoxalma normadan aşağıdır, çiçəklənmə və
meyvəvermə qabiliyyəti itirilmişdir.
3. Vegetativ çoxalması, çiçəklənməsi və meyvəverməsi normaldır.
4. Vegetativ çoxalma normadan yuxarı, çiçəklənməsi və
meyvəverməsi yüksək dərəcədədir.
5. Bol çoxalma, yüksək dərəcədə çiçəklənmə və meyvəvermə
qabiliyyəti.
Uranova (1960) görə həyatiliyin ən yaxşı kriterisi (əsrlik dinamikası
çərçivəsində) biosenozda növün davamlılıq dərəcəsidir.
Dostları ilə paylaş: |