(6.106) “(Ey Elçim!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!”
ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ (5.12) “Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onların arasında on iki başçı müəyyənləşdirdik. Allah buyurdu: “Mən sizinləyəm. Siz namaz qılsanız və zəkat versəniz, Mənim elçilərimə iman gətirsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz, Mən sizin günahlarınızı bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil edərəm. Bundan sonra sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar”. Fövqəluca Allah bildirir ki, İsrail oğulları Onunla mühüm və məsuliyyətli bir əhd bağlamışdılar. O, ayədə onlarla bağladığı əhdin və mükafatın mahiyyətindən bəhs edir. Həmin mükafat onlara vədlərinə sadiq qaldıqları halda veriləcəkdi. Allah həmçinin onların, verdikləri vədi pozarlarsa, batacaqları günahın ağırlığından da xəbər verir. Elə oldu ki, onlar bu əhdlərini də pozdular və buna görə, daha sonra Allah onların məruz qoyulduqları cəzadan bəhs edir.
Allah İsrail oğullarından mühüm bir vəd almış və onların içindən on iki nəfər başçı ucaltmışdı. Onlar tabeliklərində olan insanların üzərində hakimiyyətə malik idilər, onlara nəzarət edir və onları öz vəzifələrini yerinə yetirməyə dəvət edirdilər. Bu başçıların çiyninə ağır yük qoyulmuşdu və buna görə, Allah onlara söz vermişdi ki, onlarla olacaq, yəni onlara kömək edəcək və yardım göstərəcək. Şübhəsiz ki, ediləcək köməyin ölçüsü onların vəzifələri ilə müəyyənləşdirilirdi.
Sonra Allah İsrail oğullarından aldığı söz haqqında xəbər verir. Onlara əmr olunmuşdu ki, bütün həyatları boyu, tələb olunan bütün zəruri ehkamları yerinə yetirərək canla-başla namaz qılmalı və zəkatı sədəqə almaq haqqı olanlara verməli idilər. Bununla yanaşı onlar Allahın bütün elçilərinə və onların arasında ən yaxşısı və ləyaqətlisi olan Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməliydilər. Onlara əmr olunmuşdu ki, elçilərə kömək etsinlər, yəni, ehtiramla yanaşsınlar, lazımi hörmət göstərsinlər və layiqincə onlara itaətkarlıq etsinlər. İsrail övladlarına həm də əmr edilmişdi ki, Allaha gözəl borc versinlər, yəni yaxşılıq etsinlər və halal yolla qazandıqları gəlirlərindən xoş niyyətlə sədəqə paylasınlar.
Onlara vəd edilmişdi ki, öhdələrinə götürdükləri vəzifələrini yerinə yetirsələr, Allah onların günahlarını hökmən bağışlayar və onları çaylar axan Cənnət bağlarına daxil edər. Allah onları görmədikləri hər cür nemətlərin cəmləşdirildiyi Cənnətə daxil edərək, onlara bütün arzu etdiklərini verəcəyini və günahlarını bağışlayaraq və günahlara görə onları gözləyən cəzadan qoruyaraq, istənilən xoşagəlməz şeylərdən xilas edəcəyini vəd etmişdi.
Onlara bəyan edilmişdi ki, içdikləri and və üzərilərinə götürdükləri öhdəliklərlə və onlara əlavə olaraq vəd edilmiş mükafatla təsdiq edilən əhd bağlandıqdan sonra iman gətirməkdən boyun qaçırsalar, açıq-aydın azğınlıq içində qalacaqlar. Onlar bunu artıq şüurlu surətdə edəcəklər və ona görə də azğınların məruz qalacağı nə varsa, onlara düçar olacaq. Onlar mükafatdan məhrum ediləcək və məşəqqətlərə məhkum olunacaqlar.
İsrail oğullarının özlərini sonradan necə apardıqlarını bilmək yaxşı olardı. Onlar öhdəliklərini yerinə yetirdilərmi? Verdikləri vədi pozdularmı? Sanki bu suallara cavab verərək, sonra Allah açıqlayır ki, onlar öz Rəbbi qarşısında əhdi pozdular.