Daxili bazar üçün araq 0,75, 0,50; 0,25; 0,10; 0,05 dm
3
tutumlu şüşə butulkalara, vintli yivli qapaqla bağlanan 0,05-1,00
dm
3
tutumlu şüşə, billur, çini qablara xüsusi normativlə
doldurulur.
Doldurma “həcmə” və “səviyyə”yə görə aparılır. Butulkanın
həcmi və doldurulma növündən asılı olaraq nominal tutumundan
yol verilən kənara çıxmalar olur.
“Həcmə” görə doldurmada 20±0,5
0
C temperaturda ayrı-ayrı
butulkalarda nominal tutumdan aşağıdakı kənara çıxmalara yol
verilir.
±8,0 sm
3
- tutumu 1,75 dm
3
butulkalarda
±5,0 sm
3
- tutumu 0,75 dm
3
butulkalarda
±4,0 sm
3
- tutumu 0,50 dm
3
butulkalarda
±2,5 sm
3
- tutumu 0,25 dm
3
butulkalarda
±1,5 sm
3
- tutumu 0,10 dm
3
butulkalarda
±1,0 sm
3
- tutumu 0,05 dm
3
butulkalarda.
«Həcmə» görə doldurmada istehsalçı - hazırlayıcı müəssisədə
397
yoxlamada 20±0,5
0
C temperaturda 20 butulka üçün kənara
çıxmalar aşağıda göstərilən miqdardan çox olmamalıdır.
±3,0 sm
3
- tutumu 0,75 dm
3
olan butulkalarda
±2,0 sm
3
- tutumu 0,50 dm
3
olan butulkalarda
±4,0 sm
3
- tutumu 0,25 dm
3
olan butulkalarda.
Araq və xüsusi araq vintlə yivli boğazlı butulkaya «səviyyəyə
görə» doldurulmada butulkanın boğazının yuxarı hissəsindən
boğazın yarısına və üçdə iki hissəsinə qədər doldurulur.
Hazırlayıcı - istehsalçı müəssisədə «səviyyəyə görə»
20±0,5
0
C temperaturda 20 butulkada kənara çıxmalar orta hesabla
aşağıdakı kimi olur.
±6,0sm
3
- tutumu 1,00 dm
3
olan butulkalarda
±5,0sm
3
- tutumu 0,75-0,70 dm
3
olan butulkalarda
±4,0sm
3
- tutumu 0,50dm
3
-0,20 dm
3
olan butulkalarda
±1,5sm
3
- tutumu 0,10 dm
3
olan butulkalarda
±1,0sm
3
- tutumu 0,05dm
3
olan butulkalarda
“Səviyyəyə görə” doldurmada ayrı-ayrı butulkalar üçün
20±0,5
0
C temperaturda nominal tutumdan kənara çıxmalar qəbul
olunmuş təlimata uyğun qaydada təsdiq olunmuş sənədləşmələrə
uyğun olmalıdır.
Butulkalar tətbiqi Səhiyyə Nazirliyi tərəfindən razılaşdırılmış
müxtəlif növ materiallardan hazırlanmış qalpaq yaxud tıxacla
bağlanır. Butulkalar və qrafinlər – mantar, polietilen, şüşə, çini
tıxaclarla bağlanır. Bağlanma möhkəm və sıx olmaqla butulka və
qrafin çevrildikdə axıtmamalıdır.
Araq və xüsusi araq butulkaları çoxdəfəlik ağac, plasmas
qutular, büzməli kardon qutulara qablanır. “Alka” tipli qalpaqda
(aliminium qalpaq nazik divarla) hazırlayıcı - müəssisənin adı,
arağın adına uyğun ştambovka edilir.
Etiketdə aşağıdakı məlumatlar göstərilməlidir:
Hazırlayıcı – müəssisənin daxil olduğu təşkilatın adı;
Arağın adı;
Tündlüyü, %;
Butulkanın tutumu, dm
3
;
398
Məhsula uyğun standartın adı.
Etiketin əks tərəfində müəssisənin daxil olduğu təşkilatın
yerinə hazırlayıcı – müəssisənin indeksi göstərilir. İstehlakçı üçün
məlumat 51074-97 saylı QOST-a uyğun gəlməlidir. Qabların
markalanması da 14192 saylı QOST-a uyğun aparılır.
Nəql olunma və saxlanma. Araq və xüsusi araqlar qutularda,
konteynerlərdə, paketlərdə bütün növ nəqliyyat vasitələrində
mövcud yük daşınma qaydalarına uyğun daşınır. Daşınmada və
yüklənmə-boşalma əməliyyatlarında məhsul çirklənmədən və
atmosfer təsirlərindən qorunmalıdır.
Araq və xüsusi araqlar anbar binalarında -5+25
0
C tempera-
turda, ixrac üçün olan araqlar isə -15+30
0
C temperaturda və 85%-
ə qədər havanın nisbi rütubətində saxlanır.
Təminatlı saxlanma müddəti: araqda -12 ay, xüsusi araqda – 6
ay, ixrac üçün doldurmadan sonra 5 ildir. Nəzərə almaq lazımdır
ki, 40%-li araq üçün donma temperaturu -28,9
0
C, 56%-li üçün isə
36
0
C təşkil edir.
4.2.3
. Saxtalaşdırma
Araq daha çox saxtalaşdırılan alkoqollu içkilər qrupuna
aiddir. Çünki onun hazırlanması nisbətən sadədir və içki əhali
arasında populyardır. Arağın saxtalaşdırılmasının ən geniş
yayılmış vasitə və üsullarına aiddir:
İçilən spirtin bir qədər və ya tamamilə ucuz texniki spirtlə
əvəz olunması, texnologiyaya cavab verməyən suyun tətbiqi,
durultma və ya su ilə spirti tamamilə əvəz etmək.
Saxtalaşdırmanın xüsusi vasitə və üsullarına lazım olan
maddələrin əlavə olunmaması, yaxud digərləri ilə əvəz edilməsi
aiddir. Buna misal olaraq reseptdə nəzərdə tutulan şəkər, mis və b.
olmamasıdır.
“Alka” qalpağında istehsalçı zavodun adından başqa arağın
399
adı baş hərflərlə konkret göstərilməlidir (məsələn, P - “pişeniç-
naya”, R - “russkaya”, MO -“moskovskaya osobaya” və s.).
Yivli vintlə qalpaqlar öz oxu ətrafında fırlanmamalıdır.
İstehsalçı zavodda belə butulkalar çıxdaş edilir. “Alka” aliminium
“dilcikli qalpaqlar”a baxıldıqda istehlakçı aşağıdakılara diqqət
yetirməlidir:
saxtalaşdırılmış araqlarda belə qalpaqların
qurtaracağı sıx olmadan sürüşmüş və xırda “dalğalarla” olur.
İstehsalat şəraitində bağlanan qalpaqda aşağı hissə hamar və başa
qaçmış olur.
Arağın həqiqiliyinin əlaməti kimi butulkanın dibində bilinən
qara xalın olmasıdır ki, bu da butulkanın nəql etdirici lent üzərində
hərəkəti nəticəsində əmələ gəlir. Bu isə yalnız istehsalat şəraitində
məhsul buraxışında meydana gəlir.
Etiketin əks tərəfinə baxmaq məqəsdəuyğundur: zavod etike-
tində bir neçə bərabər yapışqan qatı, yaxud bərabər səviyyədə
bütöv örtük əmələ gətirmiş yapışqan olur. Qeyri-istehsal şəraitində
etiketə yapışqan adətən fırça ilə yaxıldığından, yaxma qeyri-
bərabər olacaqdır.
Zavod etiketində rəqəmsal şifr 7-10 rəqəmlərdən ibarət olma-
lıdır. Butulka etiketində «vint altı» sonuncu iki rəqəm şəhərin adını
ifadə edir (01 - Moskva, 02 - Sankt-Peterburq və s.).
Bir çox müəssisələr öz məhsullarını saxtalaşdırmadan
qorumaq üçün qalpaq yaxud butulkaya yazı və ya rəqəmlə suda
həll olmayan rənglə püskürdülməklə işarələr həkk edirlər.
Ekspert saxtanı aksiz markasındakı məlumatla müəyyən edə
bilir.
Arağın kifayət qədər şəffaf olmaması araq istehsalında yum-
şaldılmamış yaxud pis süzülmüş sudan istifadə olunması, kənar
qarışıqlar düşməsi, qeyri-kafi filtrasiya, arağın şəkli dəyişdirilmiş
nişasta, yağsızlaşdırılmış südlə işlənmə texnologiyasında kənara
çıxmalarla əlaqədardır.
Lakin sənaye istehsalında texnologiyanın pozulması ilə
əlaqədar olaraq araqda asılqan hissəciklərin olmasına təsadüfi
hallarda rast gəlinir.
400
Butulkanın daxili səthində asılqan hissəciklərin «codluq
həlqəsi»nin olması arağın saxtalaşdırılmasına sübutdur və qeyri
istehsalat şəraitində arağın isti halda hazırlanması zamanı adi
sudan istifadə olunması ilə əlaqədardır.
Arağa uyğun olmayan ətir və dad, kənar kobud ton və tam
sortlaşmanın fəal kömürlə keyfiyyətsiz işlənməsi, keyfiyyətsiz
spirtdən və onun surroqatlarından istifadə olunması ilə əlaqələn-
dirilir.
Bir sıra kənar qarışıqların olması qeyri-yeyinti spirtindən
istifadə olunması ilə əlaqədardır: aseton iyi sintetik spirtin əlaməti
sayılır. Texniki hidroliz spirtindən hazırlanmış araqda yüksək miq-
darda efirlər, kroton aldehidi, sulfitli birləşmələr müşahidə olunur.
Bu dadda yandırıcı ton, kəskin xoşagəlməz iyin varlığı ilə
meydana gəlir.
Bütün sayılan eyniləşdirmə və ekspertiza üsullarını yalnız
mütəxəssis deyil, adi istehlakçı da bilməlidir. Yeyinti spirtinin
texniki spirtlə yaxud su ilə xeyli dərəcədə əvəz olunması ilə arağın
saxtalaşdırılmasını orqanoleptik yolla təyin etmək olur. Araqda
sivuş yağlarının miqdarı (həcmdə payı) 0,1%-dən artıq olduqda
onu ovucda sürtməklə xüsusi iy meydana gəlir. Təmiz arağın belə
iyi olmur. Əhəmiyyətsiz miqdarda belə maddələrin olması zamanı
həddindən yüksək peşəkarlıq tələb olunduğundan, etibarlı fiziki və
kimyəvi sınaq metodlarına üstünlük verilir.
Toksiki birləşmələrin, o cümlədən sivuş yağları və furfurolun
keyfiyyət tərkibinin müəyyən olunmasının sadə və etibarlı
ekspress-metodları vardır.
Sivuş yağlarının mövcudluğunu Qotfur metodu ilə müəyyən
etmək olar. Bu məqsədlə istiliyə davamlı boruya 10-15 sm
3
araq
tökülərək üzərinə 2-3 damla qatılaşdırılmış sulfat turşusu və o
qədər də benzol əlavə olunur. Alınan kütlə qarışdırılaraq ehtiyatla
qızdırılır və tədricən soyudulur. Sivuş yağlarının mövcudluğunda
məhlul yaşılvari çalarlarla tünd-qonur rəng alır.
Furfurolun olmasını aşağıdakı kimi müəyyən edirlər: qədəhə
20 sm
3
araq tökülür, üzərinə 3 damla qatılaşdırılmış xlorid turşusu
401
əlavə edilir, qarışdırılır, 10 damla rəngsiz anilin də əlavə olunur.
Əgər furfurol varsa, onda nümunə moruq şərbətinə bənzər parlaq
qırmızı rəngə çevrilir. Arağın duruldulmasını aşkar etmək üçün
onun tündlüyünü 20
0
C-də spirtometrlə ölçürlər. Ev şəraitində
məişət spirtomerindən istifadə olunur.
4.2.4.
Dünyada
araq istehsalı
4.2.4.1. Az
ərbaycanda araq istehsalı
Ölkəmizin qabaqcıl müəssisələrində araq hazırlanmasının qısa
texnoloji ardıcıllığı belədir:
Araq - spirt, yumşaldılmış su, dad və digər əlavələrdən
istifadə olunmaqla hazırlanır. Fəallaşdırılmış kömürdən süzülür.
Su əks osmosla hazırlanır.
Dəmirin artıqlığını kənar etmək üçün kvars filtrdən, duz
tərkibini balanslaşdırmaq üçün iondəyişdirici metoddan istifadə
olunur.
Optimal turşu-qələvi balanslı su almaq üçün avtomat
rejimdə membran filtrasiya aparılır. Sonra su avtomat rejimdə
sortlaşdırmaya daxil edilir.
Alınan su-spirt sortlaşması öz axını ilə kvars filtrdən
keçirilərək mümkün mikroqarışıqlardan təmizlənir və sonra
kömür kalonkaya verilir. Daha yaxşı orqanoleptik göstəricilərə
nail olmaq üçün filtrasiyanın sabit sürətinə və temperatur rejiminə
riayət edilməlidir.
Müəssisələrdə kömür kalonkalarda üçqat fasiləsiz filtrasiya
yerinə yetirilir və bu zaman əsasən platin filtrdən istifadə olunur.
Gün ərzində filtrasiya sürəti və temperatur rejiminə daim nəzarət
olunur.
Alınan su-spirt məhlulu kömür kalonkadan keçdikdən
sonra kupaj tutumuna daxil edilir, burada ona reseptə uyğun olaraq
402
dad, ətir yaradan əlavələr və s. vurulur.
Yetişdirildikdən sonra «blesk» filtrasiya sistemindən
keçirilən araq bir növ «cilalanır» (mümkün mikroqarışıq qalıqla-
rından təmizlənir ki, bu da mayeyə xüsusi parlaqlıq və şüşəvarilik
verir) və sonra təzyiq çəninə verilir.
Məhsul doldurmadan əvvəl dequstasiya komissiyası tərə-
findən qiymətləndirilir. «lüks» spirtindən alınanlar- 9,5, «ekstra»
spirtindən alınanlar- azı 9,2 bal alarsa hazır məhsul doldurulmaya
verilir. Aşağı qiymət alan kupaj çıxdaş edilir və bu fövqəladə
vəziyyət (FV) sayılaraq dərhal tədbir görülür.
Doldurma bütün mərhələlər (butulkaya doldurma, ağzının
bağlanması, çıxdaş, etiket vurma, qablama) üzrə avtomat xətlərdə
yerinə yetirilir.
Ölkəmizdə bir sıra milli araqlar da buraxılır. Onların hazırlan-
masının əsas mərhələləri aşağıdakı kimidir.
Tut arağı. Tutun əzilərək qıcqırdılması və alınan kütlənin des-
tilləsi yolu ilə alınır. Alınan içki sarı-qızılı çalarlarla səciyyəvi ətrə
malik olur. Zoğal arağı Azərbaycana məxsus milli araq olub, zoğal
meyvəsindən alınan kütlənin qıcqırdılması və destilləsi yolu ilə
alınır.
Araq istehsalı prosesinə aşağıdakı ardıcıllıqla nəzarət edilir:
-
Təhlillər məhsulun 3 əsas komponentinə: spirt, su və dad
əlavələrinə görə aparılır. Buraya ilkin xammalın və hazır məhsu-
lun da təhlilləri daxildir.
-
Orqanoleptik təhlil dequstasiya yolu ilə aparılır.
-
Tərkibin əsas göstəricilərinin təhlili qaz xromatoqrafiyası ilə
yerinə yetirilir. Qaz xromatoqrafiyasının köməyi ilə metanol,
asetaldehid və ali spirtlərin cüzi miqdarını təyin etmək mümkün
olur.
-
Əks osmosla hazırlanan su orqanoleptik testdən və 20-yə qə-
dər kimyəvi və mikrobioloji təhlillərdən keçməlidir. Suda həll olan
mineral maddələr suyun və ondan alınan arağın dadına təsir
göstərir.
403
-
Dad, ətir və digər əlavələr araq hazırlanmasının son mərhə-
ləsində reseptə uyğun qaydada əlavə edilir. Əlavələr xüsusi ətir
verir, dadı yumşaldır, həmçinin intoksikasiyanı (paxmel sindro-
munu) aradan qaldırır.
İstehsalın bütün mərhələlərində sutkalıq nəzarət (avtomat
qaydada və laboratoriya əməkdaşları tərəfindən) yerinə yetirilir.
Bunlara ilk növbədə texnoloji rejimə nəzarət (mayenin sabit opti-
mal axın sürəti və onun temperaturu, qabda mayenin miqdarı,
təzyiqi və s.) aiddir.
Qaz xromatoqrafiya və orqanoleptik üsullarla su-spirt
məhluluna aşağıdakı mərhələlər üzrə nəzarət olunur: araq istehsalı
üçün alınan əsas üzərində; doldurmadan əvvəl hazır kupaj
üzərində; doldurma xəttinə verilən hazır məhsula və daxil olan
köməkçi materiallara (butulka, etiket, tıxac və s.).
Əlavə olaraq ayda azı bir dəfə mərkəzi dequstasiya komissi-
yası tərəfindən qapalı dequstasiya keçirilir və burada qiymət-
ləndirmə müqayisəli şəkildə yerinə yetirilir.
Azərbaycan zavodlarında istehsal olunan araq çeşidləri
durmadan artmaqdadır (şəkil 4.6).
404
Şə
kil 4.6. Az
ərbaycanda (müxtə
lif qablamalarda)
buraxılan
araq nümunə
l
ə
ri
4.2.4.2. Xarici
ölkə
l
ə
rin
araqları
Rusiya araqları. Rusiyanın iri likor-araq müəssisələrinə
«Kristal» Moskva zavodu, «Rodnik» Samara spirt və likor-araq
405
sənayesi kombinatı, «Kedr» İrkutsk istehsalat birliyi, Yekate-
rinburq, Marin, Barnaul likor-araq zavodlarını göstərmək olar.
İstehsal olunan bir sıra ənənəvi araqların səciyyəsini veririk.
Moskovskaya. «Extra» spirtindən natrium bikarbonat və sirkə
turşusu əlavə edilməklə hazırlanır. Tündlüyü 40 h.%-dir.
Posolskaya. «Extra» spirtindən və sudan hazırlanır. Sortlaşma
yağsızlaşdırılmış quru südlə işlənir. Koaqulyasiya və çökmədən
sonra filtr-presdə ayrılır. Tündlüyü 40 h.% olur.
Pişeniçnaya. «Extra» spirtindən və yumşaldılmış sudan fəal
kömürlə əlavə işlənmə keçməklə hazırlanır. Tündlüyü 40 h.%-dir.
Sibirskaya. «Extra» spirti ilə yumşaldılmış suyun 45 h.%
tündlüyə qədər qarışdırılması ilə alınır.
Stoliçnaya. «Extra» spirti ilə yumşaldılmış sudan şəkər əlavə
olunmaqla hazırlanır. Tündlüyü 40 h.%-dir.
Extra. Əla təmizlikdə spirt, tənzimlənmiş sudan şəkər və
kalium permanqanat əlavə olunmaqla hazırlanır. Tündlüyü 40
h.%-dir.
Xüsusi araqlar. Viru-Valqe. Əla təmizlikdə spirtlə yumşal-
dılmış sudan şəkər əlavə olunmaqla hazırlanır. Tündlüyü 45 h.%-
dir.
Kristal dztdrays. Əla təmizlikdə spirt əsasında tmin və acı
badam yağı, qliserin və şəkər əlavə olunmaqla hazırlanır. Tünd-
lüyü 40 h.%-dir.
Novaya. Əla təmizlikdə spirt və tənzimlənmiş sudan ətirli
spirt, tmin və şəkər əlavə olunmaqla hazırlanır. Tündlüyü 40 h.%-
dir.
Ukrainskaya qorilka. Əla təmizlikdə spirt əsasında bal əlavə
edilməklə 45 h.% tündlükdə hazırlanır.
Dünya ölkələrində buraxılan bir sıra milli araq nümunələri
verilir (cədvəl 4.17).
Polşa araqları. İstehsal olunan araqların çeşidinə və həcminə
görə Polşa lider ölkədir. 1973-cü ildən ölkədə araq istehsalı
«Polmos» dövlət təşkilatı çərçivəsində mərkəzləşdirilmişdir ki,
buraya da 25 araq zavodu daxildir.
406
Cədvəl 4.17
Dünyada istehsal olunan milli araq növləri
Ölkə
Arağın adı
Spirt alınması üçün
əsas xammal
Azərbaycan
Tut arağı, limon
arağı, zoğal arağı
Tut limon zoğal
Gürcüstan
Çaça (üzümü)
Üzüm
Macarıstan, Sloveniya,
Ruminiya, Yuqoslaviya
Banbuze
(bambuk)
Bambuk dəni
İndoneziya
Slivavitsa
(gavalı)
Bambuk dəni
Çin
Mayotay (düyü)
Düyü, düyü
səmənisi, əzilmiş
dən
Meksika
Tekilla (kaktus)
Pulke (kaktus)
Kaktuslar
Türkiyə
Araki (finik)
Finik
Yaponiya
Sake (düyü)
Düyü, düyü səmənisi
İstehsal olunan arağın ümumi miqdarı 100% spirtə çevrilməklə
150 mln litr təşkil edir ki, bu da 160 addan çox çeşidi əhatə edir.
Polşada araqlar ənənəvi olaraq təmiz və yüksək sortlu olmaqla
təsnifata bölünür. Təmiz araqlar tərkibinə görə rus araqlarına
yaxın olsalar da, onlar ifadə olunan ətir və dada malik olmur;
yüksək sortlu araqlar isə özlərini müxtəlif yönlü ətirləşdirilmiş
içkilər kimi göstərir – nalivkadan likora qədər.
Viborova (Wyborowа). Daxili və xarici bazarda ən populyar
olub, onun payı ölkədə istehlak olunan arağın 25%-nə bərabərdir.
Əla təmizlikdə çovdar spirtindən yumşaldılaraq bir qədər
şirinləşdirilmiş dadla minerallaşdırılmış sudan emal olunur.
21-Ek Selend Vodka (21-Excellent Vodka) hazırlanmasında
«Lüks» çovdar spirtindən və quyu suyundan istifadə olunur. İlkin
komponentlərin yüksək dərəcədə təmizliyi son məhsulda yüksək
dad keyfiyyətləri təmin edir. Tündlüyü 40 h.%-dir.
Baltik. Kartofdan alınan spirtdən 40 h.% tündlükdə emal
407
olunur. Əlavə variasiyası Spesial Baltik olub, çovdar spirti əlavə
edilməklə və palıd çəlləklərdə iki illik yetişdirilməklə hazırlanır.
Viktorı. Seçilmiş çovdar spirti və minerallaşdırılmış su
əsasında emal olunur. Tündlüyü 39 h.% olur.
Viborna Ziytnia. Dən və kartof spirtlərinin qarışığından hazır-
lanır ki, bu da arağa özünəməxsus tam verir. Tündlüyü 40 h.%-dir.
İdeal. Lüks çovdar spirti əsasında 38, 40 və 45 h.% tündlükdə
hazırlanır.
İsveç arağı. Ən məşhuru «Absolyut» (Absolut Rent Branvin -
başqa sözlə, mütləq təmiz spirtli içki) arağıdır. Arağın resept və
texnologiyası 1879-cu ildə Lars Olsson Smit tərəfindən işlənil-
mişdir. Arağın istehsalı əsasən İsveçin cənubunda Axuse zavodun-
da mərkəzləşmiş və burada klassik sortlar (tündlüyü 40 və 45 h.%),
ətirləşdirilmiş variantlar 40 h.% tündlükdə – Absolyut sitron,
Absolyut pepe, Absolyut kyurant buraxılır.
Finlandiya arağı. 1952-ci ildən Koskenkorva adlı milli marka
emal olunmaqdadır. Tündlüyü 40 və 60 h.%, həmçinin müxtəlif
ətirləşdiricilər əlavə olunmaqla aşağı tündlükdə, yəni 21-25 h.%
olmaqla emal olunur.
1970-ci ildən Finlandiya adlı yeni marka istehsal olunur.
Tündlüyü 40 və 50 h.% olan bu araqlar ətirləşdiricilər əlavə
edilməklə hazırlanır.
Danimarka araqları. Dənlilərdən Danzka adlı 40 h.%
(qırmızı etiket) və 50 h.% (mavi), ətirləşdirilmiş variantlar – limon
və qara qarağatdan 40 h.% tündlükdə istehsal olunur. Aliminium
tutumlara doldurulur.
Almaniya araqları. Yüksək keyfiyyətli araqlar hazırlanması
üzrə SPS şirkəti lider olub, burada buraxılan «Romanov», «İmpe-
rial», «Troyka», «Kutuzov», «Faberje» nüfuz qazanmışlar.
1921-ci ildən Berlində rus emiqrantı Qorboçov tərəfindən əsası
qoyulmuş zavodda «Qorboçov» markalı araq buraxılır. Alman
bazarının 40%-i bu arağın payına düşür. Tündlüyü 37,5; 40; 50 və
60 h.% olan araqlar istehsal olunur.
1738-ci ildə yaradılan Dettefsin şirkəti Rasputin adlı məşhur
408
araq markasını (klassik və ətirləşdirilmiş sortlar), həmçinin Medjik
– 37,5 h.% tündlükdə, Prestij – 40 və 70 h.% tündlükdə istehsal
edir.
Almaniyada bütövlükdə 60-a yaxın markada, o cümlədən
Moskviç, Nikolay, Prezident, Knyaz İqor, Petrov, Stolipin,
Tolstoy, Rossiya, Puşkin və s. buraxılır.
Alman milli arağı Şnaps (brantveyn) olub, kartof və
çuğundurdan hazırlanan aşağı tündlükdə spirtdən hazırlanır.
Dostları ilə paylaş: |