(7.13) “(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!” Öz mənfur hərəkətini etməklə İblis özünü o dərəcədə alçaltdı ki, Fövqəluca Allah ona belə əmr etdi: “Cənnəti tərk et! Heç kim özünü burada öyə bilməz, çünki Cənnət – pak və alicənab məxluqların məskənidir. Bura yaramaz və miskin alçaqların yeri deyil!” Alçaldılma və nifrət onun təkəbbürünün və özündənrazılığının cəzası oldu.