ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ (7.23) “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”. Allah Adəmə və Həvvaya rəhm etdi, onlara tövbə etməyə imkan verdi və onların tövbəsini qəbul etdi. Onlar öz günahlarını boyunlarına alıb etiraf etdilər, Ondan bağışlanmalarını dilədilər: “Ey Rəbbimiz! Biz bizə qadağan olunmuş əməl törətmiş və özümüz özümüzə böyük ziyan vurmuşuq. Əgər Sən bizi bağışlamasan, işlətdiyimiz günah bizə böyük zərər verə bilər. Günahlarımız yu, bizi cəzadan xilas et, tövbəmizi qəbul et və bizi sonrakı belə əməllərdən qoru”.
Allah onları bağışladı və Quranda bu barədə deyilmişdir: “...Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi... Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi”(Taha, 20/121-122).
İblis isə günah əməllərini və zalımlığını davam etdirdi. Buna görə, əgər insanlar Adəm kimi öz günahlarını etiraf edir, bağışlanma diləyir, törətdikləri əməllər üçün təəssüflənirlərsə və Rəbbə itaətsizlik etməkdən əl çəkirlərsə, onda Allah onları seçilmiş qulları edir və onları doğru yola yönəldir. Yox, əgər onlar İblis kimi günah işləyərək, öz günahlarını artırırlarsa, onda Allah onları Özündən uzaqlaşdırır.