GEOEKOLOGİYA – ekologiyanın bir sahəsi; biosfer də daxil
olmaqla ekosistemləri (geosistemləri) yüksək səviyyədə tədqiq edir.
Sinonimləri: landşaft ekologiyası, biogeosenologiya.
GEOFİLLƏR – torpaqda, lildə. bəzən bəzi süxurlarda yaşayan
heyvanlar (məs. soxulcan, lildə yaşayan dəniz molyuskası və s.).
GEOFİTLƏR (geo ... və yun. phyton – bitki) – qışlamanı, yaxud
uzunmüddətli quraqlığa davamlığı təmin edən orqanları və bərpa
tumurcuqları həyat formalarından biridir. Əlverişsiz şəraitdə dözə
biləcək G. torpaqla, soyuq qışda isə məhv olmuş yerüstü orqanlar və
qarla mühafizə olunur. G.-ə bir çox soğanaqlı (zanbaqkimilər),
kökümsovlu (bir çox taxıllar, cil) və köküyumrulu bitkilər (kartof, batat)
aiddir.
GEOFİZİKA – Yerin fiziki xassələrini və onun qabığında gedən
prosesləri öyrənən kompleks elm.
GEOFİZİKİ AMİL – Müəyyən sahənin səthinin və ya Yerin
dərinliyinin fiziki xüsusiyyətləri ilə bağlı amil (məs. maqnit sahəsi).
GEOFİZİKİ XİDMƏT – təbii mühit elementlərinin (iqlim,
hidrosfer, ionosfer, günəş şüalanması, yer qabığının dinamikası və s.)
vəziyyətinin dəyişməsinə müşahidə və nəzarət sistemi.
GEOFİZİKİ MÜHARİBƏ – bax meteoroloji müharibə.
GEOFİZİKİ MÜHİT – bu və ya digər orqanizmlərin yer sahəsinin
fiziki prosesləri və xassələrinin məcmusu.
GEOGİGİYENA – insanın daim sağlamlığı üçün biosferin gigiyena
xarakteristikasını nizamlamağa yönəldilən tədbirlərin əsasını işləyib
hazırlayan elm sahəsi. Bəzən (dar çərçivədə) G. təbiətin, (ətraf mühitin)
mühafizəsi sinonimi kimi başa düşülür.
GEOKİMYA – Yer kürəsinin kimyəvi tərkibi, orada elementlərin
yayılması və miqrasiya prosesləri haqqında elm. G.-nın bir çox bölməsi
var: ümumi G., izotoplar G-sı, hidrogeokimya, landşaft G-sı,
biogeokimya, geokimyəvi axtarış metodları və s.
GEOKİMYƏVİ AMİLLƏR – torpaq, qrunt, torpaq məhlulu və su
hövzələrindəki suyun mineral tərkibinin xüsusiyyətinin orqanizm və
biosenozlara təsir göstərən amillər. Bir çox kimyəvi elementlər növlərin
yaşaması üçün mühüm şərait hesab olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
180
GEOKİMYƏVİ ASSOSİASİYA – Ayrı-ayrı təbii vilayətlərdə Yer
qabığının üst qatında yerləşən kimyəvi elementlər qrupu. Birinci G.a.
hidrogen, karbon, azot və oksigendən əmələ gəlib canlı maddələrə
uyğun gəlir. O, səthi geokimyəvi proseslər gedən Yer qabığı zonasında
cəmləşmişdir.
GEOKİMYƏVİ LANDŞAFT – termin B.B.Polınov (1956)
tərəfindən irəli sürülmüşdər. G.l. kimyəvi elementlərin və birləşmələrin
eyni tərkib və miqdara malik olan Yer sahəsidir. Hər G.l.-a müəyyən tip
elementlərin və birləşmələrin miqrasiyası məxsusdur.
GEOKİMYƏVİ MİQRASİYA – təbiətdə canlı orqanizmlərin fəal
iştirakı ilə kimyəvi elementlərin dövranı.
GEOKİMYƏVİ MÜHİT – Yerin strukturundan asılı olan yerin
fiziki gücünün məcmusu: qravitasiya və maqnit qütbləri, hava kütləsinin
vaxtı və s. Termini Ş.F.Xilmi (1966) təklif emişdir.
GEOLİBİONTLAR – ana süxurda (torpağın altındakı təbəqədə)
yaşayan orqanizmlər (adətən mikroblar).
GEOLOGİYA – Yer qabığı və onun daha dərin sferaları haqqında
elmlər kompleksi: sözün əsl mənasında Yer qabığının tərkibi, quruluşu,
hərəkətləri, onun inkişaf tarixi və faydalı qazıntılarının yerləşməsi
qanunauyğunluqları haqqında elm. G-nın əsas əməli vəzifəsi faydalı
qazıntı ehtiyatlarını aşkar etmək və mineral xammal bazası yaratmaqdır.
GEOLOJİ EROZİYA – insanın dağıdıcı fəaliyyəti olmayan ərazidə
təbii amillərin təsiri nəticəsində baş verən torpaq eroziyası. Bax: qədim
eroziya
GEOMERİDA (geo və .. yun. meros - hissə) – Yerdə yaşayan bütün
canlıların məcmusu. Bəzən biosfer sinonimi kimi də istifadə olunur.
Termin V.N. Beklemişev (1928) tərəfindən təklif edilmişdir.
GEOMORFOLOJİ VAHİDLƏR – landşaftın tərkib elementləri-
geosistemlər (dağlar, dərələr, vulkanın krateri, buzlağın relyef formaları
və s.).
GEOMORFOLOGİYA – Yer səthinin relyefi haqqında elm.
Qurunun, okean və dəniz dibinin relyefini, xarici görünüşünü,
mənşəyini (genezisini), yaşını, inkişaf tarixini və müasir dinamikasını
öyrənir. Azərbaycan MEA akad. Həsən Əliyev adına coğrafiya
İnstitutunda G. şöbəsi var.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
181
GEOSFERLƏR (geo... və.. yun. spharia - kürə) – yer
maddələrindən əmələ gəlmiş konsentrik qatlar. G.-ə atmosfer, biosfer,
hidrosfer, litosfer və ya Yer qabığı, mantiya və Yerin nüvəsi daxildir.
GEOSİNKLİNAL – Yer qabığının dərin çökəkliyi.
GEOSİSTEM – coğrafi landşaftın geomorfoloji, iqlim və hidroloji
elementlərini, həmçinin ekosistemi Yer səthinin müəyyən bir sahəsində
birləşdirən fundamental struktur vahidi. Termini V.B.Soçava (1963)
təklif etmişdir.
GEOTERMAL SULAR – Yerin dərinliklərindən səthə çıxan sular.
Yüksək temperatura və özünəməxsus kimyəvi tərkibə malikdir.
Binaların, örtülü şitilliklərin (oranjeriya) qızdırılmasında istifadə olunur.
Yüksək minerallığı olan G.s.-dan marikultur (dəniz orqanizmlərinin süni
yetişdirilməsi) kimi də istifadə etmək olar.
GEOTOPOLOGİYA – geosistemlər haqqında elmin bölməsi.
Termini V.B.Soçava (1963) irəli sürmüşdür.
GƏDİK – iki dağ zirvəsi və ya yüksəklik arasında alçaq sahə, çətin
keçilən dağ cığırları. G. qış aylarında boran və çovğunda keçilməz olur.
G. aşınma, tektonika və buzlaqların qarşılıqlı təsirindən yaranır.
GƏMİRİCİLƏR (Rodeentia) – məməlilər sinfinin ən çox növü olan
dəstəsi. Bütün məməlilərin üçdə birindən çoxunu əhatə edir. G-in 2
minə yaxın, Azərbaycanda 31 növü var. Ən çox növü olan
siçanabənzərlərdir. G. tez çoxalan heyvanlardır: kənd təsərrüfatına və
meşə təsərrüfatına zərər verir. G. insan və ev heyvanları arasında
təhlükəli xəstəliklər də yayır (taun, ensefalit və s.). Bəzi qiymətli
xəzdərili heyvanlar da (məs., çay qunduzu, bataqlıq qunduzu və s.)
G.dəndir.
GƏNƏLƏR (Acarina) – hörümçəkkimilər sinfindən xırda
buğumayaqlı heyvanlar. Dünyada 15 mindən çox, o cümlədən
Azərbaycanda isə 800-dən artıq növü məlumdur. G. dünyanın hər
yerində yayılmışdır. Əsasən quruda, bir qismi dəniz və çaylarda yaşayır.
Yırtıcı G. torpaqda, bitkilərin üzərində, heyvan yuvalarında, parazit G.
isə heyvan və insan bədənində, heyvanların qulaq və burnunda parazitlik
edir. Ensefalit, hemorragik isitmə və s. transmissiv xəstəliklərin törədi-
cisidir. Virusları, bakteriyaları, spiroxetləri və s. yayır. Bəzi G.
xeyirlidir; torpağın münbitliyini artırır, bitki zərərvericilərini məhv edir.
GƏRMİC KÜLƏK – istilik gətirən külək. Qış fəslində əsən belə
külək qarın vaxtından əvvəl əriməsinə səbəb olur. (Astara, Lənkəran,
Masallı rayonları).
GİGİYENA – sağlamlıq haqqında tibb elminin bir sahəsi: xarici
mühit amillərinin insanın sağlamlığına, əmək qabiliyyətinə təsirini
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
182
öyrənir. G. yaşayış yerlərinin, iş və istirahət şəraitinin sağ-
lamlaşdırılmasını sanitariya cəhətdən əsaslandırır, ərzaq məhsulları və
məişət əşyalarının keyfiyyətinin sanitariya ekspertizası üsullarını
hazırlayır. G-ın hazırladığı elmi müddəaları həyata keçirən sahə
sanitariya adlanır.
GİGİYENA NORMASI – insanın sağlamlığının hər cür
pozulmasının qarşısını almaq məqsədilə gigiyena tərəfindən rəsmi
işlənib hazırlanmış normalar.
GİLƏMEYVƏ BİTKİLƏRİ – yeməli meyvəsi məişətdə giləmeyvə
adlanan çoxillik kol, yarımkol və ot bitkiləri. G.b.-ndən ən çox çiyələk,
moruq, qarağat, firəngüzümü, böyürtkən, cır mərsin, quşarmudu,
aktinidiya və çaytikanı becərilir. Yabanı G.b.-in ən əhəmiyyətlisi
mərcanı, mərcangilə və qaragilədir. Azərbaycan Respublikasının dağ,
meşə və çöllərində çoxlu yabanı G.b. bitir. Giləmeyvəsində şəkər,
mineral maddələr, üzvi turşular, vitaminlər, aromatik maddələr var.
Yeyilir, mürəbbə, cem, şirə, şərab, kompot və s. hazırlanır, bəziləri isə
dərman kimi işlədilir.
GİLƏVAR – Azərbaycanda, əsasən, Abşeron yarımadasına xas olan
cənubdan, cənubi-şərqdən əsən külək. Xəzriyə nisbətən istidir. Ən çox
ilin isti dövründə əsir. Sürəti adətən, 2-10 m/san-dir, bəzən 20-24 m/san-
yə çatır.
GİPSOFİL BİTKİLƏR – əsasən gipslə zəngin olan torpaqlarda
bitən bitkilər (bəzi gəvənlər, çoğan və s.).
GÖBƏLƏK FIRLARI – Parazit göbələklərin bitkilərdə törətdiyi
anormal törəmələr.
GÖBƏLƏK XƏSTƏLİKLƏRİ – BAX: MİKOZLAR
GÖBƏLƏK PREPARATLARI – mikroskopik göbələklərdən
alınan pestisidlər; onların insektisid təsirinə səbəb göbələklərin
həşəratlarda patogenlik (xəstəlik törətmək) yaratmasıdır.
GÖBƏLƏKLƏR – (Mycetes və ya Fungi) ibtidai bitki qrupu.
Xlorofilsiz olduğu üçün hazır üzvi maddə ilə (parazit və ya saprofit)
qidalanır. Yüz mindən çox növü məlumdur. Bəzən çəkisi 8 kq,
papağının diametri 75 sm olan nəhəng göbələklərə də rast gəlinir. G.
təbiətdə maddələr dövranında iştirak edir: antibiotiklər, müxtəlif dərman
maddələri alınmasında, çörək, pivə, şərab, pendir və s. hazırlanmasında
istifadə edilir. G.-in bir qismi duza və sirkəyə qoyulur. Azərbaycanda
zərərli G. geniş yayılıb: pambıqda hommoz, vilt, üzümdə mildyu,
oidium, taxıllarda pas, sürmə, kartofda fitoftora, tütündə peronosporoz
və s. xəstəliklər törədir. G.-in bir qismi zəhərlidir.
GÖL – quru çökəkliklərində yerləşən su hövzəsi. G. çökəklikləri
tektonik buzlaq, çay, vulkan və s. mənşəli olur. Axarlı G.-lər rütubətli və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
183
mülayim, axarsızlar isə quraq iqlim sahələrinə xasdır. Suyunda duzun
miqdarı çox olan mineral göllər xüsusi qrup təşkil edir. Yer kürəsi G-
lərinin ümumi sahəsi təqr. 2,7 mln km (quru sahəsinin təqr. 1,8%-i),
həcmi təqr. 230 mln, km
3
-dir. Azərb-da təqr. 250 g. var: ən böyüyü
(dünyada) Xəzər gölüdür. Hacıqabul, Candargöl, Acınohur, Böyükşor
gölləri də nisbətən böyük göl sayılır.
GÖLŞÜNASLIQ – bax. Limnologiya.
GÖY GURULTUSU – atmosferin səs hadisəsi: ildırım boşalması ilə
müşayiət olunur. İldırımın yolunda təzyiqin ani artması nəticəsində
havanın rəqslərindən yaranır.
GÖY QURŞAĞI – atmosferdə, havadakı su damlacıqlarından işığın
sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə. G.q.
Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif
rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı,
daxili qövs bənövşəyi olur.
GÖYƏRÇİNKİMİLƏR – (Columbiformes) – quşlar sinfinin bir
dəstəsi. Azərbaycanda 2 fəsiləsi var; drontlar və göyərçinlər.
Göyərçinlər (columbidae) – göyərçinkimilər dəstəsinin bir fəsiləsi.
Mülayim və tropik qurşaqda 255 növü məlumdur. Azərbaycanda 4 növü
yaşayır. Çöl G.-i (Columba livia), meşə G.-i (C.oleans), alabaxta
(C.palumbus), qumru (Streptorilia turtur). Qumru köçəri, qalanı
oturaqdır. Toxum və meyvə ilə qidalanır. 3 qrupa bölünür: poçt G.-i,
dekorativ G., ətlik G. Dekorativ G. lələklərinin gözəlliyinə, ətlik G. isə
ətinə görə yetişdirilir. 600-900 q-dır.
GÜBRƏLƏR – tərkibində bitkilər üçün qida elementləri olan və ya
torpağa lazımlı qida maddələrini özündə toplayan üzvi və qeyri üzvi
maddələr. Kimyəvi tərkibindən asılı olaraq G. üzvi və mineral gübrələrə
bölünür. G. torpağın münbitliyini yüksəldir, kimyəvi, fiziki-kimyəvi,
fiziki və mikrobioloji xassələrini yaxşıladırır. G. bitkilərin boyuna,
inkişafına, məhsulun keyfiyyətinə yaxşı təsir göstərir və məhsuldarlığı
artırır.
GÜLÇİÇƏKLİLƏR FƏSİLƏSİ – (Rosaceae) – Bu fəsilə ağac,
kol, yarımkol və otlardan ibarətdir. G.f.-nə 120 cins və 3150-dən çox
növ daxildir. Azərbaycanda 200-ə yaxın növə rast gəlinir.
GÜLÇİÇƏKLİLƏR FƏSİLƏSİNİN FİLOGENETİK ƏLAQƏLƏRİ. (P.L.
Boqdanova görə)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
241
Qafqazmənşəli quşarmudu
1-Qonur quşarmudu, 2-Yunan
quşarmudu, 3-Ağrıovunduran
quşarmudu, 4-Buasye quşarmudu
GÜLÇÜLÜK – bitkiçiliyin bir sahəsi: dekorativ çiçək bitkilərinin
becərilməsi, onların bağça, bağ və bulvarlarda əkilməsi ilə məşğul olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
185
GÜN YAĞIŞI – Günəşli gündə göyün bir tərəfindən yağan yağış.
GÜNƏŞ ENERJİSİ – Yerin səthinə düşən şüalı və korpuskulyar
Günəş enerjisi. Orta intensivliyi 2 kal/sm
2
1 dəq. (günəş konstantı) təşkil
edir. Fundamental və əvəz olunmaz ekoloji faktor olub onsuz
planetimizdə həyatın mövcudluğu qeyri mümkündür.
GÜNƏŞ FƏALLIĞI – Günəşin üzərində baş verən fiziki
dəyişikliklərin məcmusu. G.f.-nın zahiri təzahürü Günəş ləkələri,
məşəllər, protuberanslar və s.-dir. Güman olunur ki, G.f. atmosferin üst
qatlarına (qütb parıltısına, termosferin ionlaşmasına və s.), habelə at-
mosferin alt qatlarının vəziyyətinə, yəni havanın və iqlimin dəyişməsinə
təsir edir.
GÜNƏŞ LƏKƏLƏRİ –Günəş səthində müşahidə edilən tutqun
ləkələr. Diametri 10 min km-ə çatır. Parlaqlığı normal Günəş
diskindəkindən 10 dəfəyədək zəifdir, temperaturu fotosferinkindən
1500
° - 2000° kiçikdir.
GÜNƏŞ MÜALİCƏSİ, HELİOTERAPİYA – Günəşin şüa
enerjisinin müalicə profilaktika məqsədi ilə işlədilməsi: işıq
müalicəsinin bir növü. Orqanizmə infraqırmızı və ultrabənövşəyi günəş
şüaları təsir göstərir. G.m. zamanı (günəş vannası) gündən qaralma
əmələ gəlir ki, bu da orqanizmdə mübadilə prosesini, immuniteti
fəallaşdırır, qanyaranmasını, toxumanın qidalanmasını, ümumi
vəziyyəti, yuxunu yaxşılaşdırır, orqanizmi möhkəmlədir. Vərəmin aktiv
formasına, ürək çatışmazlığına tutulanlara G.m.-dən istifadə etmək
olmaz.
GÜNƏŞ RADİASİYASI – Günəş şüalarının radiasiyası. Yerdə
ekzogen bioloji və meteoroloji proseslər üçün yeganə enerji mənbəyi
sayılır. Ekosistemin aldığı radiasiyasının miqdarı günəş şüalarının
torpaq və ya su səthinə düşmə bucağından, yəni en dairəsi, dəniz
səthindən yüksəklik, ilin fəsli, günün saatı, həmçinin obyektin həmin
şüaları udma qabiliyyətindən asılıdır. Buna əsasən, bir sıra iqlim
zonaları ayrılır, hər zonanın özünəməxsus flora və faunası olur. Məs.
palmalar yalnız isti zonada bitir, ağ ayı isə yalnız arktik zonada yaşayır.
GÜCDƏN DÜŞMÜŞ (Çox pozulmuş) RESURSLAR – insanın
mənfi təsərrüfat fəaliyyəti nəticəsində məhsuldarlığı aşağı düşərək
istismarı iqtisadi cəhətdən səmərəli olmayan təbii resurslar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
186
H
HAKİM KÜLƏKLƏR – müəyyən ərazidə konkret zaman dövründə
(ay, mövsüm, il, illər) küləyin ən çox müşahidə olunan istiqaməti.
HALOBİONT (yun. hals – duz) – yüksək duzlu suda və ya şoran
torpaqda yaşayan orqanizmlər.
HALOBİOS – okean və dənizlərdə məskunlaşan heyvan və
bitkilərin məcmusu.
HALOFİLLƏR, OSMOFİLLƏR – yüksək konsentrasiyalı duzlu
mühit şəraitində çoxalan mikroorqanizmlər.
HALOFİTLƏR – Duzlu bitmə şəraitinə, xlorlu və kükürdlü duzlarla
doymuş torpaq məhlulundan istifadə etməyə uyğunlaşmış bitkilər.
Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq çoğanı,
qaraşoran, bir sıra şorangələr və s.) olub səhra və yarımsəhralarda qrunt
suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər hissəsi
sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir
qədər dərində yerləşən sahələrdə bitən bitkilərdir (məs. sirkən bitkisinin
bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır. Bəzi
halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq
hüceyrə şirəsinin osmotik qatılığını tənzim edir (Yulğun, dəvəayağı).
Bütün halofitlər torpaq duzluluğunun dərəcəsini göstərən indiqatorlar
hesab edilir. Bir çox halofitlər (sirkən növləri, şorangələr, yulğun)
yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.
HALOFOBLAR – yüksək duzlu sulara davam gətirməyən və yalnız
saf və az duzlu sularda məskunlaşan su orqanizmləri.
HALOGEN SÜXURLAR – çökmə süxurların əsas tiplərindən biri;
geniş yayılmışdır. H.s. asan həll olur və parçalanır; duzlu süxurlar,
evaporitlər də adlanır.
HALOİDOFİTLƏR – şorakət və şor torpaqlarda bitməyə
uyğunlaşan bitkilər (məs. yulğun, duzlaq çoğanı, dəvəayağı, qışotu,
xəzər şahsevdisi və s.).
HALOKSEROFİTLƏR – duza və quraqlığa davamlı bitkilər.
HALOPSAMMON – Dəniz qumu qruntunda məskən salan
orqanizmlərin məcmusu. H.-rə ibtidailər, malyuskalar, xərçəngkimilər,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
187
balıqlar, yosunlar daxildir. Termin İ.Vişnevski (1947) tərəfindən irəli
sürülmüşdür.
HALOSFER – Yer kürəsinin bütün dəniz və okeanlarının məcmusu.
HAVA – Yer atmosferini təşkil edən fiziki qaz qurşağı. Quru H. azot
(78,08%), oksigen (20-95%), arqon (0,93%), karbon qazı (0,03%), az
miqdarda təsirsiz qazlar, hidrogen, ozon, azot oksidləri, karbon oksidi,
yod, ammonyak, habelə su buxarı və toz da vardır ki, bunların miqdarı
dəyişkəndir. Karbon qazının miqdarı tənəffüs, yanma və bitkilərin
qidalanma proseslərindən asılıdır. Havanın insan üçün optimal rütubəti
40-60%, temperaturu 18-20
°C-dir. H. sənayedə müxtəlif proseslərdə
istifadə edilən mühüm xammaldır. Sənayenin, energetikanın və
nəqliyyatın inkişafı H.-da karbon qazının və digər zərərli qazların
miqdarının artmasına səbəb olur.
HAVA (METEOROLOGİYADA) – Müəyyən mərhələdə və
müəyyən vaxt ərzində atmosfer proseslərinin fasiləsiz olaraq dəyişilən
vəziyyəti. H. meteoroloji elementlərin dəyişməsi və bunlarla əlaqədar
havada bir sıra fiziki hadisələrin baş verməsi ilə səciyyələnir. H. eyni bir
mərhələdə bəzən də bir çox qısa müddət ərzində (bir gün, hətta bir neçə
saat ərzində) dəyişilə bilər ki, bununla da o, iqlimdən, yəni müəyyən
ərazidə havanın çoxillik rejimindən fərqlənir.
HAVA AXINLARI – troposferdə və strotosferdə əmələ gəlib, geniş
sahəni əhatə edən külək sistemi. Atmosferin ümumi sirkulyasiyasına
(tsiklon, passat, musson) daxil ola bilər; yerli adlar (brizlər, dağ-dərə
küləkləri və b.) da daşıyır.
HAVA XİDMƏTİ – əhalinin və xalq təsərrüfatının müxtəlif
sahələrini mövcud və gözlənilən hava şəraiti haqqında məlumatla
təminetmə sistemi.
HAVA MİQRANTLARI – atmosferdə həll olan kimyəvi elementlər
(oksigen, hidrogen, karbon, azot); canlı maddələrin əsas kütləsini təşkil
edir. O
2
-ın payına 70%-i düşür. Odur ki, çox vaxt canlı maddələr
«oksigen maddələri”» adlanır.
HAVA PROQNOZU – İri miqyaslı atmosfer proseslərinin təhlili
əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir.
Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən ərazi
(vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
188
məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir.
Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və
onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan
təhlükəli hava hadisələri (tsiklon, tufan, duman, çovğun, güclü külək,
toz fırtınası, ayaz və s.) də xüsusi H.p.-larına daxildir. H.p. sinoptik
meteorologiyanın məlumatları əsasında tərtib olunur.
HAVA REJİMİ – ekosistemdə atmosfer və onun qazlarının
hərəkətli vəziyyəti. H.r. atmosferin çirkləndirilməsi nəticəsində güclü
pozula bilər.
HAVANIN KONDİSİYALAŞDIRILMASI – Bağlı yerlərdə (bina
daxilində, otaqda), nəqliyyat vasitələrində və s.-dəki hava mühitinin
parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və
təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq,
avadanlıq, məhsul saxlamaq və s. üçün ən əlverişli hədlərinin
yaradılması və onların avtomatik olaraq saxlanılması. H.k.
sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye
binalarında, təyyarə salonlarında, qatar, avtomobil və gəmilərdə, elmi
tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və
s.-də istifadə edilir. H.k. sistemi, əsasən, havanı tozdan təmizləmə,
qızdırma, soyutma, qurutma və nəmləşdirmə, habelə onun
parametrlərini avtomatik tənzimləmə, idarə və nəzarət vasitələri ilə
təchiz edilir. H.k. üçün kondisioner adlı aqreqatlardan istifadə olunur.
Dostları ilə paylaş: |