(7.10) “Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!” Fövqəluca Allah qullarına göstərdiyi mərhəmətini, onları ev-eşiklə və yaşayış üçün zəruri olan vasitələrlə təmin etdiyini xatırladır. O, yeri elə bir hala salır ki, insanlar onun üstündə ev tikə və əkin əkə bilsinlər və həmçinin yerdən başqa faydalı məqsədlər üçün istifadə edə bilsinlər. O, yerdə ağaclar və bitkilər əkdi, onda faydalı minerallar və cürbəcür şeylər yaratdı ki, insanlar onları istifadə edir və ya satırlar. O, yeri həyat üçün əlverişli hala gətirdi və insanlara bu nemətlərdən faydalanmağı öyrətdi. Lakin insanlar onlara çoxsaylı nemətlərini bəxş edən və onları hər cür bədbəxtliklərdən qoruyan Allaha çox nadir hallarda öz minnətdarlıqlarını bildirirlər.