Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə26/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   22   23   24   25   26   27   28   29   ...   317
ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(5.20) “Bir vaxt Musa öz xalqına demişdi: “Ey xalqım! Allahın sizə mərhəmət göstərərək aranızdan peyğəmbərlər yaratdığını və sizdən hökmdarlar qoyduğunu xatırlayın. Aləmlərdən kimsəyə vermədiyini təkcə sizə əta etdi”.
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(5.21) “Ey xalqım! Allahın (bəxtinizə) yazdığı müqəddəs torpağa girin və geriyə dönməyin, əgər dönsəniz zərərə uğra­yarsınız”.
Allah Musaya (ə) və onun xalqına rəhm edərək onları Firondan və misirlilərdən xilas edir. Allah onları əsirlikdən və qul olmaqdan qurtarır və bundan sonra onlar öz vətənlərinə, doğma evlərinə yola düşürlər. Bu ərazi Qüds və onun həndəvərləri idi. Onlar müqəddəs torpağa yaxınlaşdıqları zaman, Allah onlara düşmənlərlə vuruşmağı və onları oradan qovub çıxarmağı əmr edir. Musa (ə) öz qəbilədaşlarına öyüd verməyə başlayır və onlara nəsihət edir ki, özlərində qüvvə tapıb düşmənlə döyüşsünlər. O (ə) deyir: “Allahın sizə göstərdiyi mərhəməti yadınıza salın. Onu qəlbinizlə və dilinizlə xatırlayın ki, bu sizə Allahı daha böyük məhəbbətlə sevməyə imkan versin və Ona ciddi-cəhdlə ibadət edəsiniz. O, sizə peyğəmbərlər göndərir ki, sizi düz yola dəvət etsinlər və məhv olmaq­dan qorusunlar, sizi əbədi səadətə qovuşmağa ruhlandırırlar və bilmədiklərinizi sizə öyrədirlər. O, sizi öz taleyini müstəqil həll edən hökmdarlar etmişdir. O, sizi öz qullarına çevirmiş düşmənlərinizdən xilas etmiş və sizə müstəqil qərarlar qəbul etmək, öz dininizə azad şəkildə etiqad etmək imkanı vermişdir. O, sizə mənəvi və maddi nemətlər əta etmişdir ki, onları sizdən əvvəl heç kimə verməmişdi”.

Peyğəmbərin (ə) bu sözlərindən aydın olur ki, o uzaq zamanlarda israillilər insanların ən yaxşılarından idilər və Allah da onları, hələ heç kimin layiq görülmədiyi bol nemətlərlə şərəflən­dirmişdi. Musa (ə) öz qəbilədaşlarına Allahın onlara əta etdiyi maddi və mənəvi nemətləri xatırlatmaqla onları iman gətirməyə, mətanət göstərməyə və Allah yolunda döyüşlərdə iştirak etməyə sövq etdirməliydi. Sonra o (ə) onlara əmr edir ki, müqəddəs Qüds torpağına daxil olsunlar və onlara bir xəbər də verir ki, əgər onlar həqiqətən də mömin idilərsə və Allahın sözlərinin doğruluğuna inanırdılarsa, bu onların qəlbinə iman gətirməliydi. O (ə) onlara xəbər verir ki, Allah artıq onların Qüdsü zəbt etməsini və düşmən üzərində qələbəsini təyin etmişdir. Musa (ə) deyir: “Əgər siz geriyə çəkilsəniz, onda zərərçəkmişlər kimi dönərsiniz. Maddi nemətlər­dən məhrum olar, düşmənlər üzərində qələbəni əldən verər və torpaqlarınızı geri qaytara bilməzsiniz. Bununla yanaşı siz Son həyatınızı da itirərsiniz, çünki mükafatlarınızdan məhrum olaraq, özünüzü cəzalandırılmağa məhkum edərsiniz”.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin