(7.14) “(İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!”
(7.15) “(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” Allahın düşməni Allaha, Adəmə və onun nəsillərinə qarşı öz nifrətini açıq bildirdikdə, o, Qiyamət gününə qədər ona möhlət verilməsini xahiş etdi. O, Adəmin nəsillərindən olan insanlardan mümkün qədər çoxunu yoldan çıxarmağı böyük vəcdlə arzulayırdı. Allahın hikməti də Ondan tələb edirdi ki, Onun qulları sınaqdan keçirilsinlər, çünki məhz bu vasitə ilə doğruçu insanları yalançılardan, Allaha müti olan möminləri isə Onun düşməninin əlaltılarından fərqləndirmək mümkün olardı. Buna görə, Allah İblisin xahişinə razılaşdı və ona möhlət verdi.