Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Doktor Fərzani Nüvariş Qarabağlıdan savayı heç kəsi xəstənin yanına buraxmırdı



Yüklə 192,11 Kb.
səhifə57/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   53   54   55   56   57   58   59   60   ...   71
Doktor Fərzani Nüvariş Qarabağlıdan savayı heç kəsi xəstənin yanına buraxmırdı.

Ancaq Münəvvər xanıma qalsaydı, heç o Nüvarişi də xəstənin yanına buraxmazdı. Çünki xəstəyə baş çəkməyə gələndə Nüvarişin hər dəfə palatadan ağlaya-ağlaya çıxmağından Münəvvər xanımın heç xoşu gəlmirdi. Münəvvər xanıma görə, Nüvariş xəstənin çarpayısının yanında da adam kimi dayanmırdı. Elə bir əndazədə dayanırdı ki, o çarpayıya baxanda adamın yadına tabut düşürdü.

Saday Sadıqlının xəstəxanaya düşməsinin o 4-cü günü də Nüvariş iki dəfə xəstəxanada olmuşdu: həm səhər, həm də günortadan bir az sonra. İndi isə axşama yaxın idi. Xəstənin vəziyyətindəki optimal dəyişiklik hələ təzə-təzə müşahidə olunmağa başlayırdı. Xəstə dilini tərpədib, dodaqlarını yalamağa çalışırdı. Onun sağ qolu da fasiləsiz hərəkətdə idi. Artist var gücüylə qolunu qaldırmağa can atırdı və ərinin bu hərəkətindən Azadə xanım yaman ehtiyat eləyirdi. Ona elə gəlirdi ki, Sadayın qolunu qaldırmaqda məqsədi, ilk növbədə, xaç çevirməkdir. Və ərinin həkimin, şəfqət bacısının gözü qabağında xaç çevirməyinin xəcaləti Azadə xanıma dözülməz dərəcədə ağır gəlirdi.

Münəvvər xanım, fürsətdən istifadə eləyib, mülayim ət suyunu qaşıq-qaşıq xəstənin boğazına tökürdü. Doktor Fərzani səssiz addımlarla palatada gəzinirdi və arabir ayaq saxlayıb, gözlərini televizordan ayırmadan, ürəyində nəyisə ciddi-cəhdlə götür-qoy eləyirdi. Səsi aşağı salınmış televizorda bir yekəpər, enlisifət, saqqallı kişi əl-qolunu ölçə-ölçə danışırdı. Və həkim son vaxtlar televizorda tez-tez gördüyü bu adamın kimliyini, nə dediyini və nə istədiyini elə bil məhz bu axşam və elə bu dəqiqə özü üçün müəyyənləşdirmək istəyirdi.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin