Adi gərəməşov (V. lantana) – Azərbaycanda dağ meşələrində
subalp zonasına qədər qalxır.
Doqquzdon cinsi (Lonicera) – Qafqazda 7, Azərbaycanda 5 növü
meşə və kolluqlarda bitir, kol və ya sarmaşan növləri var.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
117
DOLO QANUNU – Belgiya paleontoloq-darvinist L.Dollo (1893)
tərəfindən irəli sürülüb. Bu qanuna görə təkamül prosesləri qayıtmazdır
(bərpa olunmazdır), orqanizm (populyasiya, növ) bir sıra əcdadlarının
keçdiyi əvvəlki vəziyyətinə qayıda bilməz. Qeyd etmək lazımdır ki, hələ
Ç.Darvin (1859) üzvi aləmin təkamülünün dönməzliyini geniş müzakirə
etmişdir.
DOLU – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda
buz halında düşən atmosfer yağıntısı. Ölçüsü 5 mm-dən 55 mm-ə qədər,
bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox
Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə
olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq
rayonlarında D.-ya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə
edilir.
DOMİNANT (lat. Dominans – hakimlik edən) – fitosenozların
müxtəlif yaruslarında üstünlük təşkil edən bitki növləri. Biosenozun
əsas qatlarında üstünlük təşkil edən, yəni dominantlıq edən bitki növləri
D., ikinci dərəcəli qatlarda üstünlük təşkil edən növləri isə
subdominantlar adlanır. Fitosenozun hakim yarusunda yalnız bir D.
varsa ona monodominant, fitosenozda bir neçə D. iştirak edərsə
polidominant fitosenoz adlanır. D. fitokütlənin miqdarı, yaxud proyektiv
böyüklüyünə görə hesablanır. D.-lar və subdominantlar fitosenozun əsas
məhsulunu təşkil etdiyi üçün onlar mühityaradıcı rol oynayaraq çox
mühüm əhəmiyyətə malikdir. Biosenozların hesablanmasında D.-lar
mühüm əhəmiyyət kəsb edir.
DOMİNANT NÖV – Miqdarına və məhsuldarlığına görə yalnız özü
və ya digər növlərlə birlikdə qruplaşmanın əsasını formalaşdıran növ.
Dominantlıq indeksi aşağıdakı düsturla hesablanır:
D
1
= n
1
/N
⋅ 100
burada n
1
-növün sayı: N biosenozda fərdlərin ümumi sayı.
DOMİNANTIN AREALI – dominantlıq edən növün tutduğu areal.
Növ formasiya yaradaraq onun coğrafiyasını müəyyənləşdirərsə arealın
dominantlıq hissəsi, növ digər növlərlə birlikdə polidominant formasiya
yaradırsa arealın kondominant hissəsi adlanır. D.a. xəritəsini tərtib
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
118
edərkən geobotaniki xəritələrdən istifadə edilir.
DOMİNANTLIQ – (hakimlik etmək) – biosenogenez prosesində
bəzi növlərin biosenozda hakim mövqe tutması və biosenozun
yaranmasında üstünlük təşkil etməsi. Növün dominantlığı onun hər
hansı bir fitosenozda iştirakı və sabitlik dərəcəsi funksiyasıdır. (üzvi
maddənin kütləsi, fərdlərin sayı, proyektiv örtmə dərəcəsi, rastlaşma
dərəcəsi və s.). D. göstəricisi belə ola bilər:
∑
⎟
⎠
⎞
⎜
⎝
⎛
=
2
N
ni
D
.
(Odum, 1975) harada n
i
– dominantlıq edən növlərin biokütləyə görə
dominantlığının qiyməti, N – bütün növlərin biokütləsi.
DOYMAMIŞ
BİOSENOZLAR (Natamam biosenoz) –
kasatlaşmış növ yığımına malik olan biosenoz; belə biosenoza heç bir
çətinlik (əngəl) olmadan yad orqanizmlər daxil ola bilir. D.b.-a bütün
aqroboisenozlar daxil olur, ziyanvericilərə tez yoluxur. (məs., kənd
təsərrüfatında monokultura). D.b. yalnız daim insan qayğısı olduqda
uzun müddət mövcud ola bilər. D.b.-ın zənginləşdirilməsində
akklimatizasiya (iqlimləşdirmə) ən geniş yayılan üsullardan biri sayılır.
DOYMUŞ BİOSENOZ (Tam biosenoz) – tam maksimum bitki və
ya heyvan növlərinin yığımı olan və miqrantlar üçün yer olmayan
biosenoz (ekvator tropik meşələri, mülayim zonanın təbii enliyarpaq
meşələri). D.b. yüksək dərəcədə möhkəmliyi ilə səciyyələnir, bu adətən,
yüksək məhsuldar klimaks ekosistemlər sayılır. Lakin onun ekoloji
tarazlığı düzgün olmayan insan fəaliyyətinin təsirilə pozula bilər.
(Saxara səhrası, Kürboyu tuqay meşəsinin yerində bataqlıq və ya
şorlaşmış sahələr və s.).
DOZA (TOKSİK) –zərərli agentin minimum miqdarı orqanizmə
daxil olarkən onun aşkar zəhərlənməsi ilə nəticələnir.
DOZA (MÜTLƏQ, LETAL, ÖLDÜRÜCÜ) – zərərli agentin
minimum miqdarı orqanizmə daxil olduqda (nəfəs yolu, qida ilə və s.)
mütləq ölümlə nəticələnir.
DOZA (MÜMKÜN SAYILAN, DÖZÜLƏN) – Orqanizmə və ya
onun qruplaşmasına daxil olduqda ona öldürücü təsir göstərməyən
zərərli agentin maksimal miqdarı. Bu miqdar müəyyən vaxt üçün (saat,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
119
gün və s.) də təyin oluna bilər.
DÖVRÜ DƏYİŞİLMƏLƏR VƏ YA SUKSESSİYALAR –
yaşayış mühitinin dövrü olaraq dəyişməsi ilə baş verən ekzodinamiki
dəyişilmələr. Məs. qum səhrasının hərəkətdə olan relyefində və çay
subasarlarında.
DÖVRİYYƏ SU TƏCHİZATI – istehsalatda işlənmiş suyu dövri
olaraq təmizləyib soyutduqdan sonra yenidən istehsalatın ehtiyacı üçün
təkrar qaytarılması sistemi. Beləliklə, təmiz təbii suyun istifadəsinə
qənaət olunur, həm də mühitin çirklənməsi azalır. D.s.t. su resurslarının
səmərəli istifadəsi üçün ən prespektiv ekoloji istiqamətdir.
DÖYƏNƏK (MAL-QARA) – Dırnaqlı vəhşi və ya ev heyvanları
tərəfindən güclü pozulmağa məruz qalmış bitki örtüyü; bəzən belə
deqradasiyaya uğrayan sahələrdə məməli heyvanlar tərəfindən az
yeyilən tikanlı və zəhərli ot və kollar qalır. (bax: hədsiz otarma.).
DREN – torpağın qrunt sularını toplayıb çıxarmaq və aerasiyasını
yaxşılaşdırmaq üçün süni yaradılan yeraltı su yolu. D.-lər istifadəsinə
görə quruducu, kollektor; konstruksiyasına və materialına görə isə
borulu (gil, plastik kütlə, taxta və s.) boşluqlu (yarıqlı, yumşaq),
doldurulmuş (çınqıl və s. ilə) olur.
DRENAJ (ing. Drain - qurutmaq) – Torpaqların qurudulması
zamanı qurutma D.-ı, quraqlıq rayonlarda torpağın şorlaşmasına qarşı
mübarizə məqsədi ilə duzsuzlaşdırma D.-ı, ağır gilli torpaqlarda qaz
mübadiləsini qüvvətləndirmək üçün areasiya D.-ından istifadə edilir.
Kənd təsərrüfatı torpaqlarının D.-ı 2 formada aparılır; üfüqi və şaquli.
Üfüqi D. açıq və qapalı olur. Açıq D. kanalları sahədə elə yerləşdirilir
ki, tarlada kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsinə və müvəqqəti
suvarma arxlarının çəkilməsinə maneçilik törətməsin. Torpaq itkisinə
yol verməmək məqsədilə çox vaxt qapalı D.-dan istifadə olunur.
Suvarılan sahələrdə D. kanallarının dərinliyi 2,5-3 m, drenajlar arası
məsafə 200-800 m olur.
D.-lardan binaları və tikililəri qrunt sularının təsirindən qorumaq
üçün də istifadə olunur. Bunlar suları toplayan və kənara axıdan
mühəndis sistemindən (kəhriz, quyu, yeraltı lağımlar və s.) ibarətdir.
Tikinti ərazisində yeraltı suların ümumi səviyyəsinin aşağı salınması
(adətən yer səthindən 3-3,5 m dərində olmalıdır) lazımi effekt
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
120
vermədikdə, yerli D. sistemləri, yəni lay D.-ı, divaryanı D. və dairəvi D.
tətbiq olunur.
DUMAN – Havadakı su buxarının kiçik damlacıqlar, yaxud
kristalcıqlar halında bilavasitə yerin səthi üzərində toplanması. Dumanlı
havada görünmə məsafəsi 1 km və daha az olur (görünüş 1 km-dən artıq
olduqda belə tutqunlaşma çən adlanır). D. yer səthinə yaxın hava qatının
soyuması, yaxud isti suyun soyuq havaya buxarlanması nəticəsində
əmələ gəlir. D. damcılarının orta böyüklüyü 0,02 mm-ə qədər olur. D.
yuxarı qalxdıqca bulud əmələ gətirir. D.-nın seyrəlməsinə və yox
olmasına səbəb su damcılarının buxarlanması, yəni qaz halına
keçməsidir. Havada toz, tüstü və elektrik hissəcikləri-ionlar olduqda D.
daha sürətlə və çox əmələ gəlir. Sənaye müəssisələri çox olan böyük
şəhərlərdə (o cümlədən Bakıda) daha tez-tez qalın D. olması bununla
izah olunur.
DURĞUN (AXMAZ) SU TUTARI – sugəliri və axımı olmayan
sututarı.
DURNALAR (Gruidae) – durnakimilər dəstəsindən quş fəsiləsi.
Boynu və ayaqları uzun iri quşlardır. Hündürlüyü 90 sm-dən 155 sm-
dək olur. Azərbaycanda 1 növü (boz durna) məlumdur. D. Toxum,
giləmeyvə, zoğ, həşərat, molyusk və xırda gəmiricilərlə qidalanır. D.-ın
bəzi növlərinin nəsli kəsilmək üzrədir.
DUSTLAR – tərkibinə təsirsiz maddələr əlavə edilən pestisidlər
qarışığından ibarət tozşəkilli preparatlar (DDT, heksaxloran, piretrum və
s.). D.-dan kənd təsərrüfatında müxtəlif zərərvericilər, bitki xəstəlikləri
və alağa qarşı mübarizədə istifadə edilir. DDT istiqanlılara təsir edən
orta dərəcədə zəhərli maddədir. İnsan və heyvan orqanizmində xroniki
zəhərlənməyə səbəb olur; DDT çox davamlı maddə olub həmçinin ətraf
mühitdə yığılıb qala bilir və təhlükə törədir. Bununla əlaqədar 1970 ildə
bir çox ölkələrdə DDT-dən kənd təsərrüfatı bitkilərinin
dərmanlanmasını qadağan edən qərar qəbul edilmişdir.
DUZ REJİMİ – Biogeosenozun (senoekosistemin) torpağında
duzların tərkibi və miqrasiyası. D.r.-ə kristal halındakı duzların
gətirilməsi və əksinə, torpaq məhlulundan duzun çıxarılması, onun bitki
və torpaq orqanizmləri tərəfindən istifadə olunması, töküntü vasitəsilə
torpağa qaytarılması, duzların dövrü şaquli miqrasiyası,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
121
torpaqəmələgəlmə prosesində duzların illüvial horzontlara aparılması,
səthi və qrunt suları vasitəsilə, həmçinin ekspulverizasiya yolu ilə
duzların aparılması aiddir. Mühitin çirklənməsi ilə də duz rejimi pozula
bilər.
DUZADAVAMLILIQ – Bitki və heyvanların duzlu mühitə davam
gətirməsi qabiliyyəti. Bitkilərin duzadavamlılığı bir sıra mexanizmlə və
adaptasiya yolu ilə təmin olunur: hüceyrə şirəsində osmos təzyiqinin
qalxması (5-10 atm-dan 20 atm. və daha yuxarı) ilə torpaqdan yüksək
konsentrasiyalı duzlar bitkiyə daxil olur, yarpaq tükcükləri və duz
vəziləri ayırmaqla bitki toxumaları duzla tənzim olunur (məs. yulğun
kolunda), yaxud toxumalarda su toplanır (məs. sukkulentlərdə), duzlu
məhlul kök parenximləri tərəfindən sorulur. (məs. yovşanda).
Bəzən artıq duzlar yarpaqları tökməklə tənzim olunur (məs. astra, cığ
və s.).
Xlorid duzlanması zamanı bitkilər ətli (sukkulentlər olur), sulfat
duzlaşmasında isə adətən ksemorf quruluşu alır.
DUZLU GÖLLƏR – suyunun tərkibində 16-47% duz olan göllər.
DUZLU SU – Duzun qatılığı 10q/l-dən artıq olan su; dəniz suyu.
DÜNYA UĞRUNDA EKOFORM – 27 avqust 1986-cı ildə Varna
şəhərində (Bolqariya) yaradılmış dünya ekoloji hərəkatı. Onun təşkili və
bütün dünya xalqlarına və ölkələrinə müraciətnamə qəbul olunması
haqqında 32 ölkənin 88 alimi tərəfindən Deklarasiya irəli sürüldü.
Həmin deklarasiyada qismən deyilir: “Bəşəriyyətin başı üzərində bu gün
bomba asılmışdır – bu bəşəriyyətin məhvi deməkdir. Bu istilik nüvə
bombasıdır. Lakin, az şiddətli olmayan başqası da var ki, hər gün
qanımızda, sümüklərimizdə, hər bir canlı hüceyrədə alovlanır,son
nəticədə hər iki bombanın fərqi yoxdur: bu Yer üzərində həyatın məhv
olmasıdır. Nüvə bombası ildırım sürətilə olacaqdır. Ekoloji deqradasiya
isə təbiətə qəsd etməkdir, bu da həyatın məhv olması deməkdir. Fərq
yalnız vaxtın uzunluğundadır. Bəşəriyyətin məhv olması, yaxud
qalması, Yer üzərində həyatın olması və yaxud planetimizin ölü səhraya
çevrilməsi Sizdən, bizim özümüzdən, bizim ümumi evimizin 5 milyard
sakinindən asılıdır. Əl-ələ verib özümüzü və bütün bəşəriyyəti xilas
etməliyik”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
122
DÜNYAGÖRÜŞÜ – dünyada ümumiləşdirilmiş baxışların sistemi
və onda insanın yeri; bu baxışlarla şərtləşən inamlar, ideyalar, dəyərlər.
DÜZƏN MEŞƏLƏRİ – İqlim və meşəbitmə şəraitini, həmçinin
meşə örtüyünün xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan respublikası
ərazisində düzən meşləri aşağıdakı təsnifata bölünür (Əliyev, Xəlilov,
1988):
1. Rütubətli subtropik düzən meşələri (Lənkəran ovalığında).
2. Yarımrütubətli subtropik düzən meşəsi (Qanıx-Həftaran vadisi).
3. Dəniz iqliminin düzən meşəsi (Samur-Dəvəçi düzənliyi, Yalama
meşəsi).
4. Quru isti iqlimin düzən meşəsi (Kür-Araz ovalığında).
5. Tuqay meşələri (Kürqırağı, Arazqırağı zona).
Rütubətli subtropik düzən meşələrində şabalıdyarpaq palıd,
dəmirağac, qızılağac, xəzər lələyi, yalanqoz, məxməri ağcaqayın,
azatağac bitir.
Yarımrütubətli subtropik düzən meşəsində uzunsaplaq palıd,
qızılağac, yalanqoz, ağyarpaq qovaq, adi qoz, vələs bitir.
Dəniz iqlimi şəraitində düzən meşələri Samur-Dəvəçi düzənliyində
(Yalama meşəsi) yayılmışdır. Bu meşələrdə uzunsaplaq palıd, iberiya
palıdı, qafqaz vələsi, qarağac, ağyarpaq qovaq üstünlük təşkil edir.
Fıstığa (bir yerdə), Sosnovski qovağına da rast gəlinir.
Quru isti iqlim şəraitində meşənin qalıqlarına Qarabağ düzündə
(Sultanbud meşəsi) rast gəlinir. Bu meşələrdə əsas ağac cinsləri
saqqızağac, uzunsaplaq palıd və qarağac sayılır.
Tuqay meşələrində ağyarpaq qovaq, söyüd, uzunsaplaq palıd,
qarağac, saqqızağac, tut ağacı bitir.
DÜZƏNLİK – Qurunun hamar, alçaq-hündürlük fərqləri az olan
sahəsi: Dəniz səviyyəsindən aşağı (məs. Xəzəryanı) və ya 200 m-ə
qədər hündürlükdə yerləşən D.-ə ovalıq, 200-500 m hündürlükdə
yerləşən D.-lər yüksəklik, 500 m-dən yuxarı hündürlükdə olan yayla
adlanır. Morfologiyasına görə D.-lər müxtəlifdir. Mailliyi olmayan və
ya azacıq mail olan D.-ə üfiqi D. deyilir; bir tərəfə xeyli meylli olan D.
mail D. meyli hər tərəfdən mərkəzə olan D. batıq D., mərkəzi hissəsində
kənarlarına doğru meylli olan D. qabarıq D. adlanır. Mənşəyinə görə də
D-lər müxtəlif olur: 1) Allüvial D.-lər (və ya ovalıqlar) – çayların
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
123
akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir. (məs. Kür-Araz
ovalığı).
2) İlk D.-lər epeyrogenik hərəkət nəticəsində dəniz dibinin
qalxmasından əmələ gəlmişdir. (məs. Qərbi-Sibir ovalığı).
3) Flüvioqlyasial D.-lər həm dördüncü dövrdə, həm də müasir
dövrdə buzlaqların əriməsindən hasil olan suyun apardığı və buzlaqdan
uzaqda-dağ ətəklərində çökdürdüyü süxur qırıntılarından əmələ gəlir
(Qusar mail D.).
4) Göl D-ri gölün dibini lil basıb doldurması nəticəsində əmələ gəlir.
5) Hündür olan dağlıq sahələrdə arid iqlim şəraitində bir tərəfdən
fiziki aşınma məhsullarının çökək yerləri doldurması, digər tərəfdən
həmin aşınma nəticəsində hamarlanan və alçalan sahələrdə D.lər əmələ
gəlir ki, bunlara plato və ya yayla deyilir.
6) Vulkanik yayla – yer qabığının yarıqlarından maqmanın-lavanın
çıxıb geniş sahədə relyefin alçaq yerlərini doldurması nəticəsində əmələ
gəlmişdir.
DÜZQANADLILAR (Orthoptera) – həşəratlar sinfinin bir dəstəsi.
Dünyada 20 minə yaxın, Azərbaycanda 181 növü məlumdur. D.-ın
əksəriyyəti bitkiyeyən, digərləri yırtıcı və hər şey yeyəndir. Bəziləri
kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərdir; kütləvi çoxaldığı
illərdə əkinlərə, biçənəklərə və otlaqlara, bəzən də ağac və kollara
böyük zərər vurur. Ən çox təhlükəli olanlar çəyirtkəkimilərdir. Zərərli
D.-a qarşı kimyəvi, aqrotexniki və b. üsullarla mübarizə aparılır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
124
E
EBENA FƏSİLƏSİ (Ebenaceae).
Xurma cinsi (Diospyros). Bu cinsə daxil olan növlərdən biri qafqaz
xurması Azərbaycanda təbii halda yayılmışdır, qalan 2 növ isə
introduksiya edilərək becərilir.
Qafqaz xurması və ya adi xurma (D.lotus) – Lənkəran-Astara və
Böyük Qafqazda dağətəyi meşə massivlərində dağ yamaclarında bitir.
Yapon xurması (D.kaki) – təbii halda Yaponiyada və Çində yayılıb.
Azərbaycanda mədəni halda becərilir.
EDAFİK AMİLLƏR – Canlı orqanizmlərin həyatına və
yayılmasına təsir göstərən torpaq şəraiti. Torpağın su, hava və
temperatur rejimi, onun kimyəvi tərkibi və strukturu E.a.-rə daxildir.
EDAFİK BİTKİ FORMASİYASI – əsasən torpağın xarakteri ilə
əlaqədar yaranan bitki formasiyası.
EDAFİK FAKTOR – torpağın xüsusiyyətləri ilə təyin olunan
faktor.
EDAFİK İRQ – substrat (torpaq) faktorlarının təsiri altında
xüsusiyyətlər yaranan irq.
EDAFİK KLİMAKS – pedoklimaks –iqlim və təkamül
səbəblərindən başqa ekosistemin son (final), nisbi davamlı inkişaf
fazası, həmçinin torpaq şəraiti ilə müəyyən edilir (nəzarət edilir).
EDAFİK MÜHİT, BİOKOS MÜHİT – torpaq mikroorqanizmləri,
bitkilər və heyvanlar üçün əsas faktor kimi.
EDAFİK ŞƏRAİT – bax: torpaq şəraiti.
EDAFON – torpaq orqanizmlərinin cəmi.
EDASFER, FİTOSFER (yun. Edaphos – torpaq və spharia - kürə)
– Ayrılıqda götürülmüş orqanizmi əhatə edən sahə; orqanizm öz həyat
fəaliyyəti prosesində ora təsir göstərərək xüsusi iqlim (ekoiqlim)
yaradır. Ali bitkilərin edasferi fillosfer, nikropodium və rizosferaya
bölünür. Ağacda quş və ya dələ yuva qurarsa onun ətrafında yuvanın
mikroedasferi yaranır.
EDATOP (yun. Edaphos – torpaq və topos - yer) – torpağın
yaratdığı mühit şəraitinin cəmi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
125
EDİFİKATOR NÖVLƏRİN YIĞIMI – biosenozun strukturunu
(nüvəsini) müəyyənləşdirən növlərin xarakterik tərkibi.
EDİFİKATORLAR (lat. Aedificator - qurucu) – fitosenozun
əsasını təşkil edən bitki növləri. Məs., fıstıq meşəsində fıstıq, yovşanlıq
yarımsəhrasında isə yovşan edifikatordur. E. fitosenozda üstünlük təşkil
edib, mühitin yaranmasında və dəyişilməsində mühüm rol oynayır,
fitosenozda rast gələn digər bitki növlərini öz mühitinə tabe edir. E.-ın
yaratdığı mühitə uyğunlaşmayan növlər isə sıradan çıxır. E. həmin
fitosenozda məhsuldarlığın 60-70%-dən çoxunu təşkil edir.
EDİFOEKOLOGİYA – bax. Ekopedologiya.
EFEMER ÇAY – yalnız müəyyən mövsümdə yağışlar zamanı və
qar əriyəndə yatağı su ilə dolan çay; qalan vaxtlar quruyur və ya bir-
birindən aralı kiçik su qalıqları görünür.
EFEMERLƏR (yun. ephemeros – bir günlük) – səhra, yarımsəhra,
bozqır və düzən sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya
dövrü qısa olan birillik bitkilər qrupu. Yazda və payızda torpaqda
nəmlik çox olduqda E. inkişaf edib çiçəkləyir və toxum verir, quraqlıq
düşdükdə isə quruyub sakitlik mərhələsinə keçir. Belə həyat tərzi
olanların kserofit hala keçməsinin qarşısını alır. Ona görə də E. mezofit
və ya ksero-mezofit qrupa daxil olur. E. iki qrupa bölünür: tipik E. və
qış E.-i. Tipik E.-in (tipik mezofitlər) toxumu yazda cücərir və
vegetasiyasını 1,5-2,5 ay ərzində başa çatdırır. Qış E.-inin toxumları
payızda cücərdiyi üçün vegetasiya dövrü uzun çəkir (bütün qışı və yazın
əvvəli). E.-in təsərrüfat əhəmiyyəti böyükdür. E. qış otlaqlarında
(Qobustan, Ceyrançöl, Acınohur və s.) yem bazasının əsasını təşkil edir.
EFEMEROFİTLƏR – akklimatizasiyaya qadir olmağa
uyğunlaşmayan kənardan gətirilən bitki növləri.
EFEMEROİDLƏR – İllik vegetasiyasını qısa müddətdə (payızdan
yaza kimi) başa vuran və yerüstü hissəsini yayda quruyub məhv olan
çoxillik ot bitkiləri qrupu. Yeraltı hissəsi (kök yumruları, soğanaq və
kökümsov) ilin çox hissəsini sakitlik halında keçirir və bir neçə il qalır.
Quraqlıq E.-i səhra, yarımsəhra və bozqırlarda bitərək, həmin
regionlarda otlaqların əsas yem bitkisidir. E.-ə həm də kifayət qədər
rütubətli meşə və subalp (alp) zonalarında rast gəlinir. Onlar əsas meşə
və subalp bitkiləri inkişafa başlayanadək öz vegetasiyasını tamamlayır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
126
Bütün E. vegetativ çoxalır. Onların əksəriyyəti otlaq yemi kimi
təsərrüfat əhəmiyyətinə malikdir, həmçinin dekorativ gülçülükdə
istifadə edilir (lalə, nərgiz və digər zanbaqkimilər). Zəfəran bitkisi də
efemeroidlərə aiddir.
Dostları ilə paylaş: |