NOMOSENOZ – biosenozun tərkibinə daxil olan taksonomik yaxın
cinsli populyasiyaların məcmusu. N. növ üzrə fərdlərin sayının
qanunauyğun kəmiyyətcə yayılmasını səciyyələndirir, yəni xüsusi sta-
tistik xarakteristikaya malikdir. Termini Dajo və Levek (1972) təklif
etmişdir. «N.» anlayışı takosenoz anlayışına yaxındır.
NOOLANDŞAFT – ekosistemin bütün komponentləri (torpaq, bitki
örtüyü, mikroorqanizmlər, heyvanat aləmi) formalaşan mədəni biosenoz
və ya mədəni ekosistem (aqrosenoz). N-ın planlaşdırılması və
layihələşdirilməsi elmdə yeni istiqamətdir və bu barədə yeni metodların
hazırlanması tələb olunur. N. haqqında daha geniş konsepsiya
A.M.İvlev (1986) tərəfindən hazırlanmışdır.
NOOSFER, antroposfer, psixosfer, texnosfer (yun. noos – ağıl və
spharia - kürə) – biogenezdən sonrakı üzvi aləmin yeni, müasir
təkamülü mərhələsi; insan cəmiyyəti, sənaye peyda olduqdan sonra
yaranmışdır. N.-idrak sferi anlayışını E.Lerua (1927) və P.Teyyar de
Şarden (1930) irəli sürmüş, V.İ.Vernadski (1944) tərəfindən
əsaslandırılmışdır.
NORMAL POPULYASİYA – bütün yaş siniflərindən (məs.,
heyvanlarda-yeni doğulanlar, cavan nəsil, yetişmiş və qoca fərdlər)
ibarət populyasiya; onun stabil vəziyyətini ətraf mühitin dəyişgən
şəraitinə adaptasiya olunması qabiliyyəti təmin edir.
NORMAL SPEKTR – Yer kürəsi bitkilərinin yaşayış formasının
bioekoloji tərkibi (%-ilə): fanerofitlər – 43, xamefitlər – 9,
hemikriptofitlər – 27, geofitlər – 4, hidrofitlər – 13, epifitlər – 3. Bax.
bioloji spektr, ekoloji spektr.
NORMAL SU – yad qarışıqlardan təmizlənmiş dəniz suyu, (xlorun
tərkibi təxm. 19.38% olduqda-duzluluq 35% olur). Bundan dəniz
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
337
suyunun duzluluğunu təyin etmək üçün beynəlxalq etalon kimi istifadə
olunur.
NORMAL TƏZYİQ – dəniz səviyyəsində 0
°C temperaturda
atmosfer təzyiqi. N.t. orta hesabla 760 mm hündürlükdə olan civə
sütununun təzyiqinə deyilir. Hava yer səthinin hər bir 1 sm
2
-inə 1 kq
(1033q) təzyiq edir.
NÖV – müasir anlayışda müəyyən areala malik, bir-birilə cütləşə
bilən və başqa qruplarda reproduktiv surətdə təcrid olunan təbii
populyasiya qrupları. Hər bir N.-ün fərdləri bir-birinə reaksiya verən və
biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ
gətirir. N. ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa N.-lərlə
qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət N.
genetik vahid olub geniş ümumi genefonda malikdir, halbuki, fərd,
yalnız az bir vaxt ərzində genefondun cüzi bir hissəsini özündə daşıyır.
Biri digərindən kəskin əlamətlərlə ayrılır, bir N-ün səciyyəvi əlamətləri
başqa N.-ə tədricən keçə bilməz.
NÖV HƏYATININ UZUNLUĞU – əlverişli mühit şəraitində
müəyyən növün fərdlərinin orta maksimum yaşı; fərdin genetik
xüsusiyyətlərilə limitlənir.
NÖV ZƏNGİNLİYİ (NÖVMÜXTƏLİFLİYİ) – biosenozda
növlərin sayının fərdlərin ümumi sayına nisbəti:
1000 fərdə görə; S-növün sayı; N-fərdlərin ümumi sayı.
;
log
1
1
N
S
d
−
=
;
2
VN
S
d
=
S
d
=
3
NÖVARASI MÜBARİZƏ – bax: yaşamaq uğrunda mübarizə.
NÖVARASI RƏQABƏT – müxtəlif növlərin fərdləri arasındakı
rəqabət.
NÖVBƏLİ ƏKİN – tarlalarda müəyyən vaxt ərzində torpağın
münbitliyini bərpa etmək və məhsuldarlığını yüksəltmək üçün kənd
təsərrüfatı bitkilərinin elmi əsaslandırılmış növbələnməsi; əkinçilik
sisteminin ən mühüm hissəsidir. Bitkilərin bioloji xüsusiyyətlərinin və
onların torpağın xassələrinə təsirinin öyrənilməsi sübut edir ki, intensiv
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
338
əkinçilik şəraitində də kənd təsərrüfatı bitkilərinin növbələnməsi
labüddür. N.ə.-lərin iqtisadi məqsədəuyğunluğu torpaqdan səmərəli
istifadədən, sabit və yüksək məhsul əldə edilməsindən, kənd
təsərrüfatında mövsümiliyin ləğv edilməsindən və s.-dən ibarətdir.
NÖVDAXİLİ ƏLAQƏ – növü təşkil edən fərdlər arasındakı əlaqə,
əsasən populyasiyanın həyatı.
NÖVDAXİLİ RƏQABƏT – bir növün fərdləri arasındakı rəqabət.
NÖVDƏYİŞKƏNLİYİ İNDEKSİ – növlərin sayı ilə hər hansı bir
əhəmiyyətli göstəricilər (say, biokütlə, məhsuldarlıq) arasındakı əlaqə
nisbəti. Şennon, Qlison, Simpsonun indekslərindən istifadə olunur.
NÖVƏMƏLƏGƏLMƏ – bir növün bir neçə növə parçalanması,
yaxud növlərin sayının artması.
NÖVLƏRARASI ƏLAQƏ – növlər arasındakı əlaqə, yəni
biosenozun həyatı.
NÖVLƏRİN ANTROPOGEN YAYILMASI – növlərin bu və ya
digər nəqliyyat yolu ilə yayılması: a) müxtəlif dəniz hövzələrini
birləşdirən kanallar vasitəsi ilə, məs. Volqa-Don kanalı ilə Qara
dənizdən Xəzər dənizinə bəzi yosun və meduza növünün gəlməsi. b)
Qitələr arası və qitələr daxili nəqliyyatla (məs. Şimali Amerikadan
Avrasiyaya bəzi alaq otlarının, zərərli heyvanların gətirilməsi): v)
introduksiya zamanı heyvan və bitkilərin təsadüfən gətirilməsi
biosenozda fərdlərin və populyasiyaların yerləşmə xarakteri. Bu, ən çox
növün biologiyasından, qismən onun çoxalma və yayılma üsulundan və
biosenoloji mühit şəraitindən – töküntü qatının paylanmasından, çürümə
dərəcəsindən və s.-dən asılıdır. Qarışmış və ya bərabər paylanmış qrup
(topa) halında və “ləkələrlə” yayılma ayırmaq olar. Müxtəlif növlərin
qrupu (topası) və “ləkəsi” ayrılmış və ayrılmamış ola bilər. Bir sıra
onurğalı və onurğasız heyvanlar yalnız qrup halında normal yaşayıb
yüksək məhsuldarlığa malik ola bilər. Qarışıq halda yayılan biosenozlar
qarışıq, ləkələr halında yayılanlar isə mozaik biosenozlar adlanır.
Qeyd etmək lazımdır ki, biosenozda və ya ekosistemdə orqanizmlər
yalnız bir müstəvi üzərində deyil, müxtəlif biohorizontlarda da yayıla
bilər (yosunlar, şibyələr, buğumayaqlılar, quşlar və digər onurğalılar).
Belə yayılma həmçinin su ekosistemlərinə aiddir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
339
Biosenozda fərdlərin və populyasiyaların yerləşməsi həm gözəyarı,
həm də dəqiq metodlarla tədqiq edilir.
NÖVLƏRİN TOPLANMASI – dar çərçivə vilayətində çoxlu
miqdarda yaxın qohum növlərin toplanması. Bir qayda olaraq bunlar
relikt, endem növlərdir. N.t. xüsusilə qədim saf sulu göllərdə, həm də
nisbətən sonradan yaranan göllərdə müşahidə olunur.
NÖVLƏRİN YERDƏYİŞMƏSİ – fərdlərin və ya onların
diasporlarının qarışması. Hər hansı bir biosenoza görə N.y. emiqrasiya –
köçüb getmiş, immiqrasiya – köçüb gəlmiş və miqrasiya – dövrü olaraq
uzaqlaşan və qayıdan ola bilər. Emiqrasiya və immiqrasiya həm passiv
(alloxorlar), həm də aktiv (avtoxorlar) ola bilər, miqrasiya isə həmişə
aktiv olur.
NÖVMÜXTƏLİFLİYİ – botaniki nomenklaturada fərdlər qrupu,
yaxud irsən zəif keçən, ikinci dərəcəli əlamətlərlə növün tipik
fərdlərindən fərqlənən, arealı aydın olmayan fərd və populyasiya. N.
yarımnövdən kiçik və formadan böyük taksonomik kateqoriyadır. N.
zooloji nomenklaturada variyetetə uyğun gəlir.
NÖVÜN BİOEKOLOJİ POTENSİALI – sonrakı təkamüldə də
növün yayılma qabiliyyəti. Belə anlayış İ.K.Paçosski (1925) tərəfindən
irəli sürülmüşdür.
NÖVÜN DAVAMLIĞI – növün (adətən bitki qruplaşmasında)
müəyyən vaxt ərzində mühitin təsirinə qarşı dayanıqlığı (müqaviməti)
qabiliyyəti.
NÖVÜN KONSEPSİYASI – mövcud metodoloji N.k.-nı üç qrupa
bölmək olar: 1) tipoloji konsepsiyaya görə fərdlər bir-birilə hər hansı
xüsusi əlaqədə olmayıb sadəcə eyni tipə aiddir; 2) Nominalistik
konsepsiyaya görə təbiətdə yalnız fərdlər mövcuddur, növlər isə abstrakt
olub insan tərəfindən yaradılıb; 3) Bioloji konsepsiya (müasir) təbii
populyasiya qruplarından ibarətdir. Bu konsepsiyaya görə növ
reproduktiv birlikdir, növ ekoloji vahiddir, növ genetik vahiddir: Bax:
NÖV.
NÖVÜN MÖVCUDLUĞU (yaşaması müddəti) – növün yarandığı
andan tam məhv olana qədər və ya təkamül nəticəsində digər növə
çevrilənə qədər keçən vaxt (müddət). Bir qayda olaraq paleontoloji
qalıqlar və radioaktiv metodlarla təyin edilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
340
NÖVÜN OPTİMUMU – fizioloji optimum, potensial optimum-
maksimum bioloji məhsuldarlığı təmin edən ətraf mühit şəraitinin yığını
(məcmusu). Növün iki cür optimumu ayrılır: autekoloji optimum
rəqabət olmadıqda növ maksimum inkişafına çatmaq şəraiti tapır) və
sinekoloji optimum (rəqabət olduqda növə maksimum inkişaf etmək
şəraiti yaranır).
NÖVÜN SAYININ KİFAYƏT QƏDƏR OLMAMASI HƏDDİ –
uzun zaman müddətində növün sayı onun normal mövcudluğunu təmin
etmir.
NÖVÜN STRUKTURU – növün strukrturu aşağıdakı vahidlərdən
ibarətdir: 1) yarımçıq növ-coğrafi və ekoloji irq; kifayət qədər
morfofizioloji, coğrafi və ekoloji xüsusiyyətlərilə səciyyələnir; 2)
Yarım-növ – müəyyən bitmə şəraitinə uyğunlaşan və morfofizioloji
əlamətlərilə ayrılan ərazicə bir-birindən ayrı (aralı) coğrafi irqlər. (məs.,
fıstıq avropa (meşə) fıstığı və şərq fıstığı irqinə və ya yarımnövünə
ayrılır; 3) ekotiplər – bu və ya digər şəraitə uyğunlaşan və özünəməxsus
morfofizioloji əlamətləri olan ekoloji irq (məs., turş və qələvi torpağın
ekotipləri); 4) populyasiya bax: populyasiya.
NÜVƏ BATAREYASI – radioaktiv elementlərin parçalanma
enerjisi əsasında işləyən elektrik enerji mənbəyi (bloku).
NÜVƏ QƏZALARI – atom elektrik stansiyalarında baş verən
qəzalar. N.q. zamanı ətraf mühitin radioaktiv çirklənməsi güclənir. Bitki
örtüyünün radioaktiv çirklənməsi nəticəsində heyvanat aləmi kütləvi
surətdə məhv olur. Ekosistemdən bir sıra bitki və heyvan növləri sıradan
çıxır və bunun nəticəsində biosenozun davamlığı azalır. Ətraf mühitin
seziy-137 ilə çirklənməsi və yüksək şüalanma bir sıra nəsli xəstəliklərin
çoxalmasına, bunun nəticəsində eybəcərlik, kəmağıllıq və digər nəsli
çatışmazlıqlara gətirib çıxarır. Bununla yanaşı xərçəng xəstəliklərinin
artması və immunitet sisteminin pozulması halları baş verir.
NÜVƏ QIŞI – nüvə münaqişəsi baş verdikdə atmosferdə tozun
kəsgin çoxalması nəticəsində radiasiya balansının dəyişməsilə əlaqədar
qlobal miqyasda katastrofik soyuqlaşma.
NÜVƏ SİLAHI – atom silahı, qlobal biosfer silahı – nüvə
silahlarının məcmusu və onların məqsədə yetirilməsi. Nüvədaxili
enerjidən baş verən partlayış təsirli, ən güclü kütləvi qırğın vasitələrinə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
341
aid edilir. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə
partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin
(zərbədalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv
zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş
sursatlarının partlayışından fərqlənir: inzibati mərkəzləri, sənaye və
hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar
törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. N.s.
insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq.
ABŞ, B.Britaniya, Rusiya, Fransa, Çin və Yaponiyanın silahlı qüvvələri
N.s.-na malikdirlər.
NÜVƏ ŞÜALANMASI – nüvənin radioaktiv parçalanmasından
əmələ gələn hissəciklər və kvantlar.
NÜVƏ TEXNİKASI – nüvə enerjisinin istifadəsi məsələləri ilə
məşğul olan texnika sahəsi.
NYUTON – Beynəlxalq vahidlər sistemində qüvvə vahidi; R və N
ilə işarə olunur. N. kütləsi 1 kq olan cismə qüvvə istiqamətində 1 m/san
2
təcil verən qüvvədir. 1 kq = 9,80655 N, 1 din = 10
–5
N.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
342
O
OAZİS – bax: Vahə
OBLİQAT ANAEROBLAR ( lat. obligatus – vacib olan) –
inkişafları üçün oksigensiz mühit tələb olunan bitkilər. Obliqat
anaeroblara qıcqırma bakteriyaları, bir sıra mikroblar aiddir.
OBLİQAT PARAZİTLƏR – Saprofit qidalanmaya malik olmayan,
yalnız parazit həyat tərzi keçirən orqanizmlər (məs., pas və kif
göbələkləri).
ODLUCALAR (Puralidae) – kəpənəklər fəsiləsi. Dünyada 20 min,
Azərbaycanda 300-ə yaxın növü var. Əsasən, səhra və yarımsəhralarda
yayılmışdır. O, taxıl və ərzaq anbarlarında, dəyirmanlarda və s.
yayılmışdır. Bir çox növləri əncirə, una, quru meyvəyə, düyüyə, qoza və
s. zərər verir.
ODORANT – atmosfer havasını çirkləndirən iyli maddələr.
ODUNCAĞI (AĞACI) QORUMA VASİTƏLƏRİ insektisid və
funqisid maddələri oduncağı zərərvericilərdən qorumaq üçündür. Tipik
nümayəndələri PFX və lindan sayılır.
OKEAN, DÜNYA OKEANI – Yerin materikləri, adaları əhatə edən
və ümumi duz tərkibinə malik olan bütöv su örtüyü. Hidrosferin 94%-
ini təşkil edir və Yer səthinin 70,8%-ini tutur. Dünya okeanı Sakit
okean, Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanından
ibarətdir. Dünya okeanında indiyə qədər Yerdə məlum olan canlı
orqanizm növlərinin 20%-ə qədəri yaşayır. Dünya okeananda ümumi
biokütlə 30 mlrd ton (quru üzvi maddə) təşkil edir.
OKEAN İQLİMİ – dənizin atmosferə təsiri çox olan şəraitdə əmələ
gələn iqlim; bax. Dəniz iqlimi.
OKEAN VİLAYƏTİ – 1) okeanın materik dayazlığından kənarda
yerləşən dərin sulu vilayəti: 2) Abissaldan üstdə yerləşən su qatları.
OKEANIN ÜZVİ ALƏMİ – su qatında yaşayan bütün
orqanizmlərin (mikroorqanizmlər, bitkilər, heyvanlar) cəmi. Onlar
hidrobiontlar adlanır. Hazırda dünya okeanında 160000-dən artıq
heyvan, 10000-ə qədər bitki növü məlumdur.
OKEONOLOGİYA, OKEANOQRAFİYA – Dünya okeanında
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
343
fiziki, kimyəvi, bioloji, geoloji prosesləri öyrənən elmi fənlərin
məcmusu.
OKSİDLƏR – kimyəvi elementlərin oksigenlə birləşməsi: Kimyəvi
xassələrinə görə duz əmələ gətirənlərə (məs., K
2
O, MgO, CaO, N
2
O
5
,
Al
2
O
3
, SO
3
) və duzəmələ gətirməyənlərə (məs., NO, N
2
O, CO) ayrılır.
OKSİFİLLƏR, OKSİLOFİLLƏR – mühitdə sərbəst oksigenin
xeyli yüksək qatılığına və ya oksidləşmiş mühitə üstünlük verən
orqanizmlər.
OKSİFİTLƏR, OKSİLOFİTLƏR (yun. oxys – turş, lat.
oxygemum - oksigen) – turş torpağa üstünlük verən bitkilər (qaragilə,
türşəng, küknar, sitrus bitkiləri və s.) və yaxud oliqotrof bataqlıqlar.
OKSİGEN BALANSI – fotosintez zamanı avtotrof orqanizmlərin
ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ
gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs
prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf
etdiyi oksigenin miqdarına nisbəti.
OKSİGEN HƏDDİ – mühitdə həll olan (adətən suda) oksigenin
miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin
çatışmazlığından hidrobiontlar məhv olur.
OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı
(bütün canlı orqanizmlər üçün fərdi doza).
OKSİGENİN DÖVRANI – bitkinin fotosintezi ilə ayrılan oksigenin
ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra
oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil
olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən
ölü kütlənin oksidləşməsinə sərf olunur, digər hissəsi isə ekosistemin
biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə dəniz
bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə
təqribən 70
⋅ 10
9
ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon
qazının dövranı ilə sıx bağlıdır.
OKSİGENİN İNVASİYASI – oksigenin atmosferdən suya daxil
olması (soxulması).
OLİQOELEMENTLƏR – canlı orqanizmlərdə və ya ətraf mühitdə
(torpaq, su) çox az miqdarda (konsentrasiyada) rast gəlinən kimyəvi
elementlər – dəmir, mis, maqnezium, nikel, marqans, alüminium,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
344
qurğuşun, molibden və b.
OLİQOFAQLAR – az miqdar qida növləri qəbul edən heyvanlar
məs., koala-yalnız evkalipt yarpağı ilə, bəzi balıqlar əsasən qurdlarla,
yarasalar-cücülərlə, bayquşlar əsasən kiçik gəmiricilərlə qidalanır. Qida
resursunun azalması O. üçün təhlükəlidir. Belə ki, evkalipt
ağaclıqlarının sahəsinin azalması ilə əlaqədar koala məhv olmaq
təhlükəsi altındadır. O, ən çox tropik meşələrdə yayılmışdır, mülayim
qurşaqda ona nisbətən az rast gəlinir.
OLİQOQALİN ORQANİZMLƏR (yun. oligos - az) – duzluluğu
az intervalda dəyişən mühitdə məskunlaşan mikroorqanizmlər,
heyvanlar və bitkilər.
OLİQOSAPROB SU HÖVZƏSİ – az miqdarda üzvi maddəsi olan
su hövzəsi, suyu şəffaf, soyuq olub tərkibi (hətta dərinliklərdə)
oksigenlə zəngindir.
OLİQOSAPROBLAR – təmiz, yaxud üzvi maddələrlə az
çirklənmiş sularda yaşayan orqanizmlər. O.-a bəzi yaşıl və diatom
yosunlar, çiçəkli bitkilər (məs., suzanbağı), bəzi rotatorilər, briozoylar,
süngərlər, şaxəbığcıqlı xərçənglər, balıqlardan isə çəki, qızılxallı balıq
aiddir.
OLİQOTROF ORQANİZMLƏR – qidalı maddələr az olan (az
münbit) torpaqlarda inkşaf edən orqanizmlər. Oliqotrof bitkilərə erika,
şam ağacı, ağbığ, tozağacı, sfaqnum mamırları və s. aiddir.
OLİQOTROF SU HÖVZƏSİ – az miqdarda biogen maddələrə
malik olan su hövzəsi (tundranın üst bataqlıqları və gölləri, Dünya
okeanının mərkəzi subtropik vilayətlərində biogen elementlər
çatışmadığından ilk məhsul aşağı olur).
OMBROFİTLƏR (yun. ombuos - yağış) – atmosfer çöküntüləri
rütubətinin hesabına mövcud olan bitkilər, səthi kök sisteminə malik
olur.
OMBROFOBLAR – uzunsürən yağışlara davamsız bitkilər.
OMNİSİD (lat. omnis - hamısı) – Yerdə bütün canlıların məhv
edilməsi. Təbii (məs., ümumi planetar və kosmik fəlakət) və antropogen
(dünya nüvə müharibəsi, qlobal ekoloji fəlakət və s.) faktorların
təsirindən yarana bilər. Bax: genosid, ekosid.
ONTOGENEZ – orqanizmin fərdi inkişafı – orqanizmin yarandığı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
345
andan həyatının sonunadək məruz qaldığı morfoloji, fizioloji və
biokimyəvi şəkildəyişmələrin məcmusu.
ONURĞALILAR, KƏLLƏLİLƏR (Vertebrata yaxud craniota) –
xordalılar tipindən heyvan yarımtipi; daha yüksək təşəkkül tapmış
müxtəlif heyvan qrupları. O. növlərinə görə onurğasızlardan azdır (40
min növ), lakin müasir biosferin həyatındakı roluna görə onlardan
üstündür. Müasir O.-a 6 sinif – dəyirmanağızlılar, balıqlar, suda-quruda
yaşayanlar, sürünənlər, quşlar, məməlilər aiddir. O.-ın insan üçün böyük
əhəmiyyəti vardır. Ev və ov heyvanlarının əksəriyyəti O.-a aiddir. Bəzi
O. zərərli və zəhərlidir.
ONURĞASIZLAR (Invertebrata) – onurğası olmayan heyvanların
böyük qrupu. O.-a ibtidailər, süngərlər, bağırsaqboşluqlar, qurdlar,
molyusklar, buğumayaqlılar, dərisitikanlılar və bəzi başqa tiplər
daxildir. O.-ın təqribən 1 mln 260 min növü məlumdur; növlərinin
sayına görə cücülər birinci yeri tutur. O. şirin suda, dənizdə, quruda və
torpaqda yaşayır; bir çox növləri heyvanların və bitkilərin parazitidir.
O.-ın təbiətdə rolu böyükdür. O.-ın qazıntı qalıqlarına müxtəlif
dövrlərin çöküntülərində rast gəlmək olur; bəzi süxurların əsas hissəsini
təşkil edir. O. ov heyvanlarının, məməlilərin, quşların və balıqların
qidasıdır.
O.-ın parazit və yoluxucu xəstəlikləri əmələ gətirən növləri də var.
Bəzi növlər parazit qurdların sahibidir. O. arasında zəhərli növlər, taxıla
və taxıl məhsullarına, kənd təsərrüfat bitkilərinə zərər verənlər və meşə
zərərvericiləri də var.
OPTİMAL LANDŞAFT – müəyyən istifadə formasına maksimum
uyğun gələn və ya müəyyən istifadəçi kateqoriyasının (məs. bağban,
tərəvəzçi, maldar) tələblərinə maksimum cavab verən landşaft.
OPTİMAL MEŞƏLİK – müəyyən meşəbitmə şəraitindən özünün
məqsədyönlü vəzifəsini daha yaxşı yerinə yetirən meşəlik. O.m.
yaradarkən ən mühüm komponent meşəliyin optimal tərkibi və optimal
strukturu hesab olunur. Meşəliyin optimal tərkibi məsələsinin həllində
ağac cinslərinin meşəbitmə şəraitində tələbatını, digər ağaclarla dinamik
əlaqəsini, məhsuldarlığını, quruluşunu, əmtəəliyini və müxtəlif tərkibli
meşəliyin təsərrüfatı qiymətini təyin etmək lazımdır. Meşəliyin optimal
strukturunu təyin edən əsas amil ağaclığın sıxlığı (doluluğu) sayılır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
346
Rekreasiya təzyiqi altında olan və torpaqqoruyucu funksiyalı
meşələrin optimal tərkibi və strukturu O.m.-də əsasən estetik və
qoruyucu planda daha effektli olmalıdır.
OPTİMAL MEŞƏLİK FAİZİ – müəyyən ərazinin təbii ekoloji
tarazlığını saxlayan meşəlik faizi.
OPTİMUM ŞƏRAİT – ekoloji faktorların orqanizm üçün daha
əlverişli uyğunluğu.
ORANJEREYA – yerli şəraitdə açıqda becərilməsi mümkün
olmayan həmişəyaşıl (məs., palma), sitrus (limon, portağal), çiçək və bir
çox dekorativ otaq bitkilərinin qış dövründə becərildiyi və saxlandığı
xüsusi şüşəbəndli bina. Becərilən bitkilərin xüsusiyyətindən asılı olaraq
O.-larda müəyyən rütubətlik və temperatur rejimi saxlanılır. O.-lar
günəş, su, buxar və elektriklə qızdırılır. Azərbaycan MEA Botanika
bağında, Şüvalan gülçülük təsərrüfatında otaq bitkiləri və gül becərilən
O.-lar var.
OREOFİTLƏR – dağ bitkiləri; adətən, yüksək dağ bitkiləri adlanır.
ORQAN (BİOLOGİYADA) – bitki və heyvan orqanizmində, onlar
üçün spesifik olan və ya bir neçə funksiyanı yerinə yetirən hissə.
Heyvanlarda və insanda beyin, ürək, göz, qaraciyər, mədə; bitkilərdə
kök, gövdə, yarpaq, çiçək O.-a misal ola bilər.
ORQANİZM (lat. organismus) – hər hansı canlı varlıq. Bir
hüceyrəli və çoxhüceyrəli O.-lərdə onları cansız materiyadan
fərqləndirən əsas həyati xüsusiyyətlər (hüceyrənin təşkili, maddələr
mübadiləsi, hərəkət, qıcıqlandırma, böyümə və inkişaf, çoxalma,
dəyişkənlik və irsiyyət; həyat şəraitinə uyğunlaşma) toplanmışdır. Tipik
hüceyrə nüvəsi və xromosom aparatı olmayan, yəni prokariot O.-lər də
var (bakteriyalar, göy-yaşıl yosunlar, mikoplazmalar və s.). Bunlar
quruluşuna görə sadə, ölçüsünə görə isə ən kiçik hüceyrəli O.-dən
kiçikdir.
ORQANİZMİN BÖYÜMƏSİ – 1) ölçüsünün, çəksinin artması; 2)
kütləsinin artması ilə əlaqədar orqanizmin şəxsi inkişafı. Heyvanlarda
uzununa və həcminə görə böyümə ayrılır.
ORQANİZMİN DAVAMLILIĞI – ontogenez prosesində
orqanizmin möhkəmlənərək ekstremal və stres təzyiqinə (təsirinə)
davam gətirmək qabiliyyəti. Bu, təsirləri kənar etməyin (yox etmək)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
347
əsas üsulları öz daxili ehtiyatlarını (ferment, hormonal və əsəb
nizamlanması) toplamaq (səfərbər etmək) və ona uyğun hərəkət etmək,
o cümlədən sakitlik mərhələsinə və ya anabioza keçmək: Bax: istiyə
davamlılıq, quraqlığa davamlılıq və soyuğa davamlılıq.
ORQANİZMİN FAYDALILIĞI – şərti anlayış olub təbiətdə və
insanın təsərrüfatında bitki və heyvanların rolunu qiymətləndirmək üçün
işlədilir. Lakin elmi nöqteyi nəzərdən canlıları «faydalı”» və «zərərli”»
kimi qiymətləndirmək düzgün deyil, belə ki, onların hər biri uzun
təkamüldən sonra təbiətin ümumi iqtisadiyyatında üstün yer tutaraq
müəyyən funksiyanı daşıyıb.
ORQANİZMİN QAZINTI QALIQLARI – keçmiş geoloji
dövrlərdə yaşamış orqanizmlərin qalıqları və həyat fəaliyyətinin izləri.
O.q.q. müxtəlif formalarda mühafizə edilmişdir. Bütöv halda ibtidai
bitkilərdən yosunlar, bakteriyalar, ali bitkilərdən isə yanız az miqdarda
mamırlar və kiçik ayıdöşəyilər yaxşı mühafizə olunur. O.q.q. quruya
nisbətən suda daha yaxşı mühafizə olunmuşdur.
ORQANİZMLƏRİN KOLONİYASI – 1) bir növ orqanizmlərin
daimi və ya müvəqqəti birgə yaşayan qrupu, onlardan hər biri ayrılıqda
yaşamaq qabiliyyətinə də malikdir. Lakin evolyusion qonşuluqda
yaşamağa alışaraq biri digərindən fayda alır. 2) Oturaq həyat keçirən
orqanizmlərin daimi sığınacaqda məskən salması (bəzi yarasa növləri,
qarışqalar və s.).
Heyvan koloniyası olduqca müxtəlifdir: a) tək-tək formaların sadə
ərazidə yığışması; b) Koloniyanın mürəkkəb forması-məskunlaşmış
heyvanlar bir neçə funksiyanı birgə (əlbir) yerinə yetirir (düşməndən
müdafiə, ehtiyat siqnalı). məs., qağayı, kayra, qaranquş, dolaşa, albatros;
v) həşərat birliyinə xarakterik olan olduqca mürəkəb kaloniya tipi
(termitlər, qarışqalar, arılar və s.). Belə koloniya ana və qız ailələrindən
ibarət olub qohumluq əlaqəsini nizamlayır. Bu vaxt həşəratlar bir çox
əsas funksiyanı birgə yerinə yetirir (çoxalma, müdafiə, özünü və nəslini
yemlə təmin etmək və s.). Bu zaman fərdlər və yaş qrupları arasında
məcburi əməkbölgüsü yerinə yetirilir. Kaloniyanın üzvləri biri-birilə
daimi məlumat mübadiləsi əsasında fəaliyyət göstərir.
ORQANİZMİN ŞÜALANMASI – canlı orqanizmlərə müxtəlif
şüalanma növünün (infraqırmızı, ultrabənövşəyi, ionlaşmış və s.) təsiri.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
348
O.ş.-nın effektivliyi şüalanmanın xarakteri, dozası, müddətindən,
həmçinin orqanizmin davamlığı və qavrayış qabiliyyətindən asılıdır.
ORQANİZMLƏRİN KÜTLƏVİ ARTIMI (ÇOXALMASI) –
orqanizmlərin hədsiz çoxalması; populyasiyanın sıxlığı məskunlaşdığı
yerin həcmini maksimal doldurur. Bu fazada zərərvericilər kənd
təsərrüfatına, maldarlığa və insanlara böyük ziyan yetirir.
ORQANİZMLƏRİN RƏQABƏTİ– interferensiya-biosenozlarda
orqanizmlərin birgə yaşayışı zamanı onların həyat uğrunda mübarizəsi.
Populyasiyaların sayı çoxaldıqca (həddən çox artıq olduqda)
senobiontların bir-birinə təsirinin güclənməsi – qida maddələrinin,
rütubətin və işığın azalması (allelopatiya) və biolinlər ayırmaqla
orqanizmlərin bir-birinə zərərli təsirinin artması (allelopatiya)
nəticəsində O.r. kəskinləşir. Heterotof orqanizmlərin rəqabəti qida
uğrunda mübarizə (biotrofiya) özünü xüsusən biruzə verir. O.r. bu üç
müxtəlif prosesin xaricən təzahürüdür.
ORQANİZMLƏRİN SAYI – 1) vahid sahədə hər hansı bir növün
fərdlərinin sayı (mütləq hesablamada): bolluğu, rast gəlinməsi və s.
(gözəyarı və ya nisbi uçot metodları ilə); 2) növün populyasiyasında və
ya hər hansı bir ərazidə olan fərdlərin ümumi miqdarı (Ussuriya
tayqasında pələnglərin sayı. Şirvan düzündə ceyranların sayı, Hidistanda
fillərin sayı və s.); 3) Müəyyən sahədəki fərdlərin ümumi sayı (onların
sistematik bölgüyə mənsubiyyətindən asılı olmayaraq).
ORQANOGEN SÜXURLAR, biogen süxurlar – bitki və heyvan
orqanizmlərinin qalıqlarından və ya onların həyat fəaliyyəti
məhsullarından ibarət çökmə süxurlar. O.s-a maddə tərkibinə görə
silisiumlu (diatomit, sponqolit və s.), karbonatlı (rif, əhəngdaşı, yazı
təbaşiri) və fosfatlı çöküntülər, həmçinin kömürlər daxildir.
ORQANOGENEZ (heyvanlarda) – orqanların əmələ gəlməsi və
inkişafı; bitkilərdə adətən antropogenezdə əsas orqanların (kökün,
gövdənin, yarpaqların, çiçəklərin) formalaşması və inkişafı «O”.»
adlanır.
ORQANOİDLƏR – müəyyən vəzifə daşıyan hüceyrə hissəsi
(protoplazma, nüvə, plastidlər, qılaf).
ORNİTOFAQLAR – quşlarla qidalanan orqanizmlər. Məs.
qarğalar, qartallar.
ORNİTOFAUNA – müəyyən ərazidə məskunlaşan, yaxud qısa
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
349
müddət ərzində təsafüd edilən quşlar. Adətən O. adı altında vilayət,
yaxud yarımvilayətlər üçün xarakterik olan quş növləri kompleksi başa
düşülür.
ORNİTOFİLİYA – nektarla qidalanan quşlar tərəfindən çiçəkli
bitkilərin tozlanması.
ORNİTOFİLLƏR – əsasən quşlar tərəfindən tozlanan bitkilər.
Adətən O.-in parlaq, bəzəkli çiçəkləri bol nektar verir.
ORNİTOXOR BİTKİLƏR – meyvə və toxumları quşlar vasitəsilə
yayılan bitkilər. Ç.Darvin bir kəkliyin ayağındakı bir parça palçıqdan 92
növə aid olan bitki toxumu müəyyən etmişdir.
ORNİTOXORİYA – spor, toxum və meyvələrin quşlar tərəfindən
yayılması. Bax. Allaxorlar.
ORNİTOQAMİYA –bitkilərin quşlarla tozlanması. Subtropik və
tropiklər üçün səciyyəvidir.
ORNİTOLOGİYA (yun. ornis - quş) – zoologiyanın quşları,
onların embriologiyasını, morfologiya, fiziologiya, ekologiya,
sistematika və coğarifi yayılmasını öyrənən sahəsi.
OROFİTLƏR (yun. oros - dağ) – dağ şəraitində yayılan bitkilər.
OROQRAFİK FAKTORLAR, geomorfoloji faktorlar –
landşaftın strukturundan (relyefi və cəhətilə) asılı olan faktorlar, heyvan
və bitkilərin rast gəlinməsinə və bolluğuna (zənginliyinə) təsir göstərir.
OROQRAFİYA (yun. oros – dağ və grapho - təsvir) –
geomorfologiyanın bir bölməsi; relyef formalarını (silsilə, yüksəklik,
çökəklik və s.) yerləşməsi, onların ölçüsü, hündürlüyü və istiqamətini
öyrənir.
ORTA HƏYAT UZUNLUĞU – fərdlərin orta yaşı; fərdin
yaşlarının cəminin onun sayına nisbəti ilə müəyyən edilir.
OSMOTİK TƏZYİQ – termodinamik parametr; məhlulun, saf
həlledici ilə təmasda olduğu zaman həll olan maddə və həlledici maye
molekullarının qarşılıqlı diffuziya nəticəsində konsentrasiyanın
azalmasına meyl göstərməsini xarakterizə edir. Heyvan, bitki və
mirkoorqanizmlərin hüceyrələrində və bioloji mayelərdə O.t. onların
maye mühitlərində həll olmuş maddələrin konsentrasiyasından asılıdır.
O.t.-in nisbi sabitliyi su-duz mübadiləsi (yəni su və duzların sorulması,
paylanması, işlədilməsi və ifraz edilməsi) yolu ilə təmin olunur.
Hiperosmotik orqanizmlərdə daxili O.t. xarici O.t.-dən böyük,
hipossmotik orqanizmlərdə isə kiçikdir. İzoosmotik orqanizmlərdə hər iki
O.t. bir-birinə bərabərdir.
OT ÖRTÜYÜ – hər hansı bir ərazini örtən ot bitkilərinin məcmusu.
OTARMA (OTARILMA) – 1) otlaq, örüş; 2) Yem sahələrinin ot
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
350
yeyən heyvanlar (mal-qara) üçün istifadəsi; 3) hədsiz otarma – hər hansı
otlağın məhsuldarlığı nəzərə alınmadan orada otlayan mal-qaranın
sayının həddən artıq olması. Belə O. otlağın deqradasiyasına, sahənin
səhralaşmasına səbəb olur.
OTARMANIN TƏQVİM PLANI – otlaqlarda ot örtüyünün
mövsümi inkişafını, yemin ehtiyatını nəzərə alaraq hər bölmədə
otarmanın vaxtını (başlanğıcı və sonu) göstərən plan.
OTLAQ – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən
sahə. O. təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii O-larda bitki örtüyü
çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol
və kollardan ibarət olur. Süni O.-da isə bitki örtüyü çoxillik və birillik
taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır.
Azərbaycan Respublikasında təbii biçənək və otlaqlar əsasən
Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Səlyan
düzlərində yerləşərək təbii O-ların 67%-ni, dağlarda isə Böyük və Kiçik
Qafqazda, Talışda orta dağlıq, subalp və alp zonalarını əhatə edərək
təbii O-ların 33%-ni təşkil edir.
OTLAQ DÖVRİYYƏSİ – otlaq ərazilərinin ardıcıl istifadə olunan
sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə
qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə
ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq
oluna bilər.
OTLAQ EROZİYASI – otarma normasına riayət etmədən intensiv
otarma nəticəsində torpağın dağılması.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
351
Qəbələ rayonu Dəmiraparançay hövzəsində subalp zonasında
otlaq eroziyası
OTLAQ QRUPLARI – adətən bir formasiya daxilində bir-birinə
yaxın (oxşar) otlaq tiplərini birləşdirir.
OTLAQ RESURSLARI – ev və vəhşi heyvanların otlaması
məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
OTLAQ VƏ BİÇƏNƏKLƏRİN TƏSNİFATI – onların otlaq
tipinə, otlaq sinfinə, otlaq sahəsinə (məs. bozqır otlağı, səhra otlağı,
meşə otlağı və s) bölünməsinə deyilir.
OTLAĞIN TUTUMU – Bir ay (30 gün) ərzində otlaq sahəsində
otlarıla bilən (otarılması mümkün olan) bu və digər növ ev
heyvanlarının sayı. Bir heyvanın gündəlik tələbatı P (1 kq otlaq yemi və
ya yem vahidi), otlağın sahəsi – Q (ha-la), yemin faydalı ehtiyatı –Z
(kq/ha-la) və tövsiyyə olunan otlaqdan istifadə əmsalı –K (%-lə)
əsasında müəyyən olunur, yəni:
P
Q
Z
K
E
⋅
⋅
⋅
=
100
OTLAQQORUYUCU MEŞƏ ZOLAQLARI – otlaqlarda
mikroiqlimi yaxşılaşdırmaq, otlağı, heyvanları tozlu küləklərdən,
tufandan qorumaq məqsədilə salınır. O.m.z.-nın təsirilə otlaqda bitki
örtüyü yaxşılaşır, otlaq dövriyyəsini aparmaq asanlaşır, torpağın mün-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
352
bitliyinin artmasına şərait yaranır, bununla da otlaq kökündən yaxşılaşır,
əlavə yem mənbəyi kimi istifadə edilir. O.m.z. sıx quruluşlu olub adətən
3 cərgəli, zolaqların arası 3-5 m, cərgədə ağacların arası 1,-5-2,5 m
götürülür. Zolaq salınandan sonra 3-5 il mal-qara otarılması dayandırılır.
OTTARLALI ƏKİNÇİLİK SİSTEMİ – tarla və yem-səpin
dövriyyəsində şumun bir hissəsinin çoxillik paxlalılar və ya qırtıc otu
altında olması həm yem bazasını, həm də torpağın münbitliyini
yüksəltmək üçün təbii vasitədir. O.ə.s. kifayət qədər rütubət olan
rayonlarda tətbiq olunur. Bax. əkinçilik sistemi.
OTURAQ QUŞLAR – bütün ilboyu bir yerdə yaşayan, orada
yuvalayıb, oradaca çoxalan quşlar: sərçələr, zığzığlar, arıquşuları və b.
O.q.-rın çoxu qış üçün özünə ehtiyat yem toplayır.
OTYEYƏNLƏR (Psocoptera) – xırda cücü dəstəsi, qanadları
pərdəşəkillidir, 1500-dən çox, o cümlədən Azərbaycanda 5 növü var. O,
ağac və bitki qalıqları içərisində, evlərdə, quş və cücü yuvalarında
yaşayır. Ərzaq məhsullarına, bitki və heyvan kolleksiyasına, kitaba və s.
zərər vurur. Azərbaycanda «kitab biti»” adlı növ geniş yayılmışdır.
OV – vəhşi heyvanların və quşların əldə edilməsi; insanın təsərrüfat
fəaliyyətinin ən qədim sahələrindən biri. Müasir O.-da ən çox O.
tüfəngləri və torlar, özütutan taxta tələlər, tazılar, alıcı quşlar və s. geniş
istifadə edilir.
OV FONDU – ov heyvanları növlərinin (populyasiya və s.)
məcmusu, onların sayı və keyfiyyəti.
OV HEYVANLARI – sistematik olaraq ov obyektləri sayılan vəhşi
heyvanlar və quşlar.
OV SAHƏSİNİN HƏCMİ (TUTUMU) – ovçuluqda istifadə
olunan biosenozda bu və ya digər heyvan növlərinin optimal və davamlı
sayı (miqdarı).
OVALIQ – dəniz (okean) səviyyəsindən 200 m-ə qədər yüksəkdə
yerləşən quru sahəsi. Səthi adətən düzən, qismən təpəlik olur. Əsasən
tektonik enmələr və çökəkliklərin dəniz, yaxud kontinental çöküntülərlə
dolması nəticsində yaranır. Dəniz səviyyəsindən aşağıda yerləşən O.-lar
(məs. Xəzəryanı) da var. Azərbaycan Respublikası ərazisinin təqribən
2/5-si O.-dır (Kür-Araz, Samur-Dəvəçi, Lənkəran).
OVÇULUQ RESURSLARI – heyvanat aləmi resurslarının ovçuluq
təsərrüfatında istifadə olunan hissəsi (həmçinin idman və rekreasiya
ovu).
OVÇULUQ TƏSƏRRÜFATI – heyvanların optimal sayını
populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov
məhsulları almaq məqsədi ilə vəhşi heyvanların və quşların əldə
olunmasını təmin edən təsərrüfat sistemi. O.t. vəhşi heyvan və quşların
coğrafi və mösümi xüsusiyyətlərinin uçotu ilə yanaşı ov müddətləri və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
353
üsulları müəyyən etmişdir. Təhlükəli ov üsulları, çoxalma və balaların
yemlənməsi dövründə faydalı heyvanların ovlanması və s. qadağan
edilmişdir. Qiymətli vəhşi heyvan növlərini mühafizə edən və çoxaldan
qoruqlar, qoruq-ovçuluq təsərrüfatları təşkil edilmişdir.
OVİSİDLƏR (lat. ovut - yumurta) – zərərvericilərin (həşərat, gənə,
helmint və s.) yumutalarını məhv etmək üçün işlədilən pestisidlər.
OVLAMA NORMASI – populyasiyanın sıxlığını və strukturunu
təbii halda saxlamaqla fərdlərin ovlanma limiti.
OVOFAQ – digər heyvanın yumurtası ilə qidalanan heyvan.
OVŞÜNASLIQ – ov faunasından səmərəli istifadəyə imkan yaradan
ovçuluq təsərrüfatının idarə olunma üsulları və əsasları haqqında elm.
OZON (lat. ozon - iyli) – oksigenin allotrop modifikasiyası;
xarakterik kəskin iyli, partlayıcı, mavi qazdır. Havadan elektrik cərəyanı
keçdikdən və ya şimşək çaxdıqdan sonra havada O.-un iyi duyulur. Suda
0
°-də oksigendən 15 dəfə artıq həll olur. Atmosferdəki O.-un ümumi
miqdarı ozonometr deyilən cihazla ölçülür.
OZON EKRANI, OZONOSFER – 10-50 km yüksəklikdəki
atmosfer zonası olub ozonun maksimal miqdarı ilə xarakterizə olunur.
Onun mövcudluğu fotosintezedən bitkilər (O
2
, oksigenin ayrılması) və
oksigenə ultrabənövşəyi şüaların təsiridir: 3O
2
+ 285 kC = 203,0. O.e.
həyatda bütün canlıları bu şüaların məhvedici təsirindən qoruyur.
OZONLAŞDIRMA – ozon vasitəsilə oksidləşdirmə reaksiyalarının
aparılması, yaxud havanın və suyun zərərsizləşdirilməsi. Tez xarab olan
məhsulların saxlandığı və emal edildiyi binaların havası ozonator
vasitəsilə
təmizlənir. Suyu, sterilizator adlandırılan xüsusi
rezervuarlarda, ozonlaşdırılmış hava ilə sterilizə edirlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
354
Ö
ÖDQOVUCU BİTKİLƏR – qaraciyərdə ödün hazırlanmasını
gücləndirir, öd yollarının spazmasını aradan qaldıraraq ödün bağırsağa
axmasını sürətləndirir. Ö.b.-dən solmazçiçək, itburnu, çobanyastığı,
qaraqınıq, qarğıdalı saçağı və s. göstərmək olar.
ÖLÜ GÖLLƏR – tamamilə yosun basmış göl, su orqanizmləri
yaşamır.
ÖLÜ KÜTLƏ – kütlə vahidi ilə (səth və ya həcm vahidi) ifadə
olunan ölü orqanizmlər (bitki və heyvanların ölmüş orqanları və
toxumları). Qruplaşmalarda ayrılma (quru ağac, bitkilərin ölüləşmiş
orqanları), töküntü (torpaq səthinə düşən bitki hissəsi, heyvan leşləri),
torf, meşə döşənəyi, detrit (su ekosistemlərində) şəklində olur. Biokütlə
və humusla birlikdə biosenozun üzvi maddələrini təşkil edir.
ÖLÜ ÖRTÜK – Torpaq səthindəki bitkilərin hissələri (töküntü,
budaq, qabıq, yarpaq və s.) Bax: meşə döşənəyi, qurumuş ağac.
ÖLÜM ƏMSALI –hər hansı növün 1000 ədəd fərdinə görə bir il
ərzində təbii ölüm nəticəsində məhv olan fərdlərin sayı.
ÖLÜM (MƏHVOLMA) FAİZİ – populyasiyada fərdlərin məhv
olması ilə əlaqədar saylarının azalması. Fəlakətli xarakter daşıya bilər
(məs. kəskin vaxtsız şaxtalar nəticəsində), bu zaman populyasiyanın
sıxlığı o qədər əhəmiyyət daşımır, orta səviyyəli (ordinar) xarakter
daşıdıqda isə xarici amillərin məhv olma faizinə təsiri populyasiyanın
sıxlığının artması ilə əlaqədar yavaş-yavaş, müəyyən mərhələdə isə
kəskin çoxala bilər. Müəyyən ərazidəki populyasiyada ölən və ya məhv
olan fərdlərin ümumi fərdlərə nisbəti (Çox vaxt 100 və ya 1000 fərdə
görə).
ÖMÜR – orqanizmin (fərd, populyasiya, növ, biosenoz) yaşama
müddəti. Fərdin ömrü doğulduğu vaxtdan ölənə qədərki yaşamasıdır.
Fizioloji ömür (yaşama imkanı) real ömürdən xeyli uzundur.
Populyasiyanın, növün və biosenozun ömrü onun əmələ gəlməsindən
tələf olmasına qədərki həyatıdır.
ÖRDƏKLƏR qazkimilər dəstəsinin ördəklər fəsiləsindən müxtəlif
cinsli quşlar qrupu. Çəkisi 300-1700 q olur. Azərbaycanda 23 növü var.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
355
Əksəriyyəti Xəzər dənizinin cənubunda qışlayır. Ev ördəyinin əcdadı
yaşılbaş ördəkdir. Qiymətli sənaye növləri: yaşılbaş ördək, bizquyruq
ördək, enlidimdik ördək, fitləyən cürə və s. var.
ÖRTÜLÜTOXUMLULAR, çiçəkli bitkilər (Angiospermae) –
toxumlu bitkilər şöbəsi. Ö.-ın 250 minə yaxın növü var. Ö. ikiləpəlilər
və birləpəlilər sinfinə bölünür.
ÖZ-ÖZÜNÜ TƏMİZLƏMƏ – təbii mühitə və ya orqanizmə daxil
olmuş qarışıqların təbii zərərsizləşmə proseslərinin məcmusu. Ö.t.-in
davamiyyəti ekosistemin və coğrafi vilayətin mürəkkəbliyindən və
davamlığından asılı olaraq kəskin dəyişir. Məs., şimalda (kasıb
ekosistemlərdə) bu proses zəif gedir. Bir çox davamlı çirkləndiricilər və
ksenobiotiklər (pestisidlər, ağır metallar, detergentlər, fenollar və b.)
üçün Ö.t. sıfıra bərabər ola bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
356
P
PAXLALILAR FƏSİLƏSİ (Fabaceae, Leguminosae) – ikiləpəli
bitki fəsiləsi: dünyanın hər yerində yayılmışdır. 12000 (birillik və
çoxillik ot, yarımkol, kol və ağac), Azərbaycanda 436 növü var.
Kökündə atmosfer azotunu fiksə edən yumrucuq bakteriyaları əmələ
gəlir. Paxlalılar dənli bitkilərlə birlikdə qidalı yem bitkisidir (xüsusilə
yonca, lərgə, xaşa). Yerfındığının, soyanın toxumlarından alınan yağ
yeyinti sənayesində və texniki məqsədlərlə işlədilir. Biyan, termopsis,
paxla, xəşənbül, toppuzlu dərman bitkiləridir.
P.f-nə güləbrişin (ipək akasiyası), akasiya, amorfa, nəfəsotu, xostək,
safora, nazkolu, lələk və s. ağac və kol cinslərinə aid olan növlər də
daxildir.
İpək (Lənkəran) akasiyası
PALÇIQ MÜALİCƏSİ, PALEOTERAPİYA – Müxtəlif mənşəli
palçıqların və palçığabənzər maddələrin müalicə məqsədi ilə işlədilməsi.
P.m. əsasən, hərəkət-dayaq sistemi orqanlarının xroniki iltihablarında,
periferik və mərkəzi sinir sisteminin müxtəlif xəstəliklərində tətbiq
olunur. Kəskin iltihab proseslərdə: vərəmdə, ürək çatışmazlığında,
hipertoniya və aterosklerozun ağır formalarında, qan, habelə böyrəklərin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
345
iltihabi xəstəliklərində P.m.-ndən istifadə etmək olmaz.
PALÇIQ VULKANI – Vulkan palçığı materiallarından əmələ
gəlmiş, zirvəsində krateri olan yastı konus formalı təpə. Fasiləsiz və
yaxud vaxtaşırı vulkan palçığı, qaz, süxur qırıntıları, su (bəzən neftli)
püskürür. Abşeronda Lökbatan P.v-ı ətrafdakı sahələrdən 300 m
yüksələn konus əmələ gətirmişdir, konusun zirvəsindəki kraterin
diametri isə 400 m-ə çatır. Azərbaycan Respublikasında 220-dən artıq
P.v. (dünyada ən çox) var. Bakı arxipelaqında 8 ada (Qarasu, Gil,
Zənbil, Sənki-Muğan və s.) P.v-nın fəaliyyəti nəticəsində əmələ
gəlmişdir. Ümumiyyətlə Xəzər dənizində 140-dan çox sualtı P.v. mə-
lumdur. P.v. mənşəcə neft və ya qaz yataqları ilə əlaqədar olub, əsasən
cavan qırışıqlıq zonalarında yayılmışdır.
PALEOCOĞRAFİYA – keçmiş geoloji epoxaların fiziki-coğrafi
şəraiti haqqında elm. Yer qabığı və ümumiyyətlə Yerin inkişaf tarixinə
aid material əldə etdiyi üçün tarixi-geologiyanın, keçmişin fiziki-coğrafi
şəraitini öyrəndiyi üçün isə ümumi fiziki coğrafiyanın bir hissəsi hesab
edilir. Azərbaycan MEA akad. Həsən Əliyev adına Coğrafiya institutunda
P. şöbəsi var.
PALEOAUTEKOLOGİYA (yun. palaios - qədim) –
paleoekologiyanın bölməsi: geoloji keçmişin ayrı-ayrı orqanizmlərinin
ekologiyasını öyrənir.
PALEOBİOGEOKİMYA – geniş mənada, biosferdə keçmiş
geoloji dövrlərin canlı maddəsinin biogeokimyası. P-nın son məqsədi
canlı maddənin yaranma və təkamül qanunauyğunluqlarını kimyəvi
elementlər və molekulayar səviyyədə öyrənmək və onun geoloji dövr
ərzində biosferdə gedən başlıca proseslərə təsirini aydınlaşdırmaqdan
ibarətdir.
PALEOBİOLOGİYA – keçmiş geoloji dövrlərin heyvan və
bitkilərinin mənşəyi, təkamülü, yaşayış tərzini öyrənən elm sahəsi.
PALEOBİOSENOZ, PALEOSENOZ – biosenozun qazıntı halında
mühafizə olunmuş hissəsi, birlikdə yaşamış orqanizmlərin məcmusu.
PALEOBİOSFER
– keçmiş geoloji epoxanın biosferi.
V.İ.Vernadskiyə görə «keçmiş» biosferlər”.
PALEOBOTANİKA, PALEOFİTOLOGİYA – botanikanın bir
sahəsi: qazıntı bitkilərini öyrənir. P. geoloji keçmişdə olan bitkiləri
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
346
hərtərəfli tədqiq edir, onların təsnifatını, bir-biri ilə və müasir bitkilərlə
qohumluğunu, müxtəlif geoloji dövrlərdə onların Yer kürəsində
yayılması, həmçinin bitki ötüyünün dəyişməsi qanunauyğunluqlarını və
s. məsələləri öyrənir.
PALEODEMEKOLOGİYA – paleoekologiyanın bölməsi: keçmiş
geoloji epoxaların populyasiyalarını paleoekoloji analiz metodu ilə
öyrənir.
PALEOEKOLOGİYA – Paleontologiyanın bir bölməsi, qazıntı
orqanizmlərinin yaşayış şəraitini, onların abiotik və biosenoloji mühitlə
əlaqəsini öyrənir.
PALEOENDEMLƏR (yun. endemos – yerli) – Ancaq müəyyən
ölkəyə (vilayətə) xas olan endem bitki və ya heyvan növü; çox vaxt
məhz həmin ölkədə əmələ gəlmiş və orada uzun müddət yaşamışdır.
Əsasən ətraf floranın (faunanın) başqa nümunələri ilə qohumluq əlaqəsi
almamışdır. Məs. Ginkqo ağac cinsi (yalnız Şərqi Asiyada qalmışdır)
əvvəllər geniş bir qrupun yeganə nümayəndəsi olmuşdur.
PALEOİXNOLOGİYA – paleontologiyanın bölməsi: keçmiş
orqanizmlərin fəaliyyət izlərini (hərəkət, qidalanma və s.) öyrənir.
PALEOİQLİMŞÜNASLIQ – Yerin geoloji və tarixi keçmişinin
iqlimi haqqında elm. Paleocoğrafiyanın mühüm sahəsi olub stra-
tiqrafiya, paleontologiya, geomorfologiya, paleobotanika,
paleozoologiya və s. elmlərlə sıx əlaqədardır. Yaxın geoloji dövrlərin
iqlimi müasir coğrafi landşaftın vəziyyətinə, ağacların illik halqalarına,
son yüzilliklərdə aparılan müşahidələrə və s. görə təyin edilir. P.-nın
əldə etdiyi məlumatlar gələcəyin iqlim proqnozunu verməyə imkan
yaradır.
PALEOLİT – qədim daş dövrü. Kramanyon insanların bu dövrün
axırlarında yaşadıqları məlumdur.
PALEONTOLOGİYA – Qazıntı qalıqları şəklində mühafizə
olunmuş keçmiş geoloji dövrlərin orqanizmləri, onların həyat fəa-
liyyətinin izləri və oriktosenozlar haqqında elm. Müasir P-ya geoloji
keçmişdə həyat hadisələrini orqanizm, populyasiya və ekosistem (bi-
ogeosenoz) səviyyələrində öyrənən bir elm kimi baxmaq olar.
PALEONTOLOJİ NÖVLƏR – keçmiş geoloji epoxalarda yaşamış
və sıradan çıxmış (biosferin təkamülü nəticəsində) növlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
347
PALEOSİNEKOLOGİYA – paleoekologiyanın bölməsi: keçmiş
biosenoz və biotopların orqanizm qalıqlarının analizi əsasında öyrənir.
PALEOTORPAQLAR – basdırılmış torpaqlar; keçmiş epoxalarda
(holosenə qədər) müasir dövrdən fərqli şəraitdə formalaşan, lakin səthdə
yerləşən torpaqlar.
PALEOZOOLOGİYA – paleontologiyanın bölməsi: geoloji
keçmişin heyvanat aləmini və onun inkişaf tarixini heyvan qalıqları və
ya onların fəaliyyət izlərini öyrənmək yolu ilə tədqiq edir.
PALEOZOY ERASI, PALEOZOY – Yerin geoloji tarixində 570
milyon il bundan qabaq başlamış və 350 milyon il davam etmiş era. P.e.
6 dövrə – gembri, ordovik, silur, devon, karbon və perm dövrlərinə
bölünür.
PALİNOFAQLAR – bitki tozcuqları ilə qidalanan heyvanlar
(kəpənəklər, arılar və s.). Bitkinin çarpaz tozlanmasını təmin edir.
PALİNOLOGİYA (yun. paline – narın toz) – bitkinin tozcuq
dənələrini və sporları öyrənən elm sahəsi kompleksi.
PANBİOSFER (yun. pan - bütün) – Canlı orqanizmlərin daimi və
ya müvəqqəti yaşadığı atmosfer qatları, hidrosfer bütövlükdə və
litosferin bir hissəsi, yəni parabiosfer, artebiosfer, xüsusi biosfer və
metabiosferin məcmusu.
PANDEMİYA (yun. pandemia – bütün xalq) – infeksion xəstəliyin
böyük ərazidə, bir neçə ölkədə, hətta dünyada yayılması (məs., vəba,
qrip).
PANTOFAQLAR – hər şey yeyən orqanizmlər.
PARABİOSFER (yun. paro - yanında) – Atmosferin, canlı
orqanizmlərin təsadüfən düşdüyü, orada yalnız müvəqqəti yaşaya
bildiyi, normal həyat sürməsi və çoxalması mümkün olmadığı qatları
(Yer səthindən 6-7 km-lə 60-80 km arası). P.-ə həmçinin Yerdən öz
orbiti ətrafında fırlanaraq uçan kosmik aparatlar da aid edilir.
PARAKLİMAKS – Xarici təzyiq nəticəsində dağılmış klimaksın
yerinə digər davamlı qrupun yaranması. Məsələn, məhv edilmiş meşənin
yerində əmələ gələn çəmən qrupu mal-qara otarılması ilə əlaqədar daim
öz vəziyyətində qalır (meşə bərpa olunmur).
PARASİMBİOZ – iki və daha çox orqanizm növünün bir-birinə
zərəri və xeyri dəymədən birgə yaşaması.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
348
PARAZİT BİTKİ – digər bitkinin şirəsi ilə qidalanaraq yaşayan
bitki.
PARAZİT GÖBƏLƏKLƏR, patogen göbələklər – müxtəlif
orqanizmlərin canlı toxumalarından qida mənbəyi kimi istifadə edən
göbələklər. P.g.-bitki, heyvan və insan xəstəliklərinin törədicisidir.
PARAZİT YAYAN, infeksiya yayan – bir sahibdən digərinə
xəstəlik törədiciləri (ibtidailər, bakteriyalar, viruslar) və parazitləri
keçirən agent (məs. heyvan); ağcaqanad malyariya yayandır.
PARAZİTİZM –iki və daha çox müxtəlif orqanizmin antoqonist
şəraitdə birgə yaşaması. Onlardan biri və ya bir neçəsi (parazitlər) o
birini (sahib) daimi və ya müvəqqəti olaraq yaşayış mühiti, qida
mənbəyi, həyat prosesləri üçün vacib olan sübstansiya kimi istifadə edir.
Eyni zamanda parazit ifraz etdiyi müxtəlif maddələrlə və gövdəsi ilə
sahibə təsir edir, onun orqanizmində patoloji, immunoloji və biokimyəvi
reaksiyaların baş verməsinə səbəb olur. Parazit sahibin xaricində
yaşadıqda ektoparazitizm, daxilində yaşadıqda isə endoparazitzm
adlandırılır.
PARAZİTLƏR (yun. parasitos – özgənin mənzilində yaşayan) –
başqa orqanizmləri (sahiblər adlanır) yaşayış mühiti və qida mənbəyi
kimi istifadə edən, xarici mühitlə əlaqəsini (qismən və ya bütünlüklə)
sahibin vasitəsilə həyata keçirən orqanizmlər. P. zooparazitlərə (ib-
tidailər helmintlər, gənələr, cücülər və b.) və fitoparazitlərə (viruslar,
bakteriyalar, göbələklər, bəzi ali bitkilər) bölünür. P. sahibi zəiflədir,
onun xəstələnməsinə və bəzən də məhvinə səbəb olur. P.-in çoxu insan,
heyvan və bitki xəstəliklərinin törədiciləridir.
PARAZİTOLOGİYA – parazitlər haqqında elm. Biologiyanın
bölmələrindən biri. P. insan, heyvan və bitkilərdə xəstəlik törədən
parazitləri tədqiq edir və bu xəstəliklərə qarşı mübarizə təbdirlərinin
elmi əsaslarını hazırlayır.
PARAZİTOZ – parazit tərəfindən yaradılan xəstəlik.
PARK – Adamların istirahəti üçün yaşıllıq yaratmaqla, yol
çəkməklə, su çəkməyin, meydança salmağın və s. dirriklərin uzlaşdı-
rıldığı gəzinti istirahət yeri.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
372
Gəncə şəhərinin mərkəzi istirahət parkı (Sərdar bağı)
PARK LANDŞAFTI – müxtəlif təbii zonalarda (tropik, savanna,
subalp meşəsi, arid saqqız meşəsi) yerləşən təbii və süni mənşəli seyrək
meşə tipi. Nadir təbii komplekslərin qorunması və rekreasiya məqsədi
daşıyır. Təbii və süni landşaftların geniş sahələri sayılır.
PARNİK (İSTİXANA) – tərəvəz, ağac və kol şitilləri yetişdirmək
üçün düzəldilmiş örtülü yer. P.-lər su, buxar və ya elektriklə qızdırılır.
P-lər küləkdən müdafiə olunan günəşli sahədə ş.-dan q.-ə doğru
uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer
qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə
şüşə və plankalı çərçivələrlə örtülür.
PARNİK (İSTİXANA) BİTKİLƏRİ – Faraş tərəvəz məhsulu və
bəzi bitkilərin toxumunu (şitilini) almaq üçün parniklərdə becərilən
tərəvəz bitkiləri. Kələm, xiyar, pamidor, turp, şüyüd, keşniş, istiot, göy
soğan və s. eləcə də bəzi çiçəkli bitkilər. Əsas qulluq onların işığa,
rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək,
xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin
bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən
şitillər açıq sahələrə köçürülür.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
349
PARNİK İSTİXANA EFFEKTİ – Yer atmosferinin daxili
qatlarının temperaturunun artması. Günəşdən yönələn və yerdən qayıdan
şüaların yer atmosferindəki CO
2
, O
3
və su buxarları tərəfindən udulması
nəticəsində baş verir.
PARNİK QAZLARI – parnik effekti yaradan qazlar(karbon qazı, su
buxarı, azot, kükürd oksidləri, feronlar və b.). Bu günə qədər insan öz
fəaliyyəti nəticəsində havaya buraxdığı P.q. atmosferdə 0,6-2,4
° istilik
yaratmağa kifayət edər (amerika meteoroloqu V.Ramanatxanın
məlumtına görə). Hesablamalar göstərir ki, əgər P.q. indiki sürətlə
artarsa, bir neçə 10 ildən sora planetimizdə orta hesabla 5
° istilik çoxala
bilər, bunun nəticəsində isə planetin iqlimi kəskin dəyişər, qütb
buzlaqlarının əriməsi nəticəsində dənizin səviyyəsi xeyli qalxar və geniş
ərazilər su altında qalar.
PARSELLA, (fran. Parcelle - hissəcik) mikroqruplaşma
(Qrossheym, 1929, Yaroşenko, 1931) – 1) biosenozun üfiqi
parçalanmasının struktur hissəsi, senopopulyasiya. P.-lar bir-birindən
tərkibi, strukturu, komponentlərinin xassələri, əlaqələrinin spesifik və
maddi-enerji mübadiləsi ilə seçilir (Dılis, 1969). P. müxtəlif meşə
qruplaşmalarında ayrılmış küknar, şam, palıd qruplarından, meşə
daxilində tala, çəmənlikdə kol qrupları və s-dən ibarət ola bilər. Kəskin
ayrılan parsellalıq fitosenozun mozaikliyini müəyyən edir. 2)
fitosenozun üfiqi parçalanmasının struktur hissəsi-bitki örtüyünün mik-
roqrupu.
Dostları ilə paylaş: |