ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ (7.20) “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
(7.21) “Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” – deyə and içdi”. Adəm və Həvva qəddar düşmən onlara yaxınlaşana qədər Allahın tapşırığını layiqincə yerinə yetirirdilər. Şeytan onları yoldan çıxarmağa başladı və aldadaraq onları azdırdı və dedi: “Allah sizə bu ağacın meyvələrindən yeməyi ona görə qadağan etmişdir ki, siz mələklərə oxşamayasınız və əbədi yaşamağı əldə etməyəsiniz. Mənə inanın, axı mən sizə səmimi qəlbdən xeyirxahlıq arzulayıram. Məhz buna görə mən sizə bu sirri açdım”. Onun sözləri insanları inandırıb yoldan çıxartdı və onların coşqun arzusu onların ağlını çaşdırdı.