ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ (7.24) “(Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır”. Allah Adəmə və Həvvaya müraciət edərək onlara Cənnəti tərk etmək əmri verir. Hərçənd bu ayədə fel cəm halında verilirsə də, tərk etmək hökmü təkcə Adəm ilə Həvvaya aid idi, çünki İblis daha əvvəl səmaya qovulmuşdu. Sonra Allah onlara İblislə birgə yerə enmək hökmü verdi ki, şeytanların daima insanları izləyəcəyi hamıya aydın olsun. İblis doğrudan da daima insanladır, addım-addım onun ardınca gedir və Adəmin nəsillərini azğınlığa salmaq üçün əlindən gələni hər şeyi edir.
Buradan belə bir nəticə çıxarmaq olar ki, Allah Adəmi, Həvvanı və İblisi Cənnətdən Yerə qovmuşdur və onlara burada bir-birinə düşmən olaraq qalmaq nəsib edilmişdir. Yer kürəsi onlar üçün müvəqqəti bir məskəndir və onlar burada müəyyən bir vaxtadək maddi nemətlərdən ləzzət çəkmək və onlardan istifadə etmək imkanı almışlar.