Revmatik poliartritə zədələnmələrin simmetrikliyi və uçuculuğu tipikdir.
207. Revmatizmin müalicəsində nə istifadə edilir? Xəstəliyin ilk günlərindən 1,5–2 həftə müddətinə penisillin preparatları təyin edirlər. Sonra isə hər 2–4 həftədən bir “Bisillin - 5”, 750000–1500000 V uşağın yaşından asılı olaraq təyin edilir.
iltihab əleyhinə salisilatlar, indol törəmələri (indometasin, metindol), voltaren, pirazolan qrupu preparatları. Ağır hallarda qlukokortikoidlər Böyük dozada hormonlar təyin edildikdə kalium p. (“Panangin”, “Asparkam”) Xoreya zamanı barbituratlar, bromidlər, trankvilizatorlar, antihistamin preparatları, B qrup vitaminlər. Fizioterapiya
208. Revmatizm zamanı diffuz miokarditə nə xas deyil? Xasdır - Diffuz miokardit uşağın ümumi vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə olunur. Dəri örtükləri avazımış olur, təngənəfəslik, sianoz meydana çıxır. Nəbz tezləşmiş, aritmik olur. AT düşür. Ürəyin sərhədləri böyümüş olur. Zirvədə yumşaq sistolik küy eşidilir. Kiçik qan dövranında durğunluq əlamətləri olduqda ağ ciyərlərin aşağı paylarında xırda qovuqcuqlu xırıltılar, krepitasiya meydana çıxır. Böyük qan dövranında durğunluq isə qaraciyərin ölçülərinin böyüməsi ilə müşaiyət olunur.
209. Revmatizm zamanı ocaqli miokarditə nə xas deyil? 199 ilə eyni
210. Kicik xoreyanın əlamətlərinə nə aid deyil? 200 lə eyni
211. Revmatizmin aktiv fazasının hansı forması yoxdur?
Aktiv faza 10–12 ay davam edir. Prosesin aktivliyinin 3 dərəcəsi ayrıd edilir:
I–minimal; II–orta, III– maksimal III dərəcəli aktivlik zamanı xəstəliyin əlamətləri aydın görünür. Yüksək hərarət qeyd olunur. EKQ-də dəqiq kardit əlamətləri qeyd olunur, labarator göstəricilər kəskin dəyişmiş olur.
Aktivliyin II dərəcəsində kliniki, labarator və digər əlamətlər orta dərəcədə nəzərə çarpır. Hərarət olmaya bilər.
Aktivliyin I dərəcəsində revmatizmin kliniki, labarator əlamətləri zəif nəzərə çarpır.
Aktiv fazanın kəskin (2 aya qədər), yarımkəskin (3-4 ay), uzunsürən (5-6 aya qədər), residivləşən (1 il və daha çox) və latent (kliniki simptomsuz) formaları ayrıd edilir.
212. Revmatizmin aktiv fazasında aktivliyin neçə dərəcəsi var? I
Dostları ilə paylaş: |