ƏTRAF MÜHİT ŞƏRAİTİNİN İNDİQATORU, İNDİQATOR
ORQANİZM – ətraf mühit keyfiyyətini səciyyələndirən orqanizm və
ya orqanizm qrupu.
ƏTRAF MÜHİTDƏ
ZƏRƏRLİ MADDƏLƏRİN
MİQDARININ GİGİYENİK NORMALAŞDIRILMASI – ətraf
mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik
dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik
mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur.
ƏTRAF MÜHİTƏ NƏZARƏT – ətraf mühitin ekoloji, tibbi-bioloji
və sosial-psixoloji mühüm komponentlərinin vəziyyəti və dəyişməsinə
planlı müşahidə (ekoloji monitorinq prinsiplərindən istifadə etmək yolu
ilə). Suyun və havanın keyfiyyəti, radiasiya, bitki örtüyü, heyvanat
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
174
aləminə nəzarət.
ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİR – ekoloji sistemin ayrı-ayrı
komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji
tarazlığın pozulmasına səbəb olan kimyəvi, bioloji, zərərli fiziki,
texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii
resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət.
ƏTRAF MÜHİTİN BİOLOGİYASI – bu termin ingilis dili
ədəbiyyatında biosferin mövcudluğunu və inkişafını hərtərəfli ifadə
etməkdə istifadə olunur. Bəzən ondan ekologiyanın qeyri-müəyyən
sinonimi kimi də istifadə edilir.
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ – İstehsalın tullantı
məhsullarının normadan artıq xarici mühiti dəyişməsi. Çirkləndirici
elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-
küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat,
kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə
istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.), ionlaşdırıcı
radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səsküyü daha çox ziyanlıdır.
Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub
teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Çirklənməyə qarşı ciddi nəzarət qoyulması bəşəriyyət qarşısında böyük
problem sayılır.
ƏTRAF MÜHİTİN EKOLOJİ TARAZLIĞININ
NORMALLAŞDIRILMASI – insan yaşayışı üçün ətraf mühitin yararlı
olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub
saxlanılmasının, ekoloji sistemlərin sabit istifadəsini təmin edən ətraf
mühitin keyfiyyət göstəricilərinin müəyyən edilməsi.
ƏTRAF MÜHİTİN GİGİYENASI – gigiyenanın ətraf mühit
şəraitinin əhalinin sağlamlığına təsirini və insanın sağlamlığını
saxlamaq nöqteyi-nəzərincə
ətraf mühitin optimallaşdırılması
kriteriyasını (ölçüsünü) öyrənən sahəsi. Bəzən düzgün olmayaraq
təbiətin (ətraf mühitin) mühafizəsi kimi də işlədilir.
ƏTRAF MÜHİTİN İDARƏ OLUNMASI – təbiətin öz inkişaf
mexanizmini dağıtmadan insanın mənafeyi (ehtiyacı) üçün planlı
qorunması və ətraf mühitin dəyişdirilməsi.
ƏTRAF MÜHİTİN KEYFİYYƏTİ – ekoloji anlayış olub
obyektiv-subyektiv münasibəti əks etdirir. İnsan üçün Ə.m.k.-nin
kriteriyası onun sağlamlığıdır. Ə.m.k. – nisbi anlayışdır, landşaftın eyni
bir vəziyyətinin xassəsi müxtəlif əhali qrupu üçün (məs., uşaqla-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
175
böyüklər, sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından
müxtəlif ola bilər. İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın
sağlamlığı normal olsa, yaxud yaxşılaşarsa mühit sağlam və ya komfort
mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə münasibəti zamanı
onun sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə) mühit sağlam
olmayan və ya diskomfort mühit kimi qiymətləndirilir. Əgər insanın
mühitlə əlaqəsi zamanı əhalinin sağlamlığının vəziyyətində ciddi
qarşısıalınmaz dəyişiklik müşahidə edilərsə mühit ekstremal mühit kimi
qiymətləndirilir. Ə.m.k. ümumi dövlət miqyasında respublika Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir.
ƏTRAF MÜHİTİN QORUNMASI – bax təbiətin qorunması.
ƏTRAF MÜHİTİN MONİTORİNQİ – təbii və antropogen təsirlər
nəticəsində ətraf mühitə yayılan zəhərli qaz, maye və bərk haldakı
tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla
həyata keçirilməsi.
ƏTRAF MÜHİTİN OPTİMALLAŞDIRILMASI – insanı əhatə
edən mühiti təsərrüfatın tələbatına uyğun vəziyyətə gətirmək üçün
görülən tədbirlər.
ƏTRAF MÜHİTİN PLANLAŞDIRILMASI – intensiv və
ekstensiv təbiətdən istifadə şəraitində ətraf mühitin komponentlərinə
norma və standartların (suyun, havanın, torpağın və s. təmizliyi)
müəyyənləşdirilməsi. Bu zaman sənayenin aztullantılı və ya tullantısız
texnologiyaya keçməsi, təbii mühitin keyfiyyətinə nəzarətin
gücləndirilməsi planlaşdırılır.
ƏTRAF MÜHİTİN TƏDQİQATI PROQRAMI, YUNEP – BMT-
nin təşəbbüsü ilə başlanmış (1973-cü il) ekoloji böhran problemlərinin
(səhralaşma, meşəsizləşdirmə, torpağın itirilməsi, Dünya okeanının
çirkləndirilməsi və s.) tədqiqi ilə məşğul olan dövlətlərarası proqram.
ƏVƏZ OLUNA BİLƏN RESURSLAR – başqası ilə əvəz oluna
bilən təbii resurslar (məs., mineral yanacaq, günəş, atom istilik və ya
geotermal enerjisi ilə).
ƏVƏZSİZ RESURSLAR – digər resurslarla əvəz olunmayan
resurslar (hava, canlı orqanizmlərin genetik fondu, su, işıq, torpaq və s.).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
176
F
FAKTORLARIN KOMPENSASİYASI – müəyyən faktorların
(məs., temperatur, su və s. təsiri) həddi qoyulmuş (limitlənmiş) təsirini
zəiflətmək üçün orqanizmlərin mühitin əlverişsiz şəraitini dəyişdirməsi
qabiliyyəti.
FAKULTƏTİV PARAZİT – müstəsna, sahibindən asılı olmayaraq
yaşamağı bacaran, lakin çox vaxt sahibi üzərində parazitlik edir (məs.,
qov göbələkləri).
FAO – BMT-nin ərzaq resursları, kənd təsərrüfatı və sənayenin
inkişaf etdirilməsi məsələlərilə məşğul olan xüsusi təsisatı. 1945-ci ildə
yaradılmışdır.
FARMAKOLOGİYA (yun. pharmakon - dərman) – dərman
maddələri və onların orqanizmə göstərdiyi təsir haqqında tibbi, bioloji
elm; geniş mənada fizioloji aktiv maddələr.
FASİYA (lat. facies – zahiri görünüş) – Təbii kompleksin ən kiçik
hissəsi (dərənin bir yamacı, bulağın çıxdığı yer və s.).
FAUNA (lat. Fana – meşə və çölün ilahəsi) – Müəyyən ərazi,
rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının
kompleksi də fauna adlanır.
Bu və ya digər rayonun F.-sı müxtəlif heyvan qruplarından (faunistik
kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik
kompleksləri olur. F. termini müxtəlif sistematik kateqoriyadan olan
heyvanlara müəyyən ərazidə (quşların F.-sı, böcəklərin F.-sı) aid edilə
bilər.
FAUNA ANALİZİ (lat. fauna – meşələr və çöllər allahı) – hər
hansı əraziyə və ya müəyyən biosenozun tərkibinə daxil olan
heyvanların tam növ tərkibi.
FAUNA ƏYALƏTİ – xarakterik və endem cinslərin mövcudluğuna
görə ayrılan iri fauna vilayəti.
FAUNA FONDU – müəyyən regionun heyvanat aləmi növlərinin
məcmusu.
FAUNA YASAQLIĞI – ayrı-ayrı heyvan növlərinin müəyyən vaxt
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
177
dövründə qorunması üçün ayrılan sahə.
FAUNİSTİK STRATİFİKASİYA – ekosistemdə heyvanların üfiqi
(yaruslu, mərtəbəli) yerləşməsi. Maksimal F.s. ekvator və mülayim
qurşaqlarda, minimal F.s. isə səhra, bozqır və tundrada müşahidə olunur.
F.s. floristik stratifikasiya ilə sıx bağlıdır.
FAUNİSTİKA – zoocoğrafiyanın fauna kompleksini öyrənən
bölməsi. F.-nın məlumatlarının zoocoğrafiya üçün böyük əhəmiyyəti
var.
FAYDALI QAZINTILAR – Yer qabığında maddi istehsal
sahəsində effektiv istifadə oluna bilən üzvi və qeyri üzvi mənşəli
mineral aqreqatları; bərk, maye və qaz halında olur. F.q. tərkibinə və
xalq təsərrüfatında işlədilmə sahəsinə görə 3 əsas qrupa bölünür: metal
(qara, əlvan, nadir, radioaktiv metalların və s. filizləri), qeyri-metal
(sement xammalı, çınqıl, qum, miko, azbest, qrafit, kükürd, şora, kalium
duzları, apatit, fosforit, qiymətli daşlar və s.) və yanar qazıntılar (kömür,
torf, yanar şistlər, neft və təbii qazlar).
FAYDALI MƏHSUL – insanın təsərrüfat fəaliyyəti nəticəsində
çirklənən su hövzəsi və torpağın, sənaye balıqları, məməlilər,
onurğasızlar, faydalı bitkilər, həmçinin bakteriya və yosunlar tərəfindən
bioloji özünütəmizləmə prosesi.
FENETİKA – biologiyanın bölməsi; fenlərin mənşəyi və
yayılmasını öyrənir.
FENOİNDİKASİYA
– fitosenozların fenoloji inkişafının
qanunauyğunluqlarına görə ətraf mühitin qiymətləndirilməsi. Çiçəkləmə
əyrisi və fenospektr əsasında aparılır.
FENOL (KARBALOL TURŞUSU) –çox sadə aromatik (ətirli)
spirt (C
6
H
5
OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olan
kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun
buxarı ilə nəfəs aldıqda selikli qişanı xəstələndirir, dəriyə dəydikdə
yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri
zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici
təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q-dır.
FENOLOGİYA – Təbiətdə mövsümi hadisələr, onların başlama
müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər
sistemi. F. bitki və heyvanat aləminin (biofenologiya) mövsümi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
178
hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və
su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə
(fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və
açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi,
xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan
oyanma, cütləşmənin başlanması, mövsümi tüləmələr və miqrasiyalar,
quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz
və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması,
yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Feno-
loji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və
tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir,
təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə,
insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı
mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir.
FENOLOJİ FAZA (yun. phaino – aşkar edirəm) –təbiətdə
mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlər. Bitkilərdə – tumur-
cuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda – miqrasiya, yuvaqurma,
balaçıxarma və s.
FENOLOJİ XƏRİTƏLƏR – mövsümdən asılı olaraq üzvi aləmin
dəyişkənliyi, bitki və heyvanların inkişaf fazalarının vaxtını göstərən
xəritələr.
FENOSPEKTR – ayrı-ayrı bitkinin fenoloji mərhələsinin mövsümi
inkişafının ardıcıllığını və müddətini əks etdirən qrafik forma. İdeya ilk
dəfə V.N. Sukaçov (1903) tərəfindən irəli sürülmüşdür. F. yerinə
yetirilməsinin əsasını avstriya geobotaniki X.Qams (1918) qoymuşdur.
FENOTİP – Orqanizmin fizioloji, biokimyəvi, ekoloji, etoloji
xüsusiyyətlərinin məcmusu. Orqanizmin F.-i onun müşahidə oluna bilən
xarici görünüşüdür.
FERMAYANI QORUYUCU MEŞƏLİKLƏR – Heyvandarlıq
kompleksləri, ferma, qoyun yatağı (ağıl) ətrafında meşə zolaqları
oradakı binaları və heyvanları qar və qum sovrulmasından, soyuq
küləklərdən qorumaq məqsədilə salınır. F.q.m. mikroiqlimi və sanitar-
gigiyenik şəraiti yaxşılaşdırır, həm də yanğına qarşı əhəmiyyət daşıyır.
F.q.m. heyvandarlıq tikililərindən 30-40 m aralı hakim küləklərə qarşı,
yaxud fermaların ətrafında yerləşdirilir. Meşə əkinləri 2-7 zolaqdan (eni
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
179
10-20 m 3-5 cərgə) ibarət olub araları 15-20 m götürülür. Əkinləri sıx
aparılıb cərgəaraları 3-4 m, cərgədə bitkilərin arası 1,5-3,0 m götürülür.
Kənar cərgələrə kol cinsləri əkilir. Respublikamızın dağ rayonlarında bu
məqsədlə gürcü palıdı, adi göyrüş, mal-qaraya qarşı dözümlü ağaclardan
azatağac, dəmirqara, kollardan sarağan, doqquzdan, düzən sahələrdə
duzsuz torpaqlarda şabalıdyarpaq palıd, eldar şamı, qovaq növləri, sərv
ağacı, çinar, duzlu torpaqlarda isə lələkağacı, iydə, yaşıl göyrüş, innab,
kollardan amorfa, yulğun və s.-dən istifadə olunması məqsədə
uyğundur. Mal-qaranı yay dövründə cücülərdən, (ağcaqanad, mığ-mığa,
mozalan milçək və s.) qorumaq məqsədilə F.q.m.-də qoz və dəfnə
ağacından istifadə edilməsi məsləhət görülür. Amerika fermerlərinin
təcrübəsi bunu təsdiq etmişdir.
FERMENTLƏR, ENZİMLƏR (lat. fermentum - maya) – zülal
tərkibli spesifik katalizatorlar. Bütün canlı hüceyrələrdə hasil edilir və
biokimyəvi prosesləri kataliz F. həyat fəaliyyətinin bütün proseslərində
mühüm rol oynayır. F. çox müxtəlif olsalar da, bir sıra ümumi xassələri
var. Onlar həm parçalanma, həm də sintez istiqamətində gedən kimyəvi
reaksiyaları sürətləndirir. F-in aktivliyi qeyri-üzvi katalizatorun
aktivliyindən qat-qat çoxdur. Bir ferment yalnız bir maddəyə təsir
göstərir. 1000-dən çox ferment məlumdur. Bunlardan 100-ə qədəri
kristal şəklində alınmışdır. Əgər bir ferment bu və ya digər səbəbdən
fəallıqdan düşərsə və ya sistemdən çıxarsa bütün ferment sisteminin
fəaliyyəti pozulur, bu da bütün orqanizmin xəstələnməsinə səbəb olur.
F.-dən tibdə, xalq təsərrüfatının bir çox sahələrində - gön-dəri,
toxuculuq və kimya sənayesində) geniş istifadə olunur. Çörəyin, süd
məhsullarının, spirtin, pivə, şərab, çay, tütün, turşudulmuş tərəvəz və s.
məhsulların istehsalı fermentativ proseslərdə başa çatıdırılır.
FEROMONLAR (yun. phera – daşıyıram və mona) – Heyvanların
ətraf mühitə buraxdığı (ifraz etdiyi) və həmin növün digər fərdlərinin
hərəkətinə, fizioloji vəziyyətinə və ya metabolizminə təsir göstərdiyi
bioloji aktiv maddələr F. xüsusi vəzilər vasitəsilə buraxılır. Cücülər
buraxdığı cinsi F. müxtəlif növlərin fərdlərinin görünüşünü, aqreasiya
F.-i çoxlu miqdarda fərdlərin kiçik sahədə toplanmasını təmin edir,
«həyə-can»” F.-i isə qaçmağa, gizlənməyə reaksiya göstərir. F.
cücülərin hərəkətini potensial effektiv idarə etmə vasitəsidir. Kənd
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
180
təsərrüfatı ziyanvericiləri ilə mübarizədə F.-dan istifadə olunması
xüsusilə perspektiv sayılır. Sintetik F.-dan istifadə olunması perspektiv
sayılır. Sintetik F-dən düzəldilən tələlərdən zərərli cücülərin uçotunu
aparmaq, bir sıra hallarda isə onları kütləvi məhv etmək məqsədilə
istifadə olunur.
FƏRD – Ömrü boyunca genofondun bir hissəsini saxlayan və onu
növbəti nəslə ötürən canlı varlıq (Fizioloji mənada canlı orqanizm).
FƏRDİ DOZA – bir fərdə təsir göstərən fiziki faktorun (məs.,
radiasiya) miqdarı.
FƏRDİN YETİŞGƏNLİYİ – bir qayda olaraq, böyümüş (yaşlı)
orqanizmin morfoloji və psixofizioloji həddə çatdıqda fərdin çoxalma
qabiliyyəti.
FƏRDLƏRİN SAYININ PARTLAYIŞI – hər hansı bir
populyasiyada biotik və abiotik şəraitin əlverişli olması ilə əlaqədar və
ya antropogen təzyiq nəticəsində fərdlərin sayının dəfələrlə kəskin
artması.
FƏSİLƏ – tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli)
cinslər qrupu olan və b. F-lərdən kəsgin fərqlənən ayrıca ekoloji sahədə
yerləşən taksonomik kateqoriya. F.-nin özünəməxsus əlamətləri ona
müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir.
FINDIQ FƏSİLƏSİ (Corylaceae) – Ən geniş yayılmış cinsləri vələs
və fındıqdır. Şimal yarımkürəsinin mülayim iqlim zonasında vələsin 30
növü məlumdur. Qafqazda və Azərbaycanın meşələrində 6 növü bitir:
adi vələs (Carpinus betulus), qafqaz vələsi (C.caucasica), sivrimeyvəli
vələs (C.dektschaica), Şərq vələsi və ya dəmirqara (C.orientalis) və
irimeyvəli vələs (C.macrocarpa).
Fındıq cinsi (corulus) özündə 20 növ birləşdirir. Yabanı halda
Qafqazda 6, Azərbaycanda 3 növü məlumdur: adi fındıq (C.avellana),
ayı fındığı (C.iberica) və maral fındığı (C.cervorum).
Qafqaz vələsi meşələri respublikamızın meşə ilə örtülü sahəsinin
25%-ni təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
181
1-Qafqaz vələsi, 2-Şuşa vələsi, 3-
Şərq vələsi
Ayı fındığı (ağacşəkilli fındıq)
FIRLAR, SESİDİLƏR – xüsusi növ törədicilərin bitki orqanlarında
əmələ gətirdiyi yerli patoloji yenitörəmələr. Onurğasızların törətdiyi F.
bəzən zoosidi, göbələklərin törətdiyi F. isə mikosesidi adlanır. F.-ın
meydana gəlməsi hallogenez, törədicisi isə hallogenlər adlanır. Viruslar,
bakteriyalar, göbələklər, nematodlar, parazit həyat keçirən cücülər F.ın
törədiciləridir. Bir çox F.-ın törədiciləri kənd təsərrüfatına və meşə
təsərrüfatına böyük zərər vurur. Bəzi F.-ın törədiciləri alaqlara qarşı
bioloji mübarizədə istifadə olunur.
FIRTINA – Bofort şkalasına görə gücü 9 bal və sürəti 20,8-24,4
m/san olan külək. Küləyin gücü 9 baldan artıq olanda şiddətli qasırğa
adlanır. Adətən quruda dağıntılara və dənizdə güclü dalğalanmaya səbəb
olur F.-nın yaranması siklonlarla əlaqədardır.
FISTIQ FƏSİLƏSİ (Fagaceae) – fəsiləyə 7 cins, 900-ə yaxın növ
daxildir. Azərbaycanda 3 cins yayılmışdır: fıstıq cinsi, şabalıd cinsi və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
182
palıd cinsi. Azərbaycan dağlarında fıstığın bir növü – şərq fıstığı (Fagus
orientalis) geniş yayılmışdır. Respublika meşələrinin 32%-ni təşkil edir.
Şabalıd cinsi (Castanea), Azərbaycanda yabanı halda bir növü bitir:
adi şabalıd (C.sativa). az sahədə meşələri Böyük Qafqazın cənub
yamacı rayonlarında mövcuddur.
Palıd cinsi (Quercus). Bu cinsə 600-ə yaxın növ daxildir. Qafqazda
22, Azərbaycanda 9 növü təbii halda bitir: şabalıdyarpaq palıd
(Q.castanifolia), şərq palıdı (Q.macranthera), araz palıdı (Q.araxina),
uzunsaplaq palıd (Q.longipes), İberiya palıdı (Q.iberica), qızılı palıd (Q.
hypochys), qumral palıd (Q.crispata) və kövrək palıd (Q.erucifolia).
Palıd meşələri respublika meşələrinin 30%-ni təşkil edir.
1-İberiya palıdı,2-Uzunsaplaq palıd 1-Şabalıdyarpaq palıd, 2-iritozcuqlu
(şərq) palıd
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
183
Adi şabalıd. 1-çiçəkqruplu zoğ; 2-erkəkçiçək; 3-dişicik çiçəyi; 4-dişicik
çiçəkli çanaqçığın kəsiyi; 5-çanaqcıq; 6-meyvə – qoza
FLYUKTOFİTLƏR (lat. fluctuatio – tərəddüd etmək) – geniş işıq
diapazonu şəraitini üstün tutan bitkilər (məs., qabarma-çəkilmə ritmik
işıqlanma şəraitində məskunlaşan litoral dəniz yosunları).
FİKOFAQ (yun. phykoc - yosun) – yosunlarla qidalanan heyvanlar.
FİKSASİYA – Bioloji, kimyəvi və ya fiziki qarşılıqlı təsir
nəticəsində canlı toxuma və ya substrast tərəfindən maddələrin tutulması
(saxlanması) prosesi.
FİLİZ – iqtisadi cəhətcə tərkibindən metalların alınması
məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. «F» termini bir sıra
qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir.
Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri
filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur),
respublikamız bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir
yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş polimetal
yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.
Respublikamızın ərazisində həmçinin mis, qurğuşun, sink, molibden,
manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da
vardır.
Dostları ilə paylaş: |