Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə27/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   23   24   25   26   27   28   29   30   ...   317
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ
(5.22) “Onlar dedilər: “Ey Musa! Orada çox güclü adamlar yaşayırlar və onlar oradan çıxıb getmədikcə biz oraya girmərik. Onlar oradan çıxsalar, biz ora girərik”.
İsraillilərin cavabı onların qorxaqlığına, ruh düşkünlüyünə, Allahın və Onun elçisinin (ə) hökmlərinə sayğısız münasibət bəslədiklərinə dəlalət edirdi. Onlar dedilər: “Ey Musa, bu yerdə güclü və cəsur insanlar yaşayırlar və bu bizə oraya girməyə mane olur. Həmin insanlar oranı tərk etmədikcə, biz o yerə ayaq basmarıq. Onlar oradan getsələr, biz oraya girərik”. Onlar qorxaq adamlar idilər və qəti etiqad sahibi deyildilər. Əgər bu belə olmasaydı, onlar başa düşərdilər ki, bütün insanlar – Adəmin nəsilləridir və ancaq Allahın kömək göstərdikləri kəslər güclü olurlar, çünki Ondan başqa heç kimin gücü və qüdrəti yoxdur. Onlar anlayardılar ki, Allahın Özünün vəd etdiyi qələbəni əldə etməyi bacara bilərdilər.
                     
(5.23) “Allahın mərhəmət göstərdiyi iki təqvalı kişi dedilər: “Onların içinə darvazalardan girin. Siz oraya daxil olsanız, hökmən qələbə çalarsınız. Əgər iman gətirənlərsinizsə, ancaq Allaha təvəkkül edin!”
Allahdan qorxan təkcə iki kişi öz xalqını doğma torpaqları azad etmək üçün düşmənlə müharibəyə ruhlandırmağa başladılar. Allah onlara iltifat göstərib onları doğru yola yönəldərək, həmin çətin anda lazım olan sözləri onlara öyrətdi. Bununla yanaşı Allah onlara səbir və etiqad bəxş etdi. Onlar dedilər: “Şəhərə darva­zalarından soxulun və onda hökmən qalib gələrsiniz. Düşmən üzərində üstünlük qazanmaq üçün, sizə təkcə qəti qərar qəbul etmək və darvazalardan zorla içəri girmək kifayətdir. Siz şəhərə daxil olan kimi düşmən məğlub olacaq”. Sonra onlar öz xalqına ən qüdrətli silahla silahlanmaq və Allaha təvəkkül etmək hökmü verdilər, çünki Ona ümid bəsləmək, xüsusilə belə bir şəraitdə, tapşırığı yerinə yetirməyə və düşmən üzərində qələbə qazanmağa kömək edir. Buradan aydın olur ki, mömin bəndə Allaha təvəkkül etməlidir və qulun təvəkkülü onun imanının dərəcəsindən asılıdır.
                

(5.24) “Onlar dedilər: “Ey Musa! Biz, onlar orada qaldıqca, heç vaxt oraya getmərik. Sən Rəbbinlə gedib vuruşun, biz isə burada oturacağıq”.
Heç bir nəsihət və məzəmmət israillilərə fayda vermədi və onlar özlərini ən alçaq adamlar kimi apardılar. Onlar belə dedilər: “Ey Musa! Şəhərin sakinləri orada qaldıqca biz oraya girmərik. Get öz Rəbbinlə döyüş, biz isə bax burada oturacağıq!”

Öz peyğəmbərinə söylənilən bu sözlərdən və bəslənən bu münasibətdən iyrənc və mənfur nə ola bilər?! Onlar bu rəftarı özləri çox ağır vəziyyətdə olduqları bir vaxtda etmişdilər, halbuki şərait onlardan peyğəmbəri müdafiə etməyi, gücə və qüdrətə malik olmağı tələb edirdi.

Bu və buna bənzər olan digər rəvayətlər Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) milləti ilə ondan əvvəlki millətlərin arasındakı fərqi xüsusilə vurğulayır. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) öz səhabələri ilə məsləhətləşdikdə və onlara müşriklərlə Bədr yaxınlığında vuruşmağı təklif etdikdə, o (ona Allahın salavatı və salamı olsun!) öz qərarı üzərində israr etmədi və buna baxmayaraq, onlar dedilər: “Ey Allahın Elçisi! Əgər sən dənizdən piyada keçib getmək istəsən, biz də səninlə bərabər onu keçib gedərik. Sən döyüşə girmək istəsən, bir nəfərimiz də kənarda qalmaz. Biz, Musanın qəbilə­daşlarının ona: “Get öz Rəbbinlə döyüş, biz isə bax burada otu­racağıq” dediklərini sənə demərik. Get öz Rəbbinlə birlikdə döyüş və biz də sizinlə birlikdə: qarşında və arxanda, səndən sağda və solda döyüşəcəyik”.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin