ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ (7.22) “Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?” Şeytan, itaətsizlikdən uzaq olmaları və ismətlə davranmaları sayəsində tutduqları o yüksək pillədən Adəm və Həvvanı aşağı saldı. O onları günah girdabına batırdı və onlar qadağan edilmiş ağacın meyvəsindən yedilər. Lakin onlar o meyvələrdən dadan kimi, nəzərlərindən gizli qalan ayıb yerləri onlara göründü. Allah qorxusu onların ruhi libası olduğu üçün onların zahiri görünüşünə də təsir edirdi, lakin günah işlətdikdən sonra onların ayıb yerləri aşkar oldu və onlar bir-birilərindən utanmağa və Cənnət ağaclarının yarpaqları ilə ayıb yerlərini örtməyə başladılar. Belə olduqda Allah tənə və məzəmmətlə onlara müraciət edərək deyir: “Məgər sizə bu ağacın meyvələrindən yemək qadağan olunmamışdımı? Məgər sizə deyilməmişdi ki, şeytan – sizin açıq-aydın düşməninizdir? Bəs niyə ona qulaq asıb qadağan olunmuş əməli törətdiniz?”