Əl-maiDƏ (SÜFRƏ)


ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ



Yüklə 2,51 Mb.
səhifə31/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   27   28   29   30   31   32   33   34   ...   317
ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ
(5.29) “Mən istəyirəm ki, sən mənim günahımla və öz günahınla qayıdıb Od əhlinin arasına düşəsən. Zalımlar belə əvəz alırlar”.
ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(5.30) “Nəfsi onu öz qardaşını öldürməyə sövq etdi və o, onu öldürərək zərərə düşənlərdən biri oldu”.
ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ
(5.31) “Allah qarğanı göndərdi ki, torpağı qazıb, qarda­şı­nın meyitini gizlətməyi ona göstərsin. O, dedi: “Vay mənim halıma! Məgər mən bu qarğa kimi edib, qardaşımın meyitini gizlədə bilmərəmmi?” Beləliklə, o, təəssüflənənlərdən biri oldu”.
Ey Muhəmməd! İnsanlara Adəmin iki oğlu arasında baş verən hadisə haqqında həqiqəti danış ki, qoy istəyən hər kəs özü üçün ondan faydalı bir nəticə çıxartsın. Doğruçu ol, yalan danışma, vicdanla danış və məzələnmə!

Tamamilə aydındır ki, söhbət Adəmin iki doğma oğlundan gedir. Bu, ayənin mətninin mənasından da aydınlaşır və bu rəyi şərhçilərin əksəriyyəti müdafiə edirlər. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onların necə qurban verdiklərini və onun nə ilə nəticələndiyini insanlara danışmağı əmr edir.

Adəmin iki oğlundan hər biri öz əmlakının bir hissəsini Allaha yaxınlaşmaq üçün qurban verir, Uca Rəbb onlardan ancaq birinin qurbanını qəbul edir. Onlar bu barədə ya göylərdən gələn açıqlama vasitəsilə və yaxud da qədim xalqların mənimsədikləri adətlər vasitəsilə öyrənib bilirlər. Bu adətə uyğun olaraq, Allah qurbanı qəbul etdikdə, göydən od püskürər və onu yandırardı.

Adəmin qurbanı qəbul olunmamış oğlunu paxıllıq və acıq tutmuşdu və o, qardaşına dedi: “Mən səni öldürəcəyəm!” Qardaşı isə, ona ürəyi yanaraq, dedi: “Allah qurbanı ancaq Ondan qorxan qullarından qəbul edir. Mən nə günah etmişəm ki? Sən məni hansı cinayətə görə öldürmək istəyirsən? Yoxsa sən məni Allahdan qorxduğuma görə öldürmək istəyirsən? Halbuki həm biz səninlə Onun qarşısında qorxmalıyıq və həm də qalan məxluqlar qorxmalıdırlar”.

Qeyd edim ki, ən səhih təfsirlərə uyğun olaraq, xeyirxah əməllər, onları Allah qarşısında qorxu hissi, səmimiyyətlə Onun xatirinə və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinə uyğun yerinə yetirənlərdən qəbul edilir.

Sonra qəlbində Allah qorxusu Adəm oğlu qardaşına deyir ki, o, ona hücum edərək və ya özünü müdafiə məqsədilə onu öldürməyəcək. O belə deyir: “Əgər sən məni öldürməyə cəhd etsən, mən onsuz da əlimi uzadıb səni öldürməyəcəyəm. Bunun səbəbi mənim qorxaqlığımda və ya zəifliyimdə deyil. İş orasındadır ki, mən aləmlərin Rəbbi Allahdan qorxuram. İnsan Ondan qorxduqda günah, xüsusilə onlardan ağırını işlətməz. Əgər sən qətl etməyə hazırlaşırsansa, onda Allahdan qorxmalısan. Lakin iş o yerə çatsa ki, mən ya öldürməli və ya sənin əlinlə öldürülməli olsam, onda mən ölməyi üstün tutaram. Amma bu halda, sən həm özünün günahlarının və həm də mənim günahlarımın ağırlığını öz üstünə götürməli olacaqsan və sonra da sən Cəhənnəm odunun sakinləri arasına düşəcəksən. Zalımlıq edənlərin alacaqları əvəz belədir”.

Bu sözlərdən aydın olur ki, qətl ağır günahlara aiddir və insanı Cəhənnəm cəzasına məhkum edir. Buna baxmayaraq, hətta belə sözlər də cinayətkarı günah törətməkdən saxlamadı və o, qəti qərara gəldi ki qardaşını öldürsün. Ona hətta elə gəldi ki, bu rəftar yüngül və düzgündür, hərçənd Allahın qanunu və pak fitrət insan həyatının toxunul­maz­lığını göstərir. O öz qardaşını öldürməklə öz həyatını həm bu dünyada və həm də axirətdə məhv edənlərdən biri oldu.

O, birinci olaraq ondan sonra qətl törədənlərə yol açdı və səhih hədisdə deyilir: Kim başqa insanlara pis nümunə göstərsə, onun həm öz günahlarının ağırlığı və həm də onun nümunəsini Qiyamət gününə qədər davam etdirənlərin günahlarının ağırlığı onun üstünə düşər”. Digər bir səhih hədisdə də deyilir: “Hər dəfə bir insanı qətlə yetirəndə axıdılan qanın bir hissəsi Adəmin birinci oğlunun üstünə düşür, çünki qətllərə yol açan adamların birincisi o olmuşdur”.

Qardaşını öldürdükdən sonra o onun cəsədi ilə nə edəcəyini bilmirdi, çünki qətl edilən Adəmin birinci oğlu idi ki, öldürül­müşdü. Belə olduqda, Fövqəluca Allah onun yanına bir qarğa göndərir ki, yeri qazıb başqa bir ölü qarğanı basdırsın. Beləliklə, O, ona qardaşının cəsədi ilə nə edəcəyini göstərdi və elə onda da Adəmin oğlu törətdiyi əmələ peşman oldu. Həqiqətən, təəssüf və zərər – bütün günahların nəticəsidir.

“Sava” sözü “bədənin örtülməli olan hissəsinə deyilir”. Cəsədin belə adlandırıl­ma­sı­nın səbəbi onun bir şeyə bürünməli olduğuna işarədir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin