Eksudativ kataral diatez



Yüklə 63,73 Kb.
səhifə3/25
tarix02.01.2022
ölçüsü63,73 Kb.
#43134
1   2   3   4   5   6   7   8   9   ...   25
uşaq 3434-1

1) qızdırma, 2)atralgiya, 3)laborator dəyişikliklər, 4) EKQ-də dəyişikliklər, 5) revmatik anamnez (keçmişdə revmatizm keçirilməsi, ürəyin pevmatik zədələnməsinin olması).
196. Uşaqlarda revmatizmin gedişinin hansı formasında ürək qüsuru inkişaf edə bilər? xəstəliyin yüngül və gizli gedişi zamanı ürək qüsurunun formalaşması da mümkündür
197. Uşağın xəttinin, nitqinin, yerişinin dəyişməsi, əsəbilik, hiperkinezlər hansı xəstəliyin xarakter əlamətidir? Kiçik xoreya - revmatizm
198. Revmatizm zamanı diffuz miokarditə nə xas deyil? Xasdır - uşağın ümumi vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə olunur. Dəri örtükləri avazımış olur, təngənəfəslik, sianoz meydana çıxır. Nəbz tezləşmiş, aritmik olur. AT düşür. Ürəyin sərhədləri böyümüş olur. Zirvədə yumşaq sistolik küy eşidilir. Kiçik qan dövranında durğunluq əlamətləri olduqda ağ ciyərlərin aşağı paylarında xırda qovuqcuqlu xırıltılar, krepitasiya meydana çıxır. Böyük qan dövranında durğunluq isə qaraciyərin ölçülərinin böyüməsi ilə müşaiyət olunur.
199. Revmatizm zamanı ocaqli miokarditə nə xas deyil? Xasdır - ocaqlı miokarditdə xəstənin ümumi vəziyyəti kafi olur. Ürəyin sərhədləri normada olur, ürək tonları bir qədər karlaşmış olur. Ürəyin zirvəsində qeyri intensiv sistolik küy eşidilir. Qan dövranı çatışmazlığı olmur.
200. Kicik xoreyanın əlamətlərinə nə aid deyil? aiddir - Xəstələrdə əsəbilik, emosional dəyişkənlik, ağlağanlıq, yuxunun pisləşməsi qeyd olunur. 1–2 həftədən sonra xoreyanın əsas əlamətləri inkişaf edir: hiperkinezlər, əzələlərin hipotoniyası, hərəkətlərin kordinasiyasız olması, emosional sferanın pozulması. Hiperkinezlər nəticəsində (müxtəlif əzələ qrupları tərəfindən qeyri–iradi, ani, coşqun hərəkətlər) qrimaslar meydana çıxır, uşaqlar müstəqil özləri yemək yeyə bilmirlər, yazıları, xətləri anlaşılmaz olur. Kiçik xoreyada hərəkətlər ritmik olmur, bütün bədənə səpələnmiş olur və cəld templə başa çatır. Kəskin hiperkinezlər zamanı xəstə ayaq üstə dura və yeriyə bilmir, yataqda vəziyyətlərini daima dəyişirlər – hərəkət burulğanı inkişaf edir. Hiperkinezlərin qırtlaq əzələlərinə yayılması zamanı udma və nitq pozulur. Kiçik xoreya ürəyin cüzi zədələnməsi, normal bədən temperaturu, labarator göstəricilərdə cüzi dəyişikliklərlə gedir.hazırda daha çox xoreyanın silinmiş formaları müşahidə olunur
201. Uşaq yaşlarında revmatik prosesə nə xasdır? Uşaq yaşları üçün revmatik prosesə eyni zamanda miokardin, endokardin və perikardin cəlb olunması xarakterikdir. Eləcə də xəstəliyin yüngül və gizli gedişi zamanı ürək qüsurunun formalaşması da mümkündür
Yüklə 63,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin