Əl-maiDƏ (SÜFRƏ)


(7.6) “(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (pey­ğəm­­bərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik”



Yüklə 2,51 Mb.
səhifə111/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   107   108   109   110   111   112   113   114   ...   317
(7.6) “(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (pey­ğəm­­bərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik”.
Allah elçilər göndərdiyi xalqlardan Onun elçilərinin çağırı­şına necə cavab verdiklərini soruşacaq.

Fövqəluca Allah buyurur: “(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Peyğəmbərlərə nə cavab verdiniz?” O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (Qiyamətin dəhşətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında olacaqdır)” (Qəsəs, 28/65-66). Allah həmçinin elçilərini (Allahın onlara salamı olsun!) də məsuliyyətə cəlb edəcək və onlardan Onun Müraciə­tini insanlara necə çatdırmaları və onların xalqının verdiyi cavab haqqında soruşacaq.


ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ

(7.7) “Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik (onların yanındaydıq)”.
Biz hökmən məxluqlara onların etdikləri bütün əməlləri haq­qında xəbər verəcəyik, çünki Bizə onların əməlləri büsbütün məlumdur. Biz həmişə (onlarla) olmuş52 və (onları) heç vaxt tərk etməmişik.

Fövqəluca Allah buyurur: “And olsun ki, Biz sizin üstü­nüz­də yeddi yol (göy) yarat­dıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)” (Muminun, 23/17).

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin