KİMYƏVİ OPTİMUM – torpaq və su mühitində orqanizmin
maksimum məhsuldarlığını təmin edən kimyəvi elementlərin tərkibi və
nisbəti.
KLİMAKS (yun. klimax - nərdivan) – bax: ekoloji klimaks.
KLİMAKS EKOSİSTEM
– yetişmiş ekosistem-davamlı
hemeostazlı stabil (sabit) vəziyyətə çatmış ekosistem.
KLİMAKS QRUPLAŞMALAR – suksessiyanın klimaks fazasında
təbii davamlı qruplaşmalar.
KLİMATOQRAFİYA – iqlimşünaslığın bölməsi, yer kürəsi üzrə
çoxillik meteoroloji müşahidələrin statistik işlənməsi əsasında iqlim
tiplərinin və onların yayılmasının (paylanmasının) öyrənilməsi ilə
məşğul olur.
KLİMATOP (Sukaçov, 1964) – biosenozun, biogeosenozun və ya
senoekosistemin biosenotik mühitinin hava hissələri; ətraf atmosferdən
özünün qaz tərkibi, xüsusilə CO
2
, (torpaqüstü biohorizontda), O
2
(yenə
orada fotosintezin biohorizontlarında), biolinlərlə doymuş hava rejimi,
azaldılmış və dəyişilmiş günəş radiasiyası, işıqlanma dərəcəsi, bitkilərin
və bəzi heyvanların lüminessensiyasının olması, xüsusi hava rejimi və
havanın rütubətlik rejimi ilə seçilir.
KLİMATRON – süni şəraitdə müxtəlif iqlim yaratmaq üçün
cihazlarla təchiz olunmuş laboratoriya.
KLİRİNQ (ing. clearing – əkin üçün təmizlənmiş yer) – şumlamaq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
237
üçün nəzərdə tutulmuş yer sahəsi.
KLON (yun. klon – budaq, pöhrə) – bir fərdin vegetativ yolla
artaraq verdiyi nəslin əmələ gətirdiyi kiçik populyasiya. Belə klonlar
qruplaşmalarında çox vaxt parsellər və ya mikrosenozlar əmələ gətirir.
K. geniş mənada bitkinin vegetativ və ya qeyri-cinsi yolla artaraq
yaratdığı nəsildir.
KOL, YARIMKOL VƏ OT QRUPLARININ (QRUPLAŞ-
MALARININ) DOLULUQ DƏRƏCƏSİ – Vahid sahədə (1m
2
) növün
(növlərin) proyektiv örtmə dərəcəsinin cəmi ilə təyin edilir.
KOLLAR – budaqlanması torpağın səthindən başlayan çoxillik
bitki. Hündürlüyü 0,8-6,0 m-ə çatır. 10-20 il, bəzən 40-50 il yaşayır.
Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ
zonasına qədər hər yerdə yayılmışdır. Düzgövdəli (bəzi söyüdlər),
geoksil (məs. itburnu, bambuk), sürünən (bəzi ardıclar), sarmaşıqşəkilli
(məs. üzüm), sukkulent (bəzi kaktus növləri) və parazit (məs. Viscum
album) kollar məlumdur. Azərbaycan Respublikası florasında 290-a
qədər kol növü var. Əksəriyyəti meyvə, dərman və efiryağlı bitkilərdir.
KOLLEKSİYA, tədrisdə – həmcins və oxşar əşyaların əlamətlərinə
görə toplanması və qruplaşdırılması; təlimdə-istifadə edilən əyani vəsait.
K.-lar faydalı qazıntı, cücü, bitki və heyvanlar, toxum, çiçək, torpaq,
mineral, əlyazması, qədim pul, poçt markası, təsviri sənət əsəri və s. ola
bilər.
KOLLEKTOR (k.t.-da) – qurutma şəbəkəsinin tənzimləyici
hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj
borusu və ya kanal.
Kanalizasiyada-kanalizasiya şəbəkəsində çirkab suları toplayan sahə.
KOLLOİD KOMPLEKSİ – (yun. kolla- yapışqan və eidos –
görkəm, forma) – lilin kolloid fraksiyası və ya çoxkomponentli kolloid
üzvi maddələr.
KOLLÜVİUM (lat. colluvio - yığılma) – əsasən ağırlıq qüvvəsinin
təsiri ilə (sürüşmə, uçqun və s.) yüksək sahələrdən hərəkət edərək dağ
yamaclarında və ya onların ətəklərində toplanmış qırıntı materialı
(süxurlar).
KOLMATAJ (frans. colmatage) – 1) gilli və ya narın hissəciklərin
təbii və ya süni yolla dağ süxurlarının məsamələrinə dolaraq onun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
238
sututumunu və sukeçirmə qabiliyyətini dəyişdirməsi. 2) allüviumun su
hövzələrinin dibində sedimentasiya prosesi; bu proses hövzənin dibinin
qalxmasına və hövzənin allüvium bataqlığına çevrilməsinə səbəb olur.
KOLONİAL ORQANİZMLƏR – su heyvanları. Qeyri cinsi
çoxalma zamanı əmələ gələn yeni fərd ana fərddən ayrılmayaraq
koloniya əmələ gətirir. Kolonial bitkilərə müxtəlif birhüceyrəli yaşıl,
göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena yosunları
daxildir. Onlar zoospor və avtosporla çoxalır. Kolonial heyvanlara bəzi
qamçılılar, şüalılar, infuzorlar, süngərlər və bağırsaqboşluqlar aiddir.
İbtidai xordalılardan sinassidilər, slaplar, və nəsli kəsilmiş qraptolitlər
K.o.-dir.
KOLONİYA (lat. colonia - köçmə) – orqanizmlərin (növ və
fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması
və köməkçi qidalanmasını təmin edən qruplaşma.
KOMBİNASİYA DƏYİŞKƏNLİYİ – calaqetmədə yaranan hibrid
dəyişkənliyi, orqanizmin seleksiyası zamanı yeni formaların
alınmasında əsəs mənbə vəzifəsini görür.
KOMMENSALİZM – müxtəlif növ heyvanların birgə (kommensal)
yaşaması. Kommensal həyat keçirən heyvanların biri daimi və ya
müvəqqəti olaraq o birinin hesabına yaşayır, lakin ona heç bir ziyan
vurmur. K. zamanı orqanizmin biri digərindən öz müdafiəsində, hərəkət
etməsində və onun hesabına qidalanmasında istifadə edir. Məs. dəniz
hidroidləri balıqların dərisi üzərində yaşayır və onların ekskrementi ilə
qidalanır. K. nəticəsində parazitizm və simbioz yaşama əmələ gələ bilər.
KOMPLEKS GÜBRƏLƏR – kombinə edilmiş gübrələr-tərkibində
bitki üçün zəruri 2-3 əsas qida maddəsi (N, P
2
O
5
, K
2
O) olan gübrələr.
Bunların tərkibinə mikroelementlər də (B, Mn, Cu, Zn, Mo və s.) əlavə
etmək olar. Bu gübrələr yaxşı fiziki xassələrə malikdir.
KOMPLEKSLƏR
– müntəzəm olaraq senoekosistemin
(mikrorelyeflə birlikdə prosenozun və fitosenozun) dəyişilməsi
(əvəzolunması) gedən bitki və torpaq örtüyü, bir qayda olaraq bir-birilə
suksessiya sərhədləri ilə (ekoton suksessisyaları ilə) əlaqədə (bağlı) olur.
K-in mikrorelyefi bu və ya digər dərəcədə biogen olur. K. xeyli tez
keçən sinsegenezin nəticəsi və
şahididir. K.-i ayırırlar:
monokomplekslər (kompleksləşən fitosenoz və prosenozlar bir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
239
assosiasiyaya aid olur); bir tipli biokomplekslər-kompleksləşən
fitosenozlar müxtəlif formasiyaya, ancaq bir bitki tipinə aid olur (məs.
səhra kompleksi – Aztemisiltum ephemerosum + Anaba setum purum);
ikitipli biokomplekslər-kompleksləşən fitosenozlar iki müxtəlif bitki
tipinə daxil olan formasiyalara aid olur (məs. səhra-çöl kopmpleksi
Aztemisietum purum + Agropyretum aztemisiosum + Spiraeetum
bromosum). K. inisial mərhələsində (suksessiya olunaraq genişlənən
fitosenozlar əsas assosiasiyalara parçalanmayıb) və final mərhələsində
(kompleksin inkişafı nəticəsində üstünlük təşkil edən fitosenoz vahid
massiv əmələ gətirir) ola bilər.
KOMPENSASİYA HORİZONTU – su hövzəsinin tənəffüs və
fotosintez prosesləri bərabərləşən (tarazlaşan) dərinliyi; evfotik zonanın
aşağı sərhədi.
KOMPOSTLAR – mikroorqanizmlərin fəaliyyəti nəticəsində
müxtəlif üzvi maddələrin çürüməsindən alınan gübrələr. Kompost
hazırlamaq üçün əsas materiallar peyin, torf, quş zığı, yarpaq,
günəbaxan gövdəsi, lazımsız yemlər, zibil, axar suların çöküntüsü, dəri
zavodlarının, sallaxanaların tullantısı və s.-dir. K. peyin kimi bütün
bitkilərə verilir. (ha-ra 15-40 t). Gübrələmə xüsusiyyətinə görə bəzi K.
peyindən üstündür.
KONDENSASİYA (lat. condensatio - sıxlaşma) – maddənin qaz
halından maye və ya bərk hala keçməsi. K. yalnız böhran
temperaturundan aşağı temperaturlarda mümkündür. Böhran
nöqtəsindən üçlük nöqtəyədək olan temperaturlarda K. maye hala, üçlük
nöqtədən aşağı temperaturlarda isə bərk hala keçidlə nəticələnir. Buxar
öz mayesi ilə təmasda olduqda K. kiçik doydurma halında belə böyük
sürətlə gedir, təmasda olmadıqda isə yalnız xüsusi K. mərkəzləri
olduqda baş verir.
KONDOMİNANTLAR – (lat. con – bir yerdə) – biosenozda
sodominantlıq edən bitki növü, genotipin mühüm hissəsi. K. əsas qatın
(yarusun) təşkilində iki və daha çox növ miqdarında iştirak edir. (ikinci
dərəcəli qatlarda birlikdə dominantlıq edən növlər subdominantlar
adlanır). K. müxtəlif qarışıq və müxtəlif otlu formasiyalar və
assosiasiyalar əmələ gətirir.
KONQLOMERAT – sementləşmiş çaqıl və süxur qırıntılarından
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
240
(çınqıl, qum, valun) ibarət çökmə süxur. K.-ın sement materialı, adətən,
karbonatlar, dəmir oksidləri, gilli material, nadir halda silisium oksidləri
olur. K.-da (adətən sement materiallarında) bəzən platin, qızıl, uran və s.
faydalı qazıntıların səpinti yataqları olur.
KONNEKTORLAR –vegetativ yolla çoxalma nəticəsində çox sıx,
keçilməz biosenoz qatı (yarusu) yaradan dominantlar, qruplaşmaların
əsas və ikinci dərəcəli qatlarını əmələ gətirir. K.-ın çox hissəsi mezofil
(55%), hidrofil və ya hiqrofil olur.
KONNEKSLƏR – çürümüş ağaclar, heyvan cəsədləri (leş) və
ekskrementlərə uyğunlaşan orqanizm qrupları; mikrosenoz və
mikrosenozların xarakterik qrupu.
KONSENTRASİYA (qatılıq) – ətraf mühitin obyektlərinin,
biomaterialların və s. vahid kütləsində və ya həcmində olan kimyəvi
birləşmələrin nisbi miqdarı, ən çox işlədilən formaları bunlardır: 1)
Kütləcə (çəkicə) konsentrasiya-komponentin kütləsinin bütün sistemin
kütləsinə olan nisbəti: bu nisbəti 100-ə vurduqda alınan ədəd həmin
sistemdə komponentin kütləcə konsentrasiyasını (çəkicə faizini)
göstərir. 2) Atom konsentrasiyası-komponentin qram-atomları (qram-
molekulları) sayının sistemin bütün qram-atomları (qram molekulları)
sayına nisbətidir. Bu nisbəti 100-ə vurduqda alınan ədəd komponentin
atom (qram-molekul, mol) faizləri ilə konsentrasiyasıdır. 3) Həcmcə
konsentrasiya-komponentin həcminin həmin sistemin ümumi həcminə
nisbətidir: onu 100-ə vurduqda alınan ədəd həcmcə faizlə göstərilən
konsentrasiyasıdır.
KONSENTRATOR – bədənində kimyəvi elementlər və birləşmələr
toplayan orqanizm.
KONSERVANTLAR – mikroorqanizmləri məhv edən kimyəvi
maddələr. Bunun üçün yeyinti səeayesində və məişətdə kükürd
oksidindən So
2
və onun sulu məhlulundan (sulfat turşusu), uksus və
benzol turşusundan, xörək duzundan, şəkərdən istifadə olunur. Tibbdə
bu məqsədlə etil spirtindən istifadə olunur.
KONSERVASİYA (lat. conservatio - saxlama) – tarixi abidə və
mədəniyyət adibələrinin, arxeoloji tapıntıların, memarlıq, təsviri və
tətbiqi sənət əsərlərinin ilkin simasını və möhkəmliyini uzun müddət
saxlamaq, onları kimyəvi təsirdən qorumaq üçün görülən tədbirlərin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
241
məcmusu.
KONSTRUKTİV COĞRAFİYA, KONSTRUKTİV COĞRAFİ
İSTİQAMƏT – termini akad, İ.P.Qerasimov (1966) təklif etmişdir.
Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq K.c. tədqiqatlarında
aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə
yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək
istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv
coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi
hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, “təbiət-texnika”
və “təbiət-insan”ərazi sisteminin qanunauyğunluqları dərk edilir,
mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik
(böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi
istiqamətində bir tərəfdən insanı əhatə edən mühitin elmi işlərlə aşkar
edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal
gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin
olunması marağına əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və
təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılmasının elə bir forması
axtarılır ki, o, «təbiət-cəmiyyət”» sisteminin özünü dağılmağa doğru
aparmasın.
KONSUMENTLƏR (lat. consumo – istifadə edirəm) – üzvi
maddələrdən istifadə edən heyvanlar, bəzi bitki qrupları. Konsumentlər
arasında fitofaqlar, zoofaqlar (heyvanlarla qidalanan) və fitozoofaqlar
(bitki və heyvanlarla qidalanan) vardır.
KONTİNENT (lat. continens) – sahəsi bir neçə milyon km
2
-dən az
olmayan quru ərazisi. Eyni ilə «materik”» termini kimi işlənir.
KONTİNENTAL BUZLAQ – kontinentin geniş sahəsini tutan buz
örtüyü.
KONTİNENTAL ÇÖKÜNTÜLƏR – dəniz çöküntülərinin əksinə
olaraq, çay, göl, bataqlıq, bulaq,eol və s. çöküntülər. K.ç.-ə yerüstü
fauna və flora xarakterikdir. K.ç. bir neçə genetik növə ayrılır: elüvial,
yamac, su, buzlaq, külək (eol) və s. Vulkan tufları, onların qurudakı
yenidən çökdürülmə məhsulları da K.ç.-ə daxildir.
KONTİNENTAL İQLİM – dəniz iqliminin əksinə və dənizlərdən
uzaqda yerləşən quru sahələrin iqlimidir. K.i.-in əsas xüsusiyyəti
gündəlik və illik temperatur amplitudasının böyüklüyü, kəskin sutkalıq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
242
dəyişkənliyi, yağıntının və rütubətin azlığı və havanın quru olmasıdır.
Materiklərin daxilinə getdikcə dəniz iqlimi tədricən K.i-ə keçir. K.i.-də
Günəş insolyasiyası və gecə yerin özündən şüa buraxması güclü olur.
Yayda gecələr sərin və aydın, gündüzlər isə isti və küləkli keçir.
Azərbaycan Respublikası ərazisində ən yüksək kontinentallıq Naxçıvan
MR-dır. (Arazboyu düzənliklər və alçaq dağlıqda).
KONTİNENTAL SU HÖVZƏSİ – kontinentin qitə daxili
hissəsində yerləşən su hövzələri (göllər, su anbarları, kanallar və s.).
KONTİNENTAL ŞELF – dənizin təsərrüfat üçün mühüm sayılan
150 m-ə qədər dərinliyi olan kənar dayaz hissəsi. K.ş. yüksək bioloji
məhsuldarlığa və yüksək bioloji müxtəlifliyə malikdir. Son 50 ildə K.ş.-
in bioloji müxtəlifliklərin istifadəsinə neft-çıxarma da əlavə olundu. Bu
məqsədlə 1949-cu ildə Xəzərdə Neft daşları şəhərciyi salındı. Sonralar
dəniz dibindən neftçıxarma işləri daha da genişləndirildi və bununla
əlaqədar dənizin neftlə çirklənməsi gücləndi. Dənizdə neft platformaları
həmçinin Meksika körfəzində, Cənubi-Şərqi Asiya, Afrika, Avstraliya,
Yeni-Zenlandiya ölkələrində də mövcuddur. Bu regionlarda da dənizin
neftlə çirklənməsi böyük narahatlığa səbəb oldu. Ona görə 1982-ci ildə
BMT-nın xüsusi konfransında Dünya okeanının mənimsənilməsi
sahəsində Beynəlxalq əməkdaşlıq prinsipləri üzrə Konvensiya
imzalandı.
KONTİNİUM (lat. continum - fasiləsiz) – Yerdə bütün canlıların
(bitki örtüyü, heyvanat aləmi və torpaq örtüyü) qırılmaz birliyi.
KONVEKSİYA
(atmosferdə)
– atmosferdə müəyyən miqdar hava
kütləsinin şaquli hərəkəti. Ətraf mühitə nisbətən daha isti və seyrək
havanın yuxarı, daha soyuq və sıx havanın isə aşağı hərəkəti nəticəsində
baş verir. K. zəif inkişaf etdikdə nizamsız, turbulent xarakterli olur. K.
atmosferin (xüsusilə ekvatorial enliklərində) aşağı və yuxarı qatları
arasında istilik və rütubət mübadiləsində mühüm rol oynayır.
KONVEKSİYA
(okeanda) – suyun şaquli hərəkəti. Suyun
sıxlığının dəyişməsindən əmələ gəlir. K. okeanın yuxarı qatlarında və
səthində temperaturun aşağı düşdüyü, yaxud duzluluğun artdığı, böyük
dərinliklərdə isə temperaturun adiabatik yüksəldiyi şəraitdə inkişaf edir.
K. əhatə etdiyi qatlarda suyun qarışmasına, soyuq və isti səthaltı su
qatlarının əmələ gəlməsinə, daha aşağı qatların oksigenlə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
243
zənginləşməsinə səbəb olur. Payız-qış dövründə K. böyük dərinliklərə,
ayrı-ayrı subtropik və tropik qurşaqların dənizlərdə isə dibədək yayılır.
KONVERGENSİYA – (lat. convergo - yaxınlaşıram)
biologiyada
– təkamül prosesində yaxın qohumluğu olmayan orqanizm qruplarının
əlamətlərinin bir-birinə oxşaması, eyni istiqamətli təbii seçməyə məruz
qalmaları nəticəsində əlamət və quruluşlarının bir-birinə yaxınlaşması.
KOOPERASİYA – iki növ arasındakı qarşılıqlı əlaqələrin
məcmusu; hər iki növ fayda götürür.
KOPROFAQLAR (yun. korpos – peyin və faq) – heyvan
ekskrementləri ilə qidalanan, saprotroflara aid olan orqanizmlər:
böcəklər, milçəkər və onların sürfələri, mikroartropodlar, protozoalar,
bakteriyalar.
KOPROFİLLƏR – peyin yanğını, yaxud çoxlu peyin verilən
torpaqda inkişaf edən göbələklərin ekoloji qrupu (ziqomisetlər,
pirenomisetlər, diskomisetlər).
KOPROLİTLƏR – tərkibində çoxlu miqdarda mineral hissəciklər
saxlayan torpaq soxulcanlarının ekskrementləri, torpaqəmələgəlmə
prosesində fəal iştirak edərək torpaqda olduqca suyadavamlı struktur
aqreqatlar yaradır. Çox vaxt digər torpaq onurğasızlarını da K.
adlandırırlar.
KORMOBİONT (yun. kormos – kötük və biont) – ağac və kolların
gövdələrində yaşayan orqanizmlər.
KORMOFİTLƏR (yun. kormos – gövdə, phyton - bitki) – gövdəsi
və yarpağı olan bitkilər. Mamırların əksəriyyəti, bütün qıjıkimilər və
toxumlu bitkilər K.-ə aiddir. Bəzən K.-ə yarpaq və gövdədən əlavə kökü
olan bitkilər də aid edilir. K. tarix inkişaf prosesində yarpaq və gövdəyə
bölünməyən tallomlu bitkilərdən əmələ gəlmişdir.
KORROZİYA – suyun süxurlara kimyəvi təsiri nəticəsində
süxurların dəyişilməsi və onlarda boşluq, şırım, çüxur əmələ gəlməsi
prosesi.
KOSMİK ANTROPOEKOLOGİYA – insan ekologiyasının bir
hissəsi, insanın kosmik mühit şəraitinə düşdüyü vaxt kosmonavtların
(astronavtların) həyat təminatını daha effektiv həyata keçirmək
məqsədilə əsaslı və elmi-texniki problemləri tədqiq edir.
KOSMİK BİOLOGİYA – Kainatda canlı materiyanın mənşəyi,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
244
mövcudluğu, yayılması, təkamül xüsusiyyətlərini, kosmik fəza
şəraitində digər göy cisimlərində və ya kosmik aparatlarında uçuş vaxtı
Yer orqanizmlərinin həyat fəaliyyəti xüsusiyyətlərini öyrənən kompleks
elmi fənn. K.b.-nın əsası V.V. Dokuçayev, K.A.Timiryazev, V.İ.
Vernadski, İ.M.Seçenov, İ.P. Pavlov, A.L.Çijevski tərəfindən
qoyulmuşdur.
KOSMİK FAKTOR – mənbəyi kosmik fəzada baş verən proseslər
olan faktor (günəş və kosmik radiasiya, ay işığı, kosmos tozu və s.).
KOSMİK FOTOŞƏKİLÇƏKMƏ – Yer atmosferindən kənarda
yerləşdirilən cihazlar vasitəsilə Yerin, göy cisimlərinin, dumanlıqların
və müxtəlif kosmik hadisələrin şəklinin çəkilməsi. Bu üsulla bir şəkildə
10 km
2
-lərlə sahədən tutmuş bütövlükdə Yer kürəsinə qədər obyektləri
yerləşdirmək olur. Həmin şəkillərə əsasən planetimizin atmosfer,
litosfer, hidrosfer, biosfer və landşaftın mühüm struktur, regional, zonal
və qlobal xüsusiyytlərini öyrənmək mümkündür. K.f. təbii hadisələrin
(gündəlik, mövsümi) və epizodik (meşə yanğınları, vulkan püskürməsi
və s.) dinamikasını, müxtəlif təsərrüfat fəaliyyətini (məhsul yığımı, su
hövzəsinin doldurulması və s) öyrənməyə, həmçinin ətraf mühitin
çirklənməsi ilə mübarizə üçün kompleks tədbirlər görməyə imkan verir.
K.f. apparatının iş prinsipi aerofotoşəkilçəkmədə olduğu kimidir.
Şəkillərin orta miqyası 1:1000 000-1-10 000 000 qədərdir. K.f.-dən
meteorologiyada yerin qar örtüyünün, buludların öyrənilməsi və s.)
geologiya və geomorfologiyada, təbii sərvətlərin tədqiqi üçün ətraf
mühitin vəziyyətinə nəzarət məqsədi ilə istifadə olunur.
KOSMİK EKOLOGİYA – bax: ekologiya.
KOSMİK GƏMİ VƏ STANSİYANIN QAPALI SİSTEMİNİN
EKOLOGİYASI – kosmonavtların həyatının təmin olunması sistemi –
kosmonavtların həyatını, normal maddələr müdabiləsini və iş
qabiliyyətini təmin edən süni nizamlanan yaşayış mühiti.
Kosmonavtların qida ehtiyatı, oksigen, su və istiliklə tənzim olunması,
uzunmüddətli uçuşlarda isə oksigen (suyun elektrolizi) və su (sidik və
buxar kondensatlarının kimyəvi regenerasiyası) regenerasiya edən
cihazlarla nizamlanır. Planetlərarası uçuşda gəminin ekosisteminə
avtotrof fotosintezedən və xemotrof bakteriyalar daxil edilməsi tələb
olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
245
Dostları ilə paylaş: |