ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ (5.17) “Şübhəsiz ki, Məryəm oğlu Məsih – Allahdır” – deyənlər kafirdirlər. De: “Əgər O, Məryəmin oğlu Məsihi, onun anasını və bütün yerdə olanları məhv etmək istəsəydi, kim Allaha bir az da olsa, maneçilik törədə bilərdi?” Allah göylərin, yerin və onların arasında olanlar üzərində hökmrandır. O, istədiyini xəlq edir. Allah hər şeyə qadirdir!” Əvvəlki hər iki Kitab əhlinin Allahla əhd bağlaması və sonradan onu pozması barəsində xatırlatdıqdan sonra, Fövqəluca Allah onların bir sıra yaramaz ifadələrini sadalayır.
Xristianlar elə sözlər danışırlar ki, onları başqaları söyləmir. Onlar Məryəm oğlu Məsihi Allah hesab edirlər və pozğun baxışlarını onun atasız doğulması ilə izah edirlər. Lakin onlar unudurlar ki, Həvva bu cəhətdən Məsihə bənzəyir, axı o, dünyaya anasız gəlmişdir, Adəm isə hətta ondan daha da üstündür, çünki o, atasız və anasız xəlq edilmişdir. Onda bəs onlar niyə hər ikisini Allah saymırlar, amma Məsihi ilahiləşdirirlər?
Buradan belə çıxır ki, xristianlar heç bir inandırıcı dəlil, hətta şübhə doğuran sübutlar belə olmadan öz istədiklərini qəbul edirlər. Allah onların iddialarını Özünün aydın məntiqi dəlilləri ilə təkzib edərək deyir ki, nə Məsih, nə onun anası, nə də Yerin digər sakinləri, Allah onları məhv etmək istəsə, özlərini heç bir vasitə ilə müdafiə edə bilməzlər. Əgər kimsə müsibətdən qorunmağa və özünü məhv olmaqdan xilas etməyə qabil deyilsə, o, ilahiləşdirilməyə layiq deyildir.
Yenə bir məntiqi dəlil ondan ibarətdir ki, Allah göylərin, yerin və onların arasında olan nə varsa hamısının üzərində mütləq hakimiyyətə malikdir. O, Kainatı Öz Qədərinin, dininin qanunlarına, ədalətli əvəzalma qanunlarına uyğun olaraq idarə edir. Bütün məxluqlar Ona məxsusdur və Onun İradəsinə tabedirlər. Məgər öz Rəbbinə mənsub olan aciz qul Allah ola və heç bir ehtiyac hiss etməyə bilərmi? Həqiqətən, belə bir şey qətiyyən mümkün deyil.
Xristianlar Məryəm oğlu İsanın (ə) atasız dünyaya gəlməsinə təəccüb etməməlidirlər, çünki Allah istədiyini yaradır. O, istədikdə, insanlar ata və analarından dünyaya gəlirlər ki, bu da Adəmin nəsillərinin əksəriyyəti ilə baş verir. Əgər O, lazım bilsə, insan dünyaya ata-anasız da gələr, buna misal Həvvadır. Əgər O, lazım bilsə, insan atası olmadan anasından doğula bilər ki, buna da misal İsa əleyhissalamdır. Əgər Allah istəyərsə, insan dünyaya ata-anasız da gələ bilər. Adəmin yaradılması da buna nümunədir. Fövqəluca Allah Öz məxluqlarını müxtəlif yaratmışdır, çünki Onun İradəsi sözsüz icra edilir və Onun üçün mümkün olmayan bir şey yoxdur.