EKSPULVERİZASİYA – ekosistemdən külək vasitəsilə mineral və
üzvi maddələrin hissəciklərinin aparılması. Duzdəyişmə yollarından
biri.
EKSTREMAL FAKTOR – orqanizmin uyğunlaşma reaksiyasından
güclü olub, lakin onu məhv olmaq dərəcəsinə gətirməyən hər hansı bir
faktor. E.f-un mövcudluğu yaşayış üçün ekstremal şərait yaradır.
EKSTREMAL ŞƏRAİT – orqanizmin mövcudluğu üçün son
dərəcə (sərt maksimal və ya minimal) şərait. E.ş. stress kimi təsir
göstərə bilər.
EKSTRES – orqanizmə göstərilən istənilən təsirə qarşı qeyri
spesifik müsbət reaksiya («yaxşı»” stres).
EKSTROZONAL BİTKİ ÖRTÜYÜ – hər hansı bir zonaya uyğun
olan bitki örtüyünün həmin zonadan kənarda yerləşməsi. Məs. fıstıq
meşəsi zonasında şam meşəsi. Bax: azonal və introzonal bitki örtüyü.
EKTOZOY ORQANİZM – heyvan üzərində yaşayan orqanizm.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
155
EKTOGENEZ – təkamül təlimində cərəyan. E.-ə görə orqanizmlər
xarici mühit amillərinin təsirinə uyğun (adekvat) olaraq dəyişilir və
bunlar toplanaraq nəslə keçir. E. tərəfdarları məsələyə birtərəfli yanaşır
və təkamüldə orqanizmin daxili amillərini (genotipini) və təbii seçmənin
rolunu nəzərə almırlar.
EKVATORİAL İQLİM – rütubətli tropik meşələrin iqlimi –
ekvatordan hər iki tərəfə bir neçə dərəcə yerləşən qurşaqda çox isti və
rütubətli ovalıq düzənlikləri iqlimi.
EKVATORİAL MEŞƏ – yağışlı tropik meşə variantlarından biri.
Olduqca möhtəşəm ağacların üstünlük təşkil etdiyi keçilməz çox
müxtəlif bitkilərin cəngəlliklərindən ibarət olur. Amazonka, Konqo və
İndoneziyanın bəzi adaları üçün səciyyəvidir.
EKVİVALENTLİK (lat. aeguistas - bərabərlik) – biosenozda
fərdlər arasında nisbətən stabil (sabit) say nisbətini ifadə edən
biosenotik göstərici.
EKZOBİOLOGİYA – bax: ekologiya.
EKZODİNAMİK SUKSESSİYALAR, (DƏYİŞİLMƏLƏR) –
Senozda xarici amillərin təsirilə (əsasən, stres xarakterli) baş verən
dəyişilmələr: yanğından pirogen, küləyin təsirindən – anemogen, qumun
sovrulmasilə-psammogen, lilləşmədən-aqrilogen, duzlaşmadan və ya
duzsuzlaşmadan-halogen, qar uçqunundan-labinogen, sahənin
subasması və ya qurumasından hidrogen dəyişilmələri baş verir.
Termini V.N.Sukaçov (1928) təklif etmişdir.
EKZOGEN PROSESLƏR – xarici proseslər – Yer səthində və
litosferin üst hissəsində günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin
fəaliyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslər. E.p.-
ə süxurların aşınması, aşınma məhsullarının ağırlıq qüvvəsi, axar su,
buzlaq və küləyin fəaliyyəti ilə yerdəyişməsi, çökmə süxurların və bəzi
faydalı qazıntı yataqlarının əmələ gəlməsi daxildir. Azərbaycanda duz,
maqnitli qum yataqları bu yolla əmələ gəlmişdir.
EKZOGEN RİTMLƏR – ətraf mühit komponentlərinin dövri
olaraq dəyişməsi (gecə ilə gündüzün, ay fazaları, mövsümlərin
dəyişməsi, qabarma və çəkilmələr və s.).
EKZOMETABOLİTLƏR, EKZOKRİNLƏR – orqanizmlərin
ətraf mühitə ayırdığı maddələr mübadiləsi məhsulları; orqanizmarası və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
156
populyasiyalar daxili əlaqələrdə mühüm rol oynayır.
EKZOSFER – Yerdən çox-çox uzaqda (onun səthindən 800 km-dən
çox təxm. 1600 km-ə qədər) yerləşib, hələ atmosfer qazı müşahidə
olunan qat, buradan atomların, əsas etibarilə hidrogen və heliumun
kainat sahələrinə axması gedir.
EKZOTERMİK REAKSİYALAR – enerji itirməklə baş verən
biokimyəvi reaksiyalar (məs. tənəffüs zamanı karbon qazının
dissimlyasiyası, yağların hidrolizi).
EKZOTLAR (yun. exotikos – yad, kənar) – yerli flora və faunaya
yad olan kənardan gətirilmə bitki və heyvanlar. Adətən botanika
bağlarında, zooloji parklarda, şəhər yaşıllıqlarında rast gəlinir.
EKZOTOKSİNLƏR – bəzi mikroorqanizmlərin ətraf mühitə
ayırdığı zülal xassəli maddələr. Başqa canlı orqanizmlərə toksik
(zəhərli) təsir göstərir.
ELEKTROMOBİL – bir və ya bir neçə elektrik mühərriki ilə
işləyən avtomobil. Bu nəqliyyat atmosfer havasının çirklənməsini
azaldan alternativ yollardan biridir. Bir sıra ölkələrdə (ABŞ, İsveç,
Almaniya, Yaponiya və b.) müxtəlif konstruksiyalı elektromobillər
yaradılmışdır.
ELEMENTAR LANDŞAFT – B.B.Polınov (1915) tərəfindən təklif
olunmuşdur. E.l. eynicinsli süxurda, eyni relyef elementində yerləşərək
bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Termin əsasən
landşaftın geokimyası tədqiqatları işlərində istifadə olunur. Üç E.l.tipi
ayrılır: ellüvial, subakval və superakval.
– Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində
formalaşır. Maddələr və enerji atmosferdən daxil olur. Elementlərin
aparılması prosesi həm su axınları ilə həll olmuş şəklində, həm də bərk
maddələrin aşağıya doğru yerini dəyişməsi nəticəsində baş verir.
– Subakval landşaft – relyefin mənfi formalarında formalaşır.
Burada elyuvial və superakval landşaftlardan maddələrin toplanması
prosesi üstünlük təşkil edir.
– Superakval landşaft – elüvial və subakval landşaftlar arası
vəziyyət daşıyır. Burada həm maddələrin daxil olması (xaricdən və
elüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması
baş verir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
157
ELEMENTLƏRİN BİOGEN MİQRASİYASI – bitki, heyvan və
mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində təbiətdə kimyəvi
elementlərin yerdəyişməsi.
ELEMENTLƏRİN KLARKLARI – yer qabığında, hidrosferdə və
atmosferdə kimyəvi elementlərin orta miqdarının qiyməti. E.k. kütlə
vahidi (%, q/t və s.), yaxud atom vahidi (faizlə) ilə ifadə oluna bilər.
Termin A.Y.Fersman tərəfindən irəli sürülmüş və amerika geokimyaçısı
F.U.Klarkın şərəfinə adlandırılmışdır.
ELİT – 1) bitkiçilikdə – yeni sortlar yaratmaq üçün seçilən ən yaxşı
bitkilər; 2) toxumçuluqda – seleksiya və tədqiqat müəssisələrində
yetişdirilmiş yüksək keyfiyyətli saf toxum sortları. 3) Heyvandarlıqda –
müəyyən cinsli heyvan sürüsündə yüksək məhsuldarlığı və sağlamlığı
ilə fərqlənən ən yaxşı heyvanlar.
ELMİ-TEXNİKİ ALARMİZM – elmi-texniki inqilabın təbii
mühitə yalnız mənfi (dağıdıcı) təsir göstərməyi irəli sürən konsepsiya.
ELMİ-TEXNİKİ İNQİLAB – ictimai istehsalın inkişafında elmin
mühüm amilə çevrilməsi əsasında məhsuldar qüvvələrdə baş verən
keyfiyyət dəyişgənliyi. E.t.i. həmçinin elm və texnikanın inkişafında
əsasən keyfiyyət dəyişkənliyi, dərin sıçrayışdır.
EMİQRANT – müəyyən ərazidən köçmüş orqanizm.
EMİQRASİYA (lat. emigro – köçürəm) – tutduğu ərazidən əhalinin
(populyasiyanın) kütləvi surətdə köçüb getməsi. Adətən populyasiyanın
mühit həcmini aşaraq sıxlaşması ilə əlaqədardır.
EMİSSİYA (lat. emigro – köçürəm) – müəssisələrdən, yaşayış
evlərindən, avtomobillərdən, vulkan püskürməsindən və s. maye və bərk
çirkləndirici maddələrin və ya enerjinin (istilik, səs, radioaktiv şüalar,
zəlzələ və s.) ətraf mühitə buraxılması (atılması). E. mənbəyi emitent
adlanır.
EMPRİOLOGİYA – botaniki coğrafiyanın bölməsi; bitki və xarici
şəraitin qarşılıqlı əlaqələrini fizioloji (autekoloji) əsasda öyrənir.
ENANTİBİOZ – iki və ya çox orqanizmin (növün) bir-birilə
antoqonist əlaqəsi.
ENDEMİK BİOSENOZLAR – Məhdud ərazidə(vilayətdə) rast
gəlinən assosiasiya və formasiyalar.
ENDEMİKLƏR, ENDEMLƏR – məhdud bir sahədə (yaxud kiçik
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
158
bir coğrafi vilayətdə) yayılmış heyvan və bitkilər. E.-in tutduğu sahə
bəzən çox kiçik olur; Məs. – Eldar şamı Elləroyuğu deyilən sahədə
(Qabırrı çayının sağ sahili) cəmi 25 ha sahəni tutur. E. hər hansı bir flora
və ya faunanın xüsusi tərkib hissəsi hesab olunur. Endemizimin
inkişafına coğrafi izolyasiya, iqlim və edafik şərait, biotik amillər
(parazitizm, rəqabət və s.) səbəb olur. Müqəddəs Yelena adasında
bitkilərin təxminən 85%-i, Baykal gölü faunasında isə 76%-dən çoxu E-
dir. Nəsli kəsilmiş fauna və ya floranın nümayəndələri poleoendemik
(məs., nəhəng sekvoya ağacı), son vaxtlar meydana çıxmış və hələ
yayılmamış formalar isə neoendemik (məs. krım fındığı) adlanır.
ENDEMİYA – hər hansı bir xəstəliyin müəyyən ərazidə daim baş
verməsi (pandemiya, epidemiya).
ENDEMİZM (yun. endemos – yerli) – flora və faunanın bəzi
komponentləri üçün səciyyəvi olub, yalnız müəyyən bir ərazidə və ya
akvatoriyada (məs, adada, göldə, bir coğrafi vilayətdə, bitki
formasiyasında) yayılaraq analoji digər regionlarda rast gəlinməməsi
(olmaması). Ayırd edilir: biogeokimyəvi endemlər (müəyyən
biogeokimyəvi əyalətdə uyğunlaşan növlər), paleoendemlər (keçmiş
geoloji epoxaların relikt növləri) və neoendemlər (yaxın vaxtlarda
endem növ sayılan növlər).
ENDOBENTOS – su hövzəsinin qruntunun qatında həyat sürən
bentos orqanizmlərinin məcmusu.
ENDOBİONTLAR – başqa canlı orqanizmlərin daxilində
(bədənində) həyat sürən orqanizmlər (parazitlər, simbiontlar və s.).
ENDOBİOS – geniş mənada substrat daxilində həyat sürən
orqanizmlərin məcmusu; dar mənada – dəniz qruntu qatının məskunları.
ENDODİNAMİK SUKSESSİYA – senogenetik suksessiya,
endoekogenez – orqanizmlərin özlərinin həyat fəaliyyəti nəticəsində
biosenotik mühitin dəyişməsilə əlaqədar qruplaşmalar yaranır. E.s. təbii
biosenozların ən mürəkkəb və uzun sürən suksessiyası sayılır. Termini
V.N.Sukaçov (1942) təklif etmişdir.
ENDOEKOGENETİK SUKSESSİYA – bitki örtüyünün özünün
təsirilə tədricən məskunlaşdığı yerin mühitini dəyişməklə (fitoiqlim
formalaşdırmaq, kök ifrazatı və s.) yaranan suksessiya.
ENDOFAQLAR – bitki gövdəsi və ya heyvan bədəni daxilində
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
159
qidalanan orqanizmlər (məs. endoparazitlər).
ENDOFİTLƏR VƏ ENDOFİLLƏR – daş süxurlarda (məs,
parlayan yosunlar), bitkilərdə (məs., endomikoriza) və heyvanların
daxilində (endotrof orqanizmlər) yaşayan orqanizmlər.
ENDOGEN PROSESLƏR – Yerin daxili zonalarında gedən geoloji
proseslər (maqmatizm, yer qabığının hərəkəti, vulkan hadisələri,
zəlzələ) E.p.-in ekzogen proseslərdə qarşılıqlı təsiri nəticəsində Yerin
relyefi (dağəmələgəlmə və s.) formalaşır.
ENDOGEN RİTMLƏR – ətraf mühitdən asılı olmayan canlı
orqanizmin hüceyrələrinin protoplazmasında gedən ritmik biokimyəvi
və biofiziki energetik proseslər (Y.Aşoffa, 1959). Hüceyrələrin
bölünməsi prosesi, ürəyin işləməsi, tənəffüs, bitki orqanlarının hərəkəti
ritmə tabedir.
ENDOKSİLOFAQLAR – bitkinin gövdə və köklərinə daxil olaraq
qidalanan (adətən həşəratlar və onların sürfələri) və ağac-kollara ziyan
verən heyvanlar.
ENDOKSİLOFİTLƏR – ağac gövdəsinin daxilində (oduncağında)
parazitlik edən orqanizmlər (adətən göbələklər).
ENDOLİTOFİLLƏR – daş substratında, malyuskaların qabığında,
xərçəngkimilərin qanında həyat sürməyi üstün tutan orqanizmlər (bəzi
yosunlar).
ENDOSİMBİOZ – partnyorları daim bir-birilə sıx kontaktda olan
simbioz forması.
ENDOTERM ORQANİZMLƏR – oksidləşmə prosesi nəticəsində
yüksək temperatura malik olan heyvan orqanizmləri. E.o.-ə quşlar və
məməlilər aiddir.
ENDOTOKSİNLƏR – bakteriyal toksinlər – mikroorqanizmlərin
daxilində əmələ gələn toksik maddələr. E. müxtəlif fiziki və kimyəvi
təbiətli maddələr (alkaloidlər, qələvilər, duzlar və s.) olub sahib –
orqanizm üçün güclü zəhərlidir.
ENDOTROF ORQANİZMLƏR, ENDOKONSORTLAR – digər
orqanizmlərin bədənində (daxilində) yaşayan parazit və saprofit
orqanizmlər.
ENDOZOOFİTLƏR – canlı orqanizmin bədəninin daxilində həyat
sürən patogen ibtidailər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
160
ENDOZOOXORİYA – bax. zooxoriya.
ENDOZOY ORQANİZMLƏR – başqa orqanizmin orqan və ya
toxumalarında həyat sürən parazit və ya simbiont kimi heyvanlar və ya
bitkilər (məs. vərəm çöpü, hemolitik streptokokk, helmintlərin çoxu).
ENERJİ BÖHRANI – təsərrüfat və məişət ehtiyaclarının
ödənilməsi üçün enerji ehtiyatlarının çatışmazlığı. E.b. son illərdə
Azərbaycanda meşələrin, bağların və yaşıllıqların məhv edilməsinə,
ətraf mühitin çirklənməsinə səbəb olmuşdur.
ENLİYARPAQLI MEŞƏLƏR – palıd, fıstıq, ağcaqayın, göyrüş,
vələs, cökə, qarağac və digər ağacların dominantlıq etdiyi meşələr.
Əsasən şimal yarım kürəsinin mülayim iqlim qurşağında yayılmışdır.
ENTOMOFAQLAR – həşəratların hesabına inkişaf edən parazit və
yırtıcı orqanizmlər. E.-ın əsas hissəsini müxtəlif həşərat dəstələrinə
(məs.. pərdəqanadlılara, torqanadlılara, böcəklərə, ikiqanadlılara və s.)
mənsub cins və növlər təşkil edir. Bir çox quş, gəmirici, balıq, qurd,
gənəcik, həmçinin ibtidailər, göbələklər bakteriyalar və viruslar da E.-a
aiddir. E.-dan bitki zərərvericilərinə qarşı bioloji mübarizədə geniş
istifadə edilir.
ENTOMOFAUNA – həşərat növlərinin cəmi, həşərat faunası. 1,5
min növü məlumdur (heyvanat aləminin 60%-dən artıq).
ENTOMOFİL BİTKİLƏR – həşəratlarla tozlanan bitkilər.
ENTOMOFİLİYA – bitkilərin həşəratlar vasitəsilə tozlanması.
ENTOMOXORİYA – rüşeymi (spor, xırda toxumlar) həşəratlarla
aparılan bitkilər.
ENTOMOQAMİYA – çiçəklərin həşəratlarla tozlanması.
ENTOMOLOGİYA (yun. entomo – həşərat, cücü) – zoologiyanın
cücüləri (həşəratları) və onların təbiətdə rolunu öyrənən sahəsi. Müasir
E. nəzəri və praktiki məsələləri öyrənən bir sıra elmdən ibarətdir. 2
hissəyə-ümumi E. həşəratların morfologiya, fiziologiya, biologiya və
sistematikasını, tətbiqi E. isə zərərli həşəratları və onlara qarşı mübarizə
tədbirlərini öyrənir. E. praktiki cəhətdən kənd təsərrüfatı E-sına; meşə
E.-na, tibb E.-na və baytarlıq E.-na bölünür. Həşəratların torpaq
xassələrinə təsirini, həmçinin onun münbitləşməsində və bərpa
olunmasındakı rolunu torpaq E.-sı tədqiq edir.
ENVAYROMENTALİSTİKA – envayromentalogiyanın bölməsi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
161
olub texnika və texnologiyanın ətraf mühitə təsirini öyrənir.
ENVAYROMENTALİZM – mühitin insanın həyat və fəaliyyətinə
təsirinin əhəmiyyətini tədqiq edən fəlsəfi konsepsiya.
EOKLİMAKS – ekosistemin ilkin, bakirə klimaksı.
EOL ÇÖKÜNTÜLƏRİ – süxur hissəciklirinin külək vasitəsi ilə
havada asılı vəziyyətdə aparılması və havadan çökməsi və ya küləyin
sovurması nəticəsində əmələ gələn çöküntülər. E.ç. səhralarda daha çox
yayılmışdır.
EOLOBİOSFER (yun. küləkallahı Eolun adından) – eol zonası,
aerobiosferin hissəsi – çox yüksəkliklərdə (8850 m-ə qədər) yerləşən
həyat zonası; burada ali bitkilərin yaşayışı üçün şərait yoxdur, lakin bura
külək tərəfindən aşağı şaquli qurşaqlardan üzvi maddələr,
buğumayaqlılar və bəzi mikroorqanizmlər gətirilir. E.-nın məskunları
eolobiont adlanır.
EOLOFİLLƏR – küləkli havanı üstün tutan orqanizmlər (məs.
fırtına quşu yem axtarmaq üçün uzun müddət, çox vaxt saatlarla hava
axınlarında süzür (uçur).
EOLOFOBLAR – küləkli havadan çəkinən orqanizmlər (bir çox
quşlar, həşəratlar, məməlilər).
EPEYROGENEZİS – kontinentlərin (materiklərin) yaranma
prosesi.
EPİBENTOS – qruntun səthində həyat sürən bentos orqanizmləri.
EPİBİOS – 1) geniş mənada substratın səthində həyat sürən
orqanizmlərin məcmusu; 2) dar mənada – dəniz qruntunun səthinin
məskunları.
EPİDEMİYA (epi... və yun. demos – xalq) – yaşayış yerində
(ölkədə, rayonda, kollektivdə) hər hansı infeksion xəstəliyin kütləvi
şəkildə yayılması. E.-yerli və gətirilmə ola ilər. E. bir neçə ölkəni, qitəni
və ya bütün yer kürəsini əhatə etdikdə pandemiya, birdən-birə baş
verdikdə eksploziv, yaxud epidemik alovlanma adlanır. E. ilə mübarizə
bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək və ya tamam
məhv etmək (məs. taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri
qırmaq, xəstələri təcrid etmək və s.); xəstəlik törədiciləri yoluxma
yolunda dizenseksiya və dizenfeksiya üsulları ilə məhv etmək; əhali
arasında xəstəliyə qarşı kütləvi peyvənd etməklə immunitet yaratmaq.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
162
EPİDENDROBİONT – ağaclarda yayılan spesifik fauna (həşəratlar,
hörümçəklər, quşlar və s.).
EPİEDAFON, EPİQEYON – torpağın səthində həyat sürən
orqanizmlərin məcmusu.
EPİFAUNA – qruntun (torpağın) səthinə yapışan və ya onun səthi ilə
sərbəst hərəkət edən heyvan orqanizmləri.
EPİFİLLƏR (epi... və yun. phyllon – yarpaq) – epifit bitkilər, ali
bitkilərin yarpaqlarında məskunlaşır. (məs. yosunlar, mamırlar və b.).
Əsasən tropiklərdə və subtropiklərdə yayılmışdır.
EPİFİTLƏR – həyatının bir hissəsini və ya hamısını başqa bitkilər
üzərində keçirən, torpaqla əlaqəsi olmayan ağac və ot bitkiləri.
Parazitlərdən fərqli olaraq E. qida maddələrini üzərində yaşadıqları
bitkidən almır. Başqa bitkilərin yarpaqları üzərində yaşayan bitkilər
epifillər adlanır. Əsasən tropik meşələrdə yayılmışdır. Az rütubətli isti
yerlərdə olan E. mamır, şibyə, qıjı və yosunlardan ibarətdir. 2 əsas
qrupu var: yarımepifitlər və əsl E. Yarımepifitlər inkişafa ağaclarda
başlayır. Bir müddətdən sonra torpağa işləyən və ondan su, mineral
maddələr alan uzun əlavə köklər əmələ gətirir. Əsl E. ömrü boyu
ağaclarda torpaqla əlaqəsi olmadan yaşayır. Belə E. tez-tez su və
mineral maddələrdən korluq çəkir. Bununla əlaqədar E.-də su və qidanı
almağa və onları daha səmərəli sərf etməyə xüsusi uyğunlaşmalar əmələ
gəlmişdir. Bəzi E.-də köklərin bir hissəsi yuxarıya qalxaraq bir-birinə
sarılıb içərisinə toz və tökülmüş yarpaqların yığıldığı kök yuvaları
əmələ gətirir; beləliklə, qidalanan köklər üçün substrat yaranır. Bir çox
E.-də quraq yerlərin bitkiləri olan kserofitlərin əlamətləri müşahidə
edilir. Azərbaycanda E.-dən ağ bağambürcə (Viscum album) çox
təsadüf edilir.
EPİFİTOTİYA – bitkidə infeksiya xəstəliyinin geniş yayılması.
Məs. taxılda pas və sürmə xəstəliyi, kartofda fitoftora xəstəliyi. E.-nın
səbəbləri epizootiyada olduğu kimidir.
EPİKSİLLƏR – ölü ağac və kolların gövdələrində həyat sürən
orqanizmlər (bakteriyalar, göbələklər, hörümçək sürfələri, gənələr).
EPİLİTOFİTLƏR – daş və qayalarda bitən bitkilər (mamırlar,
şibyələr və s.).
EPİPELAGİAL – dənizin 200 m dərinliyinə qədər yuxarı qatı.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
163
EPİPLANKTON – suyun üst qatlarının planktonu (200 m dərinliyə
qədər).
EPİZOTİYA (epi... və yun. zoon – heyvan) – hər hansı bir ərazidə
heyvanlarda yoluxucu xəstəliklərin adi səviyyəni keçərək yayılması. E.
təsərrüfat, rayon, vilayət və ya ölkəni əhatə edə bilər. E. törədicilərin
mənbəyi, yoluxmaların eyni vaxta düşməsi, yoluxma hallarının sayı,
xəstəlik qeydə alınan təsərrüfatlar arasındakı məsafə ilə xarakterizə
edilir. E. dabaq, taun və s. xəstəliklər zamanı baş verə bilər.
EREMOFİLLƏR – səhranı üstün tutan heyvanlar: gəmiricilər,
həşəratlar.
EREMOFİTLƏR – səhrada bitən bitkilər.
ERQAZİOFİTLƏR – yabanılaşmış mədəni bitkilər.
EROZİYA (lat. erosio – yeyilmə) – süxurların və torpağın səth
suları ilə yuyulması, dağılması, axının gücü ilə süxurların mexaniki
parçalanması, süxurların (əhəngdaşı, dilomit və s.) kimyəvi həlli və s.
proseslərin məcmusu. E. səthi və xətti təsir göstərir. Səthi E.-da relyefin
kələ-kötürlüyü hamarlaşır, xətti E.-da isə yarğan, qobu, dərə və s. əmələ
gəlir.
Torpaq E.-sı torpağın münbit qatının su və külək vasitəsi ilə
dağılmasına deyilir. O, normal və sürətli (dağıdıcı) olur. Normal E.
tədricən başlayır və torpağın münbitliyini azaltmır. Sürətli E. insanın
düzgün olmayan təsərrüfat fəaliyyəti: yamaclarda torpağın düzgün
becərilməməsi, mal-qara otarılması və s. nəticəsində əmələ gəlir. E.-nı
yağış, qar, suvarma suları və külək törədir. Səthi, qobu, irriqasiya və
külək E.-na təsadüf edilir. E.-nın təsirindən torpağın münbit qatı
yuyulub dağılır, qobular, yarğanlar əmələ gəlir. Torpaq E.-sının qarşısı
aqrotexniki, meşə-meliorasiya, hidrotexniki mübarizə tədbirləri ilə
alınır.
Dostları ilə paylaş: |